Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə293/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   289   290   291   292   293   294   295   296   ...   315

İdarəetmə mədəniyyəti 

 

607



ğunsuzluğu da nəzərə almaq və bu hesabla yeniyetmələrlə öz bərabəri kimi 

danışmaq, onları manipulyasiya etmək deyil, dərdinə  şərik olmaq, əmək-

daşlıq etmək, onların rastlaşdığı  çətinliklərin aradan qaldırılmasında real 

surətdə kömək etmək lazımdır.  

Ailədə uşaqların tərbiyəsi, əmək kollektivində olduğu kimi, müxtəlif üslub-

lar vasitəsilə həyata keçirilə bilər – demokratik, avtoritar və liberal. Demokra-

tik üslub daha məqsədəuyğun hesab edilir. Avtoritar və liberal üslublar səmərə-

li hesab edilmir. Ünsiyyətdə avtoritarlıq mövqeyi dialoqa səbəb olmur və ya 

sadəcə olaraq onun yaranma imkanını istisna edir. O, şübhə və tənqidə dözmür, 

qeyri fikirləri və ya yeni yanaşmaları müdafiə edənin şəxsində “düşmən surəti” 

görərək, nöqsansız həqiqət kimi yalnız öz rəyinin “nüfuzuna” əsaslanır. Vali-

deynlərin avtoritar üslub rəhbərliyi arsenalında valideyn nüfuzunun - “təzyiq 

göstərmə nüfuzu”, “məsafə saxlama nüfuzu”, “təkəbbür nüfuzu”, “pedantlıq 

(xırdaçılıq) nüfuzu”, “nəsihətçilik nüfuzu” kimi növləri vardır. Avtoritar üslub, 

bir qayda olaraq, uşaqlarda təşəbbüssüzlüyü, acıqlılığı, qəddarlığı, qeyri-səmi-

miliyi formalaşdırır

71

. Liberal üslubun arsenalında çox vaxt “məhəbbət nüfu-



zu”, “xeyirxahlıq nüfuzu”, “dostluq nüfuzu” və “ələ alma nüfuzu” istifadə edi-

lir. Uşağın qabiliyyətlərini ideallaşdırmaqla bağlı olan liberal üslub ərköyünlü-

yə, eqoistliyə, məsuliyyətsizliyə gətirib çıxarır. O öz müstəsnalığı və qüsursuz-

luğunda inamın formalaşmasına,  ətrafdakılara qarşı münasibətdə  təkəbbür və 

lovğalığa imkan yaradır. Bu kimi tərbiyənin doğurduğu iddialılıq və hövsələ-

sizlik bəzən belə uşaqların kollektivdə yaşıdları tərəfindən qəbul edilməməsinə 

səbəb olur.  

Valideynlər və övladlar arasındakı münasibətər bəzən mürəkkəb xarak-

ter daşıyır, belə ki, uşaqların öz dünyagörüşü olur. Mütəxəssislər hesab 

edirlər ki, övladların özünütəsdiqi, onların “məninin” təşəkkülü böyüklərin 

qiymətləndirməsinin təsiri altında uşaqlıqdan formalaşsa da, dünyada vali-

deynlərlə  uşaqlar arasında tam açıqlığın olması  qədər nadir heç nə olmur. 

Hər bir uşaq, onu mühitin psixoloji təsirlərindən qismən azad edən, ona xas 

dünyagörüşü, baxışları, münasibətləri, mənəvi tələbləri, qiymətləndirmələ-

ri, şəxsi qənaətləri ilə potensial şəxsiyyətdir. Tərbiyənin xeyirxah məqsəd-

ləri və onların həyata keçirilməsinin qeyri-məhsuldar praktikası arasında 

olan uyğunsuzluqdan xilas olmaq üçün müntəzəm özünənəzarəti və tərbiyə 

prosesinin şüurlu monitorinqini həyata keçirmək lazımdır. Uşaqların forma-

laşdırılması amillərinin aşağıda nəzərdən keçirilən təhlili bu reallığı dərk et-

məyə imkan verir.  

                                                            

71

 Françesko Petrarka deyirdi: “Uşaqlarınızın göz yaşlarını qoruyun ki, uşaqlar onları sizin 



məzarınızın üstündə axıda bilsinlər”.  

 



Fuad Məmmədov

 

 

608



  Uşağın şəxsiyyətinin formalaşdırılması amilləri 

 

I.  Universal amillər 

1.  Tərbiyə 

2.  Təhsil 

3.  Sosial mühit 

4.  Genetik kod 

5.  Xarakter 

II. Ailədə şəxsiyyətin formalaşması 

I.

 

Yaxşı övladlar - 



a)

 

Yaxşı valideylər olduğu halda: 

1.  Ailədə düzgün tərbiyə 

2.   Pozitiv genetik kod 

3.  Yaxşı sosial mühit (kollektiv, cəmiyyət) 

4.  Güclü şəxsiyyət xarakteri (güclü iradə və düzgün psixologiya) 

5.  Müəllimlərin pozitiv təsiri  

b)

 

Pis valideynlər olduğu halda: 

1.  Müəllimlərin pozitiv təsiri 

2.  Şəxsi ləyaqət hissi 

3.  Daha yaxşıya can atmaq 

4.  Valideynlərə görə xəcalət 

5.  Əlverişli sosial mühit 

6.  Güclü şəxsiyyət xarakteri (güclü iradə və düzgün psixologiya) 



II.

 

Pis övladlar - 



a)

 

Yaxşı valideylər olduğu halda: 

1.  Pis sosial mühit 

2.  Zəif iradə 

3.  Qeyri-sabit psixologiya 

4.  Müəllimin zəif təsiri 

5.  Valideynlər arasında pis münasibətlər 

6.  Valideynlər tərəfindən diqqətin azlığı 

a)  Pis valideyn olduğu halda: 

1.  Pis genetika 

2.  Valideynlər tərəfindən diqqətin azlığı 

3.  Valideynlər arasında pis münasibətlər 

4.  Pis sosial mühit 

5.  Zəif iradə 

6.  Qeyri-sabit psixologiya 

7.  Müəllimlərin zəif təsiri 




İdarəetmə mədəniyyəti 

 

609



Bütün dövrlərin və xalqların müdriklərinin məsləhətlərini nəzərə alaraq, 

gələcək peşəsindən asılı olmayaraq, üşaqları erkən uşaqlıqdan aşağıdakılara 

öyrətmək lazımdır:  

  nəcibliyə və kamilləşməyə can atmaq, yaxşı və ədalətli olmaq; 

  elmi biliklərə yiyələnməyə can atmaq; 

  böyüklərlə və müdriklərlə məsləhətləşmək; 

  öz ləyaqətli cəhətlərini göstərmək lazım olan vaxt utancaqlıq etmə-

mək; 


  istənilən faydanın əsasının bilikdə, təhsildə və mənəviyyatda oldu-

ğunu yadda saxlamaq; 

  öz bədəninin tənbəlliyini dəf etməyi öyrənmək; 

  gözəl və aydın danışmağı öyrənmək; 

  başqasının əməyini və hüququnu qiymətləndirmək; 

  ümidini və inamını itirməmək; 

  yadda saxlamaq ki, dünya daim dəyişir

  kənar adamların yanında heç kimə heç nə məsləhət görməmək; 

  axmaqların mübahisəsini sükutla kəsmək. 

Ən yaxşı ailə  ənənələrinin mədəni irsinin qorunması  və inkişaf etdiril-

məsi valideynlərin məsuliyyətli vəzifəsidir. Öz valideynlik borcunu, “baba-

lara və nənələrə” hörmət və qayğını ifadə edərək, onlara minnətdarlıq hissi 

göstərərək, beləliklə, yüksək ailə mədəniyyətinin varisliyini saxlayaraq, ata 

və ana öz uşaqlarını şəxsi nümunəsi ilə tərbiyə etməlidir. Fales xüsusi ola-

raq qeyd edirdi: “Yadda saxlayın ki, siz öz valideynlərinizlə necə davranır-

sınızsa, uşaqlarınız da sizinlə o cür davranacaqlar”. Sokrat isə qeyd edirdi 

ki, valideynlərə münasibətdə hörmətsizlik və nankorluq - cəmiyyət tərəfin-

dən insana münasibətdə hörmətin itirilməsinə və nifrətə səbəb olur.  

Əgər birinci tərbiyəçi ailədirsə, ikincisi - həyat özüdür. Əgər ailədə tərbiyə 

düzgün olmasa, həyat kifayət qədər ağrılı ola biləcək öz korrektələrini edəcək. 

Ailə uşağa, insanın tamdəyərli həyat fəaliyyəti üçün, cəmiyyətdə ona tələbatlı-

lığı  və  əhatəsində olan insanlar tərəfindən məhəbbət və hörməti qazanması 

üçün zəruri olan yaxşı təhsili və düzgün tərbiyəni verməlidir. Valideynlər, on-

larla fəxr etmək istəyən övladlarının gözləmələrini döğrultmalıdırlar.

72

 Bunun-


la bərabər həyat göstərir ki, öz övladlarını mədəni həyatdan kənarda qoyma-

maq üçün ayrı-ayrı valideynlər özləri ciddi kulturoloji hazırlıq keçməlidirlər. 

“Böyük siyasət” naminə kütlələrin  şüurunun “manipulyasiyası” praktikasını 

doğruldan “maariflənmiş elita” və “kütlə” nəzəriyyəsi demokratik inkişaf yolu-

na qədəm qoymuş xalqın maariflənməsi üçün güclü stimul olmalıdır. 

                                                            

72

 Tərbiyənin mühüm qaydalarından biri odur ki, valideynlər öz münasibətlərini heç bir 



halda uşaqlarının yanında aydınlaşdırmamalıdırlar.  


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə