|
Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco333 felsefe muhazireler toplusu eyaniStoisizm fəlsəfi
cərəyanının əsasını Zenon (Kition şəhərində) qoymuşdur. Sto-
iklərin fikrincə, insanlar təbiətin tələblərinə uyğun şəkildə yaşamalıdırlar. Onlar o
dövrün fəlsəfəsinin 3 tərkib hissəsini - məntiqi, fizikanı və etikanı bir sistem halın-
da birləşdirmək istəyirdilər. Onlar fəlsəfəni insan orqanizmi ilə müqayisə edərək,
məntiqi onun skeleti, etikanı damar sistemi, fizikanı isa ruhu adlandırırdılar. Stoik-
lər ontologiyada 2 əsas başlanğıcı - maddi və mə"nəvini qəbul edirdilər. Onlar belə
hesab edirdilər ki, bu başlanğıcların birləşməsindən ayrı-ayrı cisimlər, şeylər yara-
nır. Onların fəlsəfəsi panteist mahiyyət kəsb edirdi, idrak nəzəriyyəsində sensualist
idilər, lakin əqlin rolunu da tam inkar etmirdilər.
IV əsrin axınnda yunan fəlsəfəsində
skeptisizm
cərəyanı formalaşır. Onun
əsa-
sını Pirron qoymuşdur. Skeptiklər idarkın həqiqətliyini şübhə altına alırdılar.
E.ə. II əsrin əvvəlindən Yunan fəlsəfəsi süquta uğrayır. Belə bir şəraitdə
eklek-
tisizm
tə"limi meydana gəlir. Onun nümayəndələrindən Filonun (e.ə. 20-e. 50),
Antioxun (e.ə. I və e. II əsrləri) adlarını çəkmək olar. Eklektiklər müxtəlif fəlsəfi
sistemlərdən, bir-birilə üzvi surətdə bağlı olmayan fəlsəfi fikirləri mexaniki surətdə
birləşdirib özünəməxsus bir təlim yaratmışdılar.
Roma dövrü fəlsəfəsi.
Qədim Romada, hələ vaxtı ilə Yunanıstanda formalaş-
mış 4 fəlsəfi məktəb fəaliyyət göstərirdi:
1) stoisizm, 2) epiküreizm, 3) skepti-
sizm, 4) neoplatonizm
. Roma stoisizminin görkəmli nümayəndələri
Seneka,
Epiktet və Mark Avreli idi
.
Seneka
(e.ə. IV əsr) köhnə stoiklərin fikirlərini davam etdirmiş, ruhu odla ha-
vanın birləşməsi hesab etmiş, antik sensualizmin tərəfdarı olmuşdur. Onun fikrincə,
əql öz başlanğıcını hisslərdən götürür, həyatda hər şey ciddi qanunauyğunluğa ta-
bedir. Onun fəlsəfəsində əsas yeri etika problemləri tuturdu. O, təbiətlə razılaşmaq,
taleyin hökmünə tabe olmaq prinsipinə xüsusi əhəmiyyət verirdi. Seneka həyatın
mənasını mütləq mə"nəvi sakitliyə nail olmaqda görürdü.
Dostları ilə paylaş: |
|
|