Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə282/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   278   279   280   281   282   283   284   285   ...   315

Fuad Məmmədov

 

 

584



lazımdır. İtirilmiş vaxtın həmişəlik yox olduğunu nəzərə alaraq, vaxtın hər 

dəqiqəsini səmərəli idarə etmək məqsədi ilə Templton uzunmüddətli və qı-

samüddətli məqsədlər strategiyasından istifadə etməyi məsləhət görür. O 

bir neçə il əvvəl üçün strateji məqsədlərin müəyyən edilməsi və monitorin-

qini, prioritetlərin yenidən nəzərdən keçirilməsi yolu ilə bu məqsədlərin 

permanent korrektəsini, həmçinin gündəlik, həftəlik, aylıq və illik planlaş-

dırmanı  nəzərdə tutur. Bununla bərabər zəruri məsələlərin vaxtında həll 

edilməsi  şərtlərindən biri gündəlik fəaliyyət planının ertəsi günün axşamı 

tərtib edilməsidir.  

 

Minnətdarlıq hissi 



 

Özünüidarə - situasiyadan faydalanaraq ona nəzarət etməkdir, məyuslu-

ğu optimist şəkildə füsunkarlığa çevirməkdir, həyati bəxşişləri minnətdar-

lıqla qəbul edərək,  xırda hisslərdən uzaq olmaqdır. Özünü idarə etmənin 

baza vəzifələrindən biri - özündə sevinc və xoşbəxtlik, qeryi-məhdud inkişaf 

imkanları mənbəyi kimi, həyatı sevmək və onu qiymətləndirmək bacarığını 

formalaşdırmaqdır. Gündəlik həyat ətalətinə üstün gələrək, biz həyatın gö-

zəlliyini görməli və ona görə minnətdarlıq hissi keçirməliyik. Praktik olaraq 

bütün psixoloqlar qeyd edirlər ki,  hətta  ən kədərli hadisələri belə pozitiv 

şərh etməyə can atmaq, həyatın insana bəxş etdiyi hər şeyə sevinməyi ba-

carmaq, hər bir situasiyadan faydalı olanı mənimsəmək, insanları və yaşa-

nan ömrün hər bir anını əsl bəxşiş kimi qiymətləndirmək lazımdır. Həyatın 

bizə verdiyi hər bir xeyirxahlığa görə minnətdarlıq - rifaha və ruhi rahatlığa 

səbəb olan ən mühüm psixoloji amillərdən biridir. Yaradana, bizi əhatə 

edən insanlara və bütün çətinlikləri və problemləri ilə birlikdə həyatın özü-

nə minnətdarlıq hissi insana öz gücündə  əminlik verir və qoyulmuş  məq-

sədlərə nail olmağa yardım edir. O, qarşılıqlı pozitiv enerji yaradır ki, bu da 

insanın imkanlarını, gücünü və biliyini artırır, xeyirxahlığı və firavan yaşa-

manı insana doğru cəlb edir. “Yarımçıq stəkanı boş deyil, dolu görmək” ba-

carığı çox gözəl həyat nikbinliyidir, bizi əhatə edən hər şeydə yaxşını gör-

mə qabiliyyətidir. Bəxş edilmiş  həyat nemətlərinə görə minnətdarlıq hissi 

bizə həyat harmoniyası, inam və sevinc duyğusu aşılayır. Templton deyir: 

“Əgər biz artıq malik olduğumuza görə minnətdarlıq hissi keçiririksə, bu 

hissin özü bizə daha yaxşını çəkib gətitir. Minnətdarlıq – bizə dostları, mə-

həbbəti, sakitliyi, sağlamlığı  və maddi rifahı  cəzb edən güclü maqnitdir”. 

İnsanın öz həyatına və artıq malik olduğu hər şeyə görə, bizi əhatə edən gö-

zəlliyi görmək, qiymətləndirmək və xoş  məramın nəticəsinə olduğu kimi

ona sevinmək qabiliyyətinə, özünün ruhi və maddi rifahına görə minnətdar-

lıq hissinin dərk edilməsi – xoşbəxtliyin sirrlərindən biridir. Minnətdarlıq 



İdarəetmə mədəniyyəti 

 

585



hissi ruhi dincliyə, razılığa və  mənəvi sağlamlığa səbəb olur, uğur gətirir. 

İnsan əldə etdiyi hər şeyə görə minnətdar olmalıdır, lakin özündən razılıq 



hissindən çəkinməli, proqressiv inkişafın mahiyyəti kimi, öz həyat fəaliyyə-

tində daim yeni uğurlara can atmalıdır. Tənbəllik, laqeydlik, arxayınçılıq və 

inkişafda maraqlılığın itirilməsi - özündən və öz nailiyyətlərindən razılıqla 

yaranır. Məhəbbət kimi, özündən narazılıq da xoşbəxtliyə doğru yolda insa-

nı daim qızğın fəaliyyətə stimullaşdıran, onun inkişafının hərəkətverici 

qüvvəsidir.  

 

Rifah - özünüidarə nəticələrindən biri kimi 

 

Müvəffəqiyyətli özünüidarə göstəricilərindən biri rifahdır.  Məntiqi bü-

tövlükdə iqtisadi məntiqdən az fərqlənən, özünün iqtisadi inkişafını idarə 

etməyi öyrənmək lazımdır. Həyat səviyyəsinin gəlirlərin inkişafına propor-

sional surətdə yüksəlməsini nəzərə alaraq, Bodo Şefer, xüsusi toplanan he-

sabın köməyi ilə şəxsi kapitalını formalaşdırmağı və xərclərin gəlirləri üstə-

ləməsinə yol verməyərək, əmək haqqının hər artmasından pul yığaraq, on-

dan gələn faizlərlə dolanmağı tövsiyə edir. Düzgün “maliyyə təfəkkürü” və 

öz maliyyəsini tənzimləmək bacarığı  həyat keyfiyyətinin yüksəlməsinə  və 

inkişaf üçün çoxlu sayda imkanların yaranmasına yardım edir. Biz müvəf-

fəqiyyət qazanmaq və rifahımızı yüksəltmək istəyiriksə, müntəzəm və tam 

şəkildə dincəlmək şərti ilə, var qüvvəmizlə çalışmalıyıq. Uğurlu fəaliyyətdə 

insanın faydalı iş əmsalı və öz mədəniyyətinin entropiyası probleminə mü-

nasibəti mühüm əhəmiyyətə malikdir. Öz peşəkarlıq potensialının maksi-

mal istifadəsi üçün lazımi qüvvə sərf edərək insan öz enerjisinin faydalı iş 

əmsalını maksimuma yüksəldir və entropiyanı – səmərəsiz sərf edilən ener-

jini sıfıra endirir. Fəaliyyətin məqsədi, strategiyası  və texnologiyalarının 

düzgün seçimi zamanı  əgər o, davamlı  həyat istiqaməti olursa, inanılmaz 

nəticələr verir, çox gözəl motivasiyanı, özünü təkmilləşdirməni təmin edir 

və yeni həyat qələbələrinə aparır.  

 

Sağlamlıq - özünüidarə şərti və göstəricisi kimi 

 

İnsanı yüksək tonusla, enerji, şadlıq, gülərüzlülük və həyat keyfiyyəti ilə 



təmin edən sağlamlığı haqqında qayğı - effektiv özünüidarənin əsasını təş-

kil edir. Həyat yollarında insanı yalnız sevinc, müvəffəqiyyət və uğursuz-

luqlar deyil, həm də  müxtəlif xəstəliklər  müsayiət edir. Xəstəliklərin  əsas 

mənbələri aşağıdakılardır: genetik amillər; düzgün olmayan qidalanma; or-

qanizmin həddindən artıq soyuması; infeksiyalar; əsəb gərginlikləri, düz-

gün olmayan həyat tərzi, keyfiyyətsiz istirahət, səs-küyün təsiri və s. səbəb 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə