Fuad Məmmədov
594
aktualdır. Dünya mədəniyyəti və sivilizasiyasının inkişaf qanunauyğunluq-
ları, Qədim Romanın süqutu tarixi inandırıcı sürətdə təsdiqləyir ki, yüksək
əxlaq mədəniyyətinə laqeydlik, hədsiz eqoistlik, tamahkarlıq, riyakarlıq, tə-
kəbbür, qəddarlıq, zorakılıq, xəyanət və digər neqativ insan keyfiyyətləri
sosial və siyasi gərginliklərə və böhranlara səbəb olur.
Ailənin idarə edilməsi - təbii və zəruri prosesdir, çünki ailə hər hansı di-
gər kollektiv kimi, ümumi məqsədlərə yetişmə üçün qüvvə və maraqların
razılaşdırılmasını tələb edir. O, həyat fəaliyyətinin müvafiq ideologiya və
texnologiyalarının yaradılmasını, vəzifələrin və gözlənilən nəticələrin mü-
əyyən edilməsini, öhdəliklərin bölüşdürülməsi və səlahiyyətlərin həvalə
edilməsini, ailənin hər bir üzvünün motivasiyasını və qiymətləndirilməsini,
məhəbbət və biri-birinə bağlılığın qorunmasını, ailə rifahının möhkəmlən-
dirilməsini nəzərdə tutur. Ailənin inkişafının idarə edilməsi mədəniyyəti -
yaxşı təhsili, mənəvi tərbiyəni, uşaqların peşə təlimini və peşəkar inkişafını,
ailə münasibətlərinin düzgün formalaşdırılmasını, ailənin digər insanlarla
pozitiv əlaqələrinin qurulması üçün şəraitin yaradılmasını nəzərdə tutur. O,
həyat fəaliyyətinin - cismani mədəniyyət, tibbi və ekoloji təhlükəsizlik,
əmək və istirahət mədəniyyəti sahələrinin tənzimlənməsinə də yardım et-
məli, əqli və mənəvi mədəniyyətin təkmilləşdirilməsini, etik, estetik mədə-
niyyətin və beynəlxalq mədəniyyətin inkişafını təmin etməlidir.
Ailə həyatı fəlsəfəsinin və ailə idarəçiliyi məsələlərinin dərk edilməsinə
görkəmli tarixi şəxsiyyətlərin, dünya mədəniyyəti və sivilizasiyası klassik-
lərinin, həmçinin əsərlərində ailənın təşkil və idarə edilməsi üçün metodo-
loji baxımdan zəruri prinsiplərin olduğu, yaxşı tanınmış müasir mütəxəssis-
lərin konsepsiyaları və yanaşmaları kömək edir. Məhəmməd Nəsirəddin
Tusiyə görə ailənin qurulması əməklə və ictimai-iqtisadi amillərlə sıx bağlı-
dır. Onun strukturu beş dayaq üzərində formalaşır: ata, ana, uşaqlar, qulluq-
çu, ərzaq. Bu zaman Tusi ailənin başlıca mahiyyətini və əsasını onun üzvlə-
ri arasında harmonik münasibətlərin olmasını hesab edir, ailənin saxlanması
və idarə edilməsini isə ailə başçısının məsuliyyət daşıdığı insan sağlamlığı-
nı təmin edən həkimliklə müqayisə edir. Ailənin idarə edilməsi - ailə ma-
raqlarının onun ayrı-ayrı üzvlərinin maraqlarından prioritetini, əməyin düz-
gün bölünməsini, möhkəm qaydanın, maddi rifahın, etibarlı yaşayış yerinin
olmasını nəzərdə tutur. Ailənin idarə edilməsinin mühüm iqtisadi məsələlə-
ri - halal zəhmətə əsaslanan gəlir, istehsal hesabına düzgün istehlak və
xərclər hesabına əmlakın toplanması və qorunmasıdır.
Orta əsr feodal cəmiyyətinin reallıqları ondan ibarət idi ki, istedadlı şəx-
siyyətlərin və onların ailələrinin rifahı onların bilikləri, bacarıqları və Vətən
qarşısındakı xidmətlərindən deyil, bütünlüklə və tam çəkildə hökmdarlar tə-
rəfindən onlara qarşı münasibətdən asılı idi. Cordano Bruno, Rocer Bekon,
İdarəetmə mədəniyyəti
595
Kopernik, Qaliley və bir çox digər orta əsr alimlərinin taleyini xatırlamaq
kifayətdir. Analoji vəziyyət müsəlman Şərqində də mövcud idi. Belə ki,
A.E.Krımski göstərir ki, burada XI əsrdə görkəmli şəxsiyyətlərin rifahı və
əmin-amanlığı əvvəlcə Qəznəvi, sonra isə Səlcuq hakimlərinin onlara mü-
nasibətindən asılı idi. Müasir demokratiyalarda şəxsiyyətin və ailənin rifahı
insanın mədəniyyəti, bilikləri, qabiliyyətlərindən, cəmiyyət və dövlət üçün
onun tələbatlığı və faydalılığı dərəcəsindən asılıdır. Demokratiya mədəniy-
yəti şəraitində ailə, dövlət və cəmiyyətin proqressiv inkişafında vəzifə haki-
miyyəti deyil, şəxsiyyətin mədəniyyəti və onun biliklərinin hakimiyyəti
həlledici rol oynayır.
C.Adair və A.Maslounun modellərinin
tətbiqi haqqında
Ailənin həyat fəaliyyətinin idarə edilməsi mədəniyyətində Con Adairin
“üç dairə“ modelinin tətbiqi məqsədəuyğun ola bilər ki, onu belə şərh et-
mək olar: vəzifə, ailə və ailənin ayrı-ayrı üzvləri (fərdlər). Burada da ailə
inkişafının strateji idarə edilməsi, ailə üzvlərinin ümumi məqsədlə, prinsip-
lərlə, ailə etikası, ideologiyası və gələcəyi görmə qabiliyyəti ilə birləşməsi,
ailə üzvlərinin maraqlarını vahid mədəniyyət çərçivəsində harmonizasiya
etmək bacarığı, onların inkişafı və yaradıcı fəaliyyəti üçün şərait yaratmaq
kimi liderlik keyfiyyətləri lazımdır.
Ailə qurmaq üçün motivasiya modeli kimi, A.Maslounun artıq bizə tanış
olan, insanın harmoniyası, təhlükəsizliyi, qabiliyyətlərinin maksimal inkişaf
imkanları və özünü reallaşdırma prinsipləri üzərində qurulan “ideal cəmiy-
yət” modelindən istifadə etmək olar. O, insanın şüurunun humanist yolla
dəyişdirilməsi və mədəniyyətin sosial institutlarını yenidən təşkil etməklə
onun pozitiv dəyişdirilməsini nəzərdə tutur. Özünü qorumada, təhlükəsiz-
likdə və sülhdə, məhəbbətdə və əlbirlikdə, özünütəsdiqdə və tanınmada, ya-
radıcılıq vasitəsi ilə özünün aktuallığında və təkmilləşməsində olan sosial
tələbatlar, həmçinin fizioloji tələbatlar ailə idarəçiliyi üçün aktualdır. Ailə-
də onlar - məhəbbət və bağlılıqla, valideynlər və övladlar, qardaşlar və ba-
cılar, nəvələr, babalar və nənələr arasındakı qan qohumluğu və borc hissi
ilə şərtlənən spesifik ailə tələbatları ilə də tamamlanırlar. Ailə motivasiyası-
nı daha yaxşı başa düşmək məqsədi ilə A.Maslounun konsepsiyasını geniş
interpretasiyada aşağıdakı kimi təqdim etmək olar:
1. Fizioloji tələbatlar (aclıq, susuzluq, yuxu, sağlamlıq və s.).
2. Təhlükəsizlik tələbatları (əminlik, təhlükədən qorunma, sabitlik və
nizam-intizam, ruhi dinclik və s.).