Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə290/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   286   287   288   289   290   291   292   293   ...   315

İdarəetmə mədəniyyəti 

 

601



Ailə münasibətlərində daimi qarşılıqlı qiymətləndirmələr böyük rol oy-

nayır. Ər-arvad arasındakı münasibətlər, əsas etibarilə qarşılıqlı keyfiyyət-

lərin qiymətləndirmə  ədalətliyi, səmimiliyi və  nəzakətindən, bir-birinin 

əhəmiyyətinin və nailiyyətlərinin etirafından asılıdır. Əgər ər- arvad qarşı-

lıqlı iddiaları, bir-birinin gözləmələrini, arzuları və ümidlərini başa düşmür-

lər yaxud qiymətləndirmirlərsə, onda onlar qarşılıqlı narazılıq, soyuqluq, 

uzaqlaşma və hətta əlaqələrin qırılması riskini yaradırlar.  

Sübhəsiz,  ər-arvad arasında  şəxsiyyətlərarası harmoniyaya nail olmaq 

üçün şəxsiyyətin temperament kimi təbii xüsusiyyətini də nəzərə almaq la-

zımdır. Müxtəlif temperamentli insanlarda xarakter xüsusiyyətləri müxtəlif 

cür aşkar olur. Temperamenti və xarakteri bilmə anlaşılmazlıqlardan və ix-

tilaflardan xilas olmağa imkan verir. Orqanizmin xüsusiyyətlərindən, ali si-

nir sisteminin fəaliyyətindən asılı olaraq, insanları şərti olaraq fleqmatiklə-

rə, melanxoliklərə, xoleriklərə və sanqviniklərə ayırırlar. Real həyatda, bir 

qayda olaraq, onlardan birinin üstünlüyü ilə müxtəlif növlərin birləşməsi 

müşahidə edilir. Psixoloq V.S.Merlin temperament xüsusiyyətlərinin insa-

nın psixi həyat dinamikasına təsirini göstərərək, iki - sakit düzənlik və sü-

rətli dağ çaylarının obrazlı müqayisəsini verir. Bu iki müxtəlif çayların bir-

ləşməsi (bundan başqa, həm də eyni xarakterinə görə) burulğanlar və şəla-

lələr əmələ gətirərək, müxtəlif cür formalaşa bilər, çünki onların hər biri öz 

dəyərini və özünəməxsusluğunu qorumağa çalışır.  

Ər-arvadın bir-biri ilə daxili narazılığının, mümkün qarşılıqlı münaqişə-

lərin aradan qaldırılmasına - öz rolunun düzgün dərk edilməsi, niyyətlər, 

planlar və  işlər haqqında  ər-arvadın qarşılıqlı  məlumatlılığı, maraqlarının 

harmonizasiyası yardım edir. Psixologiyanı, xarakter xüsusiyyətlərini, ailə 

üzvlərinin duyğuları və ideallarını yaxşı bilmə, onların daxili aləmini gör-

mə - münaqişələrdən yaxa qurtarmağa və xilasedici qarşılıqlı anlaşmaya na-

il olmağa kömək edər.  

Möhkəm ailənin labüd şərti ər-arvad məhəbbətini və qarşılıqlı bağlılığı-

nı  təsdiq edən diqqət, qayğı, razılıq, qarşılıqlı  dəstək və digər amillərdir. 

Onlar yaxşı qarşılıqlı münasibətlərin, qarşılıqlı anlaşma və  əməkdaşlığın 

formalaşması üçün zəmin yaradırlar. İnsanın başqa insana qarşı həqiqi mü-

nasibətini onun davranışına görə, sözlərə görə deyil, işlərə, konkret əməllə-

rə  və real nəticələrə görə  təyin etmək olar. İnsanın davranışında həmişə 

hədd duyğusu və  nəzakət olmalıdır. Ailədə yaxşı münasibətlərin saxlanıl-

ması üçün şüurlu fədakarlıqlar da olmalıdır.  



 

 

 

 


Fuad Məmmədov

 

 

602



Uşaqların təhsili və tərbiyəsi haqqında 

 

Uşağın təhsilə  və  tərbiyəyə  əsaslanan mədəniyyətinin tərbiyə edilməsi 

ailədə başlayır. Uşağın anadangəlmə mədəni keyfiyyətləri - əsasını bir neçə 

nəslin düzgün tərbiyə və təhsil ənənələrinin təşkil etdiyi uzunmüddətli təka-

mülün nəticəsidir. Bu keyfiyyətlər vaxtı gələndə irsi səviyyəyə keçir və in-

sanın müəyyən qabiliyyətləri, mədəni dəyərləri və sosial etikasında öz ifa-

dəsini tapır.

69 


Düzgün tərbiyə - doğmalara hörmət, dürüstlük, sadəlik, qarşılıqlı yardım 

hissi, şərə qarşı barışmazlıq, ailənin digər üzvlərinə zərər verməklə sərbəst-

likdən istifadə etməyin və  şəxsi münasibətlərdə humanizm prinsiplərinin 

pozulmasının qəbuledilməzliyini nəzərdə tutur. Ailə  uşaqlara etimad gös-

tərməli, onların həyat fəaliyyətinə nəzarəti həyata keçirməli, uşaqlarda gö-

zəllik hissini və insanlara məhəbbəti, yüksək etik mədəniyyəti, məntiqi tə-

fəkkürü, və hadisələri, faktları və insanları tənqidi təhlil etmə qabiliyyətini 

formalaşdırmalıdır.  

Möhkəm və uğurlu ailə formalaşdırılması prosesinin əsas idarəetmə va-

sitələri  - həyat fəaliyyəti məqsədlərinin və  səmərəli texnologiyaların düz-

gün təyin edilməsi, şüurlu tərbiyə və uşaqlara həyat fəlsəfəsini, reallıqlarını 

və qanunlarını izah etmək, planlaşdırma, məsuliyyət, xidmətlərin qiymət-

ləndirilməsi, tanınma (qəbul edilmə), alicənablığa və ləyaqətli həyat tərzinə 

görə müntəzəm mənəvi mükafatlandırma, diqqətin dəyərli olanın üzərində 

cəmlənməsi, düzgün motivasiya, stimullaşdırma, uşaqların qabiliyyətlərinə 

və cəmiyyətdə onların özünütəsdiqinə və özünü reallaşdırmasına daha artıq 

dərəcədə cavab verən sənət seçimində yardım etmədır. Erkən yaşlarından 

uşaqlarda böyüklərə hörməti, kiçiklərə  məhəbbəti,  əməyə  məhəbbəti, qo-

naqpərvərliyi, şəxsiyyətə hörməti, düzgünlüyü, intellektual, mənəvi və pe-

şəkar kamilləşməyə müntəzəm ehtiyacı, məsuliyyət mədəniyyətini, vaxtı 

səmərəli idarə etmək bacarığını formalaşdırmaq lazımdır.  

Ailənin strateji məqsədlərindən biri, uşaqların, - hər bir millətin insan 

kapitalını təşkil edən, yaxşı biliklər və pozitiv mənəviyyata malik, alicənab 

şəxsiyyətlər və tamdəyərli vətəndaşlar kimi onların təşəkkülünü və inkişafı-

nı təmin edən təhsili və tərbiyəsidir. Hələ XI əsrdə Təbəristan müdriklərin-

dən biri Key Kavus “Qabusnamə”də yazırdı: “Böyüklük ağılda və bilikdə-

                                                            

69

 Uşaqların təfəkkür mədəniyyətinə  və  hər bir millətin genofondunun formalaşmasına 



oyuncaqlar və uşaq ədəbiyyatı böyük təsir göstərir. Bunu nəzərə alaraq, oyuncaqlara və uşaq 

kitablarına nəzarət etmək və  uşaqların  şüuruna onların təsir predmetini testdən keçirmək 

lazımdır.  

 

 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə