Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə283/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   279   280   281   282   283   284   285   286   ...   315

Fuad Məmmədov

 

 

586



olduğu psixoloji streslər və s. Xəstəliklərin qarşısının alınması  və aradan 

qaldırılması üçün öz tibbi biliklərinin səviyyəsini daim yüksəltmək, özündə 

möhkəm iradə, dözüm və öz həyatı, rifahı və mütərəqqi inkişafı üçün mərd-

liklə mübarizə aparmaq bacarığını yetişdirərək, özünüidarə  mədəniyyətini 

təkmilləşdirmək lazımdır.  

Artur Şopenqauer hesab edirdi ki, bizim xoşbəxtliyimizin onda doqquzu 

sağlamlığımızdan asılıdır. Xoşbəxtlik duyğusunu hiss etmək və məhsuldar 

fəaliyyət üçün bu qədər vacib olan enerji, sağlamlıq və gülərüzlülük sağlam 

həyat tərzi ilə şərtlənir. Sağlamlığın qorunması strategiyası xəstəliklərin və 

nasazlıqların müalicəsinə deyil, profilaktikasına yönəldilməlidir. Sağlamlıq 

– hər şeydən əvvəl, insanın əsas həyat məqsədlərinin, qoyulmuş vəzifələrin 

effektiv və vaxtında yerinə yetirilməsi, işdə fəallıq və sabitlik, dözümlülük, 

dinamiklik və kommunikativlik, həyat nemətlərindən zövq almaq imkanla-

rının reallaşdırılması üçün lazım olan enerjisidir. Sağlamlığın qorunması 

üçün insan bir sıra vacib qaydaları bilməli və yerinə yetirməlidir. Hər şey-

dən əvvəl bu, düzgün qidalanma mədəniyyətidir. O, yeməkdə aza qane ol-

mağı, gündəlik təmiz su içməyi, yemək vaxtı və yeməkdən dərhal sonra su 

içməkdən çəkinməyi, öz orqanizminin daxili siqnallarına qulaq asmaq ba-

carığını nəzərdə tutur. Bitki mənşəli qidalara, tərəvəzlərə və meyvələrə üs-

tünlük vermək, təzə  çəkilmiş  şirələrdən istifadə etmək lazımdır. Yemək 

zövq verməlidir. Qidanı səylə çeynəyərək, asta-asta yemək, ayaq üstə və ya 

uzanmış vəziyyətdə qida qəbulundan çəkinmək lazımdır. Diqqətini yemək-

də  və onun insana verdiyi zövqdə  cəmləşdirmək lazımdır. Alimlər hesab 

edirlər ki, yetkin orqanizm üçün insanın gün ərzində  qəbul etdiyinin üçdə 

bir hissəsi tamamilə kifayətdir. Maraqlıdır ki, bu fikir gündə bir dəfə yeyən 

İmmanuil Kantın qidalanma rejimi ilə üst-üstə düşür. Həmçinin, yadda sax-

lamaq lazımdır ki, qidalı maddələrin hamısı bütün insanlar üçün eyni dərə-

cədə faydalı deyil ki, bu da qan qrupunda olan biokimyəvi fərqlərlə şərtlə-

nir. Əgər insan düzgün qidalanmırsa, onda bəzi maddələr qan hüceyrələrinin 

fəaliyyətinə neqativ təsir göstərir. İllərlə bu mənfi effekt cəmlənir və güclənir 

ki, bu da insanın sağlamlığının pisləşməsinə gətirib çıxarır. Məsələ bu və ya 

digər məhsulların insan orqanizminə neqativ təsirini minimuma endirməkdən 

ibarətdir. Qidalanma ilə yanaşı insanın quruluşuna və qan qrupuna daha çox 

uyğun gələn cismani mədəniyyətin bu və ya digər növləri və rejimlərini 

seçmək də vacibdir. Bizə elə gəlir ki, qidalanma mədəniyyətinə həsr edil-

miş əsərlər arasında amerikalı həkim-naturopat Piter D`Adamonun bəşəriy-

yətin təkamül inkişafı prinsipləri üzərində qurulmuş rasional qida nəzəriy-

yəsi diqqəti cəlb edir. Həmişə yadda saxlamaq lazımdır ki, alkoqol, tütün, 

sintetik mənşəli məhsullar insan sağlamlığına zərər vurur. Buna heyvan 

mənşəli yağların, şəkər, sirkə, kofe və bəzi digər məhsulların çox istifadəsi-




İdarəetmə mədəniyyəti 

 

587



ni də əlavə etmək lazımdır. Tez-tez, xüsusən səhər tezdən, yuxudan oyan-

dıqdan sonra və yatmazdan əvvəl təmiz su içmək tövsiyə edilir. Hərəkət və 

oksigen çatışmazlığı orqanizmə neqativ təsir edir. Hesab edilir ki, orqaniz-

min normal fəaliyyətini, maddələr mübadiləsini və immuniteti, yaxşı iş qa-

biliyyətini və həyat gücünü saxlamaq məqsədilə hər gün qırx dəqiqədən az 

olmayaraq cismani mədəniyyətlə məşğul olmaq lazımdır. Şüurlu qidalanma 

və cismani mədəniyyətlə yanaşı orqanizmə müntəzəm istirahət, hər şeydən 

əvvəl sakit, rahat yuxu, yorğunluğu çıxaran yaxşı musiqi, gəzinti lazımdır.  



Məhsuldar həyat fəaliyyətinə mane olan və insanın sağlamlığına zərər 

vuran amillərdən biri qorxudur.

66 

Bodo  Şefer hesab edir ki: pozitiv təfək-

kür, diqqətin həyati problemlərin həllində və məqsədlərdə cəmləşdirilməsi, 

minnətdarlıq hissi, öz nailiyyətlərinin  əhəmiyyətinin dərk edilməsi, xeyir-

xah insanlarla ünsiyyət, vaxtaşırı yaxşı musiqinin dinlənilməsi və s. qorxu-

nun aradan qaldırılmasına kömək edir. Özünün məqsədi və minnətdarlıq 

hissi - öz həyatına, sağlamlığına, əmlakına, imkanlarına, sizi sevən və hör-

mət edən dostlara və xeyirxah insanlara görə minnətdarlıq hissi üzərində 

diqqəti cəmləşdirməklə qorxu hissinə qalib gəlmək olar və lazımdır. Rifah 

və sevinc haqqında tez-tez düşünmək lazımdır ki, onlar bu tərzlə  şüurlü 

məqsədin həyata keçirilməsində qorxu və narahatlıq hissini sıxışdırıb çıxa-

raraq və ruhi tarazlığa səbəb olaraq, mükafat olacaqdır. Baş verməmiş fak-

ta, ehtimal olunan, ola bilsin hətta baş verməyəcək xoşagəlməzliklərə görə 

vaxtından əvvəl dilxor olmaq - düşünülməmiş əzab çəkmək və öz səhhətini 

pozmaq deməkdir. Çünki “sarsıdıcı hadisə” ümumiyyətlə, heç baş verməyə 

də bilər, əgər baş verərsə, o, yaxşılığa doğru dəyişikliklər üçün stimul ola 

bilər. Qorxu bizim ətraf aləmə münasibətimizdən, onun qavranılması və şü-

urumuzda əks olunmasından asılıdır. Öz həyatının mənasını aydın təsəvvür 

etmək, öz həyat qabiliyyətinə inanmaq və ruhi tarazlığını xeyirxah insanlar-

la müntəzəm ünsiyyətlə möhkəmləndirərək, hər gün özündə istənilən bir 

işin müvəffəqiyyətli nəticəsinə  əhval-ruhiyyə yaratmaq lazımdır. Bununla 

yanaşı həyatda gözlənilməz faciələrin də olduğunu dərk edərək, özündə də-

yanət formalaşdırmaq və destruktuv hadisələrdən özünün “yenidən doğul-

ması” və inkişafı üçün istifadə etmək lazımdır. Bodo Şefer çətinlikləri ma-

terial adlandırır ki, “ondan uğura doğru aparan pilləkən qurmaq mümkün-

dür.” Həyatı çoxpilləli pilləkənlə müqayisə edərək o, problemin aradan qal-

dırılmasının zəruriliyi haqqında danışır. Bunun üçün özünə inanmaq və öz 

məqsədləri uğrunda mübarizə aparmaq, paxıl adamlara fikir verməmək, 

partnyorları öz tərəfinə cəlb etmək, ehtiyatlar yaratmaq və gözlənilməzlik-

lərə hazır olmaq, sağlamlığının qeydinə qalmaq, ətrafdakıların qayğısına 

                                                            

66

 Ernest Hemenquey deyirdi: “ Qorxaqlıq və vahimə qədər heç nə insanın canını daha çox almır.”  




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə