Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə287/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   283   284   285   286   287   288   289   290   ...   315

Fuad Məmmədov

 

 

594



aktualdır. Dünya mədəniyyəti və sivilizasiyasının inkişaf qanunauyğunluq-

ları, Qədim Romanın süqutu tarixi inandırıcı sürətdə təsdiqləyir ki, yüksək 

əxlaq mədəniyyətinə laqeydlik, hədsiz eqoistlik, tamahkarlıq, riyakarlıq, tə-

kəbbür, qəddarlıq, zorakılıq, xəyanət və digər neqativ insan keyfiyyətləri 

sosial və siyasi gərginliklərə və böhranlara səbəb olur.  

Ailənin idarə edilməsi - təbii və zəruri prosesdir, çünki ailə hər hansı di-

gər kollektiv kimi, ümumi məqsədlərə yetişmə üçün qüvvə  və maraqların 

razılaşdırılmasını  tələb edir. O, həyat fəaliyyətinin müvafiq ideologiya və 

texnologiyalarının yaradılmasını, vəzifələrin və gözlənilən nəticələrin mü-

əyyən edilməsini, öhdəliklərin bölüşdürülməsi və  səlahiyyətlərin həvalə 

edilməsini, ailənin hər bir üzvünün motivasiyasını və qiymətləndirilməsini, 

məhəbbət və biri-birinə bağlılığın qorunmasını, ailə rifahının möhkəmlən-

dirilməsini nəzərdə tutur. Ailənin inkişafının idarə edilməsi mədəniyyəti - 

yaxşı təhsili, mənəvi tərbiyəni, uşaqların peşə təlimini və peşəkar inkişafını, 

ailə münasibətlərinin düzgün formalaşdırılmasını, ailənin digər insanlarla 

pozitiv əlaqələrinin qurulması üçün şəraitin yaradılmasını nəzərdə tutur. O, 

həyat fəaliyyətinin - cismani mədəniyyət, tibbi və ekoloji təhlükəsizlik, 

əmək və istirahət mədəniyyəti sahələrinin tənzimlənməsinə  də yardım et-

məli, əqli və mənəvi mədəniyyətin təkmilləşdirilməsini, etik, estetik mədə-

niyyətin və beynəlxalq mədəniyyətin inkişafını təmin etməlidir.  

Ailə həyatı fəlsəfəsinin və ailə idarəçiliyi məsələlərinin dərk edilməsinə 

görkəmli tarixi şəxsiyyətlərin, dünya mədəniyyəti və sivilizasiyası klassik-

lərinin, həmçinin əsərlərində ailənın təşkil və idarə edilməsi üçün metodo-

loji baxımdan zəruri prinsiplərin olduğu, yaxşı tanınmış müasir mütəxəssis-

lərin konsepsiyaları  və yanaşmaları kömək edir. Məhəmməd Nəsirəddin 

Tusiyə görə ailənin qurulması əməklə və ictimai-iqtisadi amillərlə sıx bağlı-

dır. Onun strukturu beş dayaq üzərində formalaşır: ata, ana, uşaqlar, qulluq-

çu, ərzaq. Bu zaman Tusi ailənin başlıca mahiyyətini və əsasını onun üzvlə-

ri arasında harmonik münasibətlərin olmasını hesab edir, ailənin saxlanması 

və idarə edilməsini isə ailə başçısının məsuliyyət daşıdığı insan sağlamlığı-

nı təmin edən həkimliklə müqayisə edir. Ailənin idarə edilməsi - ailə ma-

raqlarının onun ayrı-ayrı üzvlərinin maraqlarından prioritetini, əməyin düz-

gün bölünməsini, möhkəm qaydanın, maddi rifahın, etibarlı yaşayış yerinin 

olmasını nəzərdə tutur. Ailənin idarə edilməsinin mühüm iqtisadi məsələlə-

ri - halal zəhmətə  əsaslanan gəlir, istehsal hesabına düzgün istehlak və 

xərclər hesabına əmlakın toplanması və qorunmasıdır. 

Orta əsr feodal cəmiyyətinin reallıqları ondan ibarət idi ki, istedadlı şəx-

siyyətlərin və onların ailələrinin rifahı onların bilikləri, bacarıqları və Vətən 

qarşısındakı xidmətlərindən deyil, bütünlüklə və tam çəkildə hökmdarlar tə-

rəfindən onlara qarşı münasibətdən asılı idi. Cordano Bruno, Rocer Bekon, 




İdarəetmə mədəniyyəti 

 

595



Kopernik, Qaliley və bir çox digər orta əsr alimlərinin taleyini xatırlamaq 

kifayətdir. Analoji vəziyyət müsəlman  Şərqində  də mövcud idi. Belə ki, 

A.E.Krımski göstərir ki, burada XI əsrdə görkəmli şəxsiyyətlərin rifahı və 

əmin-amanlığı əvvəlcə Qəznəvi, sonra isə Səlcuq hakimlərinin onlara mü-

nasibətindən asılı idi. Müasir demokratiyalarda şəxsiyyətin və ailənin rifahı 

insanın mədəniyyəti, bilikləri, qabiliyyətlərindən, cəmiyyət və dövlət üçün 

onun tələbatlığı və faydalılığı dərəcəsindən asılıdır. Demokratiya mədəniy-

yəti şəraitində ailə, dövlət və cəmiyyətin proqressiv inkişafında vəzifə haki-

miyyəti deyil, şəxsiyyətin mədəniyyəti və onun biliklərinin hakimiyyəti 

həlledici rol oynayır.  

 

C.Adair və A.Maslounun modellərinin  

 tətbiqi haqqında 

 

Ailənin həyat fəaliyyətinin idarə edilməsi mədəniyyətində Con Adairin 



“üç dairə“ modelinin tətbiqi məqsədəuyğun ola bilər ki, onu belə şərh et-

mək olar: vəzifə, ailə  və ailənin ayrı-ayrı üzvləri (fərdlər). Burada da ailə 

inkişafının strateji idarə edilməsi, ailə üzvlərinin ümumi məqsədlə, prinsip-

lərlə, ailə etikası, ideologiyası və gələcəyi görmə qabiliyyəti ilə birləşməsi, 

ailə üzvlərinin maraqlarını vahid mədəniyyət çərçivəsində harmonizasiya 

etmək bacarığı, onların inkişafı və yaradıcı fəaliyyəti üçün şərait yaratmaq 

kimi liderlik keyfiyyətləri lazımdır. 

Ailə qurmaq üçün motivasiya modeli kimi, A.Maslounun artıq bizə tanış 

olan, insanın harmoniyası, təhlükəsizliyi, qabiliyyətlərinin maksimal inkişaf 

imkanları və özünü reallaşdırma prinsipləri üzərində qurulan “ideal cəmiy-

yət” modelindən istifadə etmək olar. O, insanın  şüurunun humanist yolla 

dəyişdirilməsi və  mədəniyyətin sosial institutlarını yenidən təşkil etməklə 

onun pozitiv dəyişdirilməsini nəzərdə tutur. Özünü qorumada, təhlükəsiz-

likdə və sülhdə, məhəbbətdə və əlbirlikdə, özünütəsdiqdə və tanınmada, ya-

radıcılıq vasitəsi ilə özünün aktuallığında və  təkmilləşməsində olan sosial 

tələbatlar, həmçinin fizioloji tələbatlar ailə idarəçiliyi üçün aktualdır. Ailə-

də onlar - məhəbbət və bağlılıqla, valideynlər və övladlar, qardaşlar və ba-

cılar, nəvələr, babalar və  nənələr arasındakı qan qohumluğu və borc hissi 

ilə şərtlənən spesifik ailə tələbatları ilə də tamamlanırlar. Ailə motivasiyası-

nı daha yaxşı başa düşmək məqsədi ilə A.Maslounun konsepsiyasını geniş 

interpretasiyada aşağıdakı kimi təqdim etmək olar:  

1.  Fizioloji tələbatlar (aclıq, susuzluq, yuxu, sağlamlıq və s.). 

2.  Təhlükəsizlik tələbatları (əminlik, təhlükədən qorunma, sabitlik və 

nizam-intizam, ruhi dinclik və s.). 



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə