Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə291/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   287   288   289   290   291   292   293   294   ...   315

İdarəetmə mədəniyyəti 

 

603



dir... nəsildə və əsildə deyil... şəxsi ad-san irsən keçəndən daha yaxşıdır... 

hörmət ağıl və təhsilə görədir, əsilə-nəsilə görə deyil”. Uşaqlarda ruhi aris-

tokratizmi və alicənablığı  tərbiyə edərək, onları milli və  bəşəri dəyərlərə 

cəlb edərək, onlarda müntəzəm özünü təkmilləşdirmə cəhdini formalaşdıra-

raq, biz onları “yüksək mədəniyyət məbədinə” aparıb çıxarırıq, onlara öz 

şüurunu idarə etməyi, yetərli və cəmiyyətə gərəkli, tamdəyərli və azad şəx-

siyyətlər olmağa yardım edirik. Lev Tolstoy uşaqlara münasibətdə vali-

deynlərin doğruçuluğu, düzgünlüyü və səmimiliyini - belə mənəvi mövqeyi 

yeganə düzgün tərbiyə kimi nəzərdən keçirərək yüksək qiymətləndirirdi.  

Ailə  təhsili və  tərbiyəsi uşaq  şəxsiyyətinin formalaşmasında təyinedici 

rol oynayır. Uşaq körpə yaşından mədəni  ənənələri, ünsiyyət və davranış 

vasitələrini, təfəkkür baxışları  və stereotiplərini, düşüncələri, təsəvvürləri

böyüklərin təlqinlərini və  əxlaq normalarını  mənimsəyərək sosial-mədəni 

mühitə düşür. Həyatının elə ilk addımlarından, dərk etmədən, təqlid vasitəsi 

ilə uşaq böyüklərin həyat fəaliyyəti nümunələrini, ailədə bünövrəsi qoyul-

muş  dəyərləri və yazılmamış qanunları, onların təcrübəsini, tərzlərini və 

texnologiyalarını  mənimsəyir. Beləliklə,  şüuri və qeyri-şüuri olaraq, ailə, 

uşaqlarda valideynlərinin davranış  və münasibətlər nümunələrinin forma-

laşmasına səbəb olur. Bu “mikromühitdəki” translyasiya kifayət qədər sa-

bitdir. Yaş artdıqca bu proses tədricən genişlənir, mikro- və makromühit sə-

viyyəsində, yəni ailədə, məktəbəqədər uşaq müəssisələrində və müxtəlif sə-

viyyəli məktəblərdə təlim vasitəsilə insanı əhatə edən aləm haqqında yeni 

biliklərin  şüurlu surətdə  mənimsənilməsinə çevrilir. Bununla bərabər uşa-

ğın davranışına, insanları qiymətləndirməsinə, ətrafdakılara münasibətdə öz 

mövqeyinin seçilməsinə anadangəlmə mədəni keyfiyyətlər ciddi təsir göstə-

rir.  


Uşaqların təhsili və  tərbiyəsinə yalnız Qərbdə deyil, Şərqdə  də  həmişə 

böyük  əhəmiyyət verilmişdir. Uşaqların nəcib tərbiyə edilməsinə böyük 

əhəmiyyət verən XI əsr müsəlman aristokrat mədəniyyətinin məşhur abidə-

sində Key Kavus qeyd edir ki, “...əgər ağac əyri bitib və budaqları əyri olub 

və  əyri boy atıbsa, onu yalnız mişarlamaq və yonmaqla düzəltmək müm-

kündür”. Həqiqət axtarışına istiqamətlənən alimliyin və müvəffəqiyyətin 

nadir halda birləşdiyi orta əsr cəmiyyətində elmə kifayət qədər tələbat ol-

madığını dərk edən Key Kavus qeyd edir: “Bəxtinin dönüklüyü ilə bizi dan-

layan kəsə de: məgər tale, qiyməti yüksək olandan başqa kimsə ilə çarpışır-

mı?.. göydə ulduzlar var, onların sayı-hesabı yoxdur, tutulma isə yalnız gü-

nəşdə və ayda olur!” Buna baxmayaraq görkəmli mütəfəkkir bilikləri “qa-

zanılmış nəciblik” adlandıraraq, onlara xüsusi əhəmiyyət verirdi. 

Nəsirəddin Tusi uşaqların düzgün təminatı və tərbiyəsini ailə idarəçiliyi-

nin başlıca vəzifəsi hesab edir. Dahi humanist uşaqlara böyük həssaslıq və 




Fuad Məmmədov

 

 

604



diqqət göstərməyi, pis hərəkətləri vaxtında aradan qaldırmağı və pozitivləri, 

onları ənənəyə çevirməyə cəhd edərək, təşviq etməyi tövsiyə edir. O hesab 

edir ki, insanın taleyi, onun südəmər yaşından başlayaraq, uşaqlıqda aldığı 

tərbiyədən daha çox asılıdır. Tusinin qənaətinə görə, uşaq təşəbbüsünü 

məhdudlaşdırmadan, hər şeydən əvvəl uşaqlarda xasiyyətin nəcibliyini for-

malaşdırmağa imkan verən həya hissini tərbiyə etmək, həmçinin uşağın is-

tedadının erkən aşkar edilməsi və inkişafına xüsusi diqqət yetirmək lazım-

dır. İlk növbədə uşaqları daha zəruri dəyərlərə öyrətmək lazımdır ki, onlar-

sız insan cəmiyyətində yaşamaq mümkün deyil. Bu - ünsiyyət mədəniyyəti, 

dostluq, məhəbbət, səmimiyyət, xeyirxahlıq, qarşılıqlı yardım, valideynlərə, 

qohumlara, dostlara və qonşulara hörmətdir.  

Alim hesab edir ki, uşaqları, onların tərbiyəsinə zərər yetirə biləcək pis 

təsirdən, mədəniyyətsiz insanlarla ünsiyyətdən,  əşyabazlığa, materializmə, 

avaraçılığa, veyillik və acgözlüyə, aldatma və həqiqəti gizlətməyə meylli-

likdən qorumağı, onları bahalı geyimlər, qazanılmamış təriflər və pul mü-

kafatları ilə əzizləməməyi vacib hesab edir. Bu məqsədlə uşağa hər şeyi: in-

sanlar arasında, öz yaşıdları ilə, böyüklərlə özünü necə aparmağı, nə vaxt 

və necə danışmaq lazım olduğunu izah etmək lazımdır. Uşaqların tərbiyəçi-

lərini də düzgün - ağıllı, dürüst, nəzakətli,  ədalətli, etika normalarını  və 

uşaq psixologiyasının xüsusiyyətlərini bilənləri seçmək lazımdır. Bu tələb-

lərə uyğun gəlməyən tərbiyəçi uşağı mənən şikəst edə bilər. Tusi erkən yaş-

larından uşaqlara əməyə məhəbbətə, doğruluğa, biliyə və faydalı sənətlərə, 

xeyirxahlığa və başqalarına yardım etməyə, yalana, böhtana, tənbəlliyə, ya-

ramazlığa, başqasınn dərdinə biganəliyə, eqoistliyə, özündən razılığa və 

lovğalığa nifrət hissi aşılamağı tövsiyə edir. Onlara gerçəkliyi düzgün anla-

mağa kömək edən  əqli mədəniyyətə, məntiqi təfəkkürə maraq aşılamağı, 

qayğı və xeyirxahlıq göstərməyi, onlarda nəciblik və səmimilik, müdrikliyə 

və yaxşılığa can atmanı  tərbiyə etməyi, yüksək mədəniyyətin və  ləyaqətli 

davranışın üstünlüklərini onlara mümkün qədər daha erkən izah etməyi də 

tövsiyə edir.  

Tusi deyir ki, valideynlər tərbiyədə səhvlərə, ilkin pozitiv cəhətlərin de-

formasiyasına yol verməməlidirlər, öz uşaqlarının yaradıcı qabiliyyətlərini 

və mənəvi keyfiyyətlərini aşkar etməli, effektiv inkişaf etdirməlidirlər, çün-

ki onların şəxsiyyət kimi formalaşması, özünü təkmilləşdirməsi, xoşbəxtli-

yə nail olması imkanları bundan daha çox asılı olacaqdır. Uşaqların tərbiyə-

sindəki səhvləri düzəltməkdənsə, aradan qaldırmaq daha asandır, çünki on-

lar əldən buraxılmış imkanların dönməzliyinə səbəb ola bilər. Uşaqların tər-

biyəsini onların  əsassız iddialarına göz yummaqla özbaşına buraxmaq ol-

maz. Xarakter nəcibliyinə və ədalətə, əməksevərlik və yaradıcı təbiətə, hu-



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə