Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə286/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   282   283   284   285   286   287   288   289   ...   315

Fuad Məmmədov

 

 

592



vahidliyini, ailənin mahiyyəti və məqsədləri haqqında, uşaqların tərbiyəsinə 

yanaşmalar haqqında,  ər-arvadın rolu, məsuliyyəti və  vəzifələri haqqında 

təsəvvürlərin uyğunluğunu, ər-arvadın emosional ümumiliyini və s. göstər-

mək olar. Hər bir mədəni ailə insan həyatının dəyərləri və mənası haqqında, 

öz əcdadlarının cəmiyyət qarşısındakı nailiyyətləri və xidmətləri haqqında, 

özünün tarixi missiyası, məqsədləri, imkanları və gözləmələri haqqında, şə-

rəfli keçmişi haqqında, övladlarının və yeni nəsillərin ləyaqətli gələcəyi 

haqqında aydın təsəvvürə malik olmalıdır. Müasir ailənin rifahı, əsas etiba-

rilə ailənin yaşadığı  cəmiyyətlə  və onu cəmiyyətlə bağlayan çoxlu sayda 

görünməz tellərlə - xarici mühitlə qarşılıqlı əlaqəsindən asılıdır. Ailə bey-

nəlxalq münasibətlərin qeyri-rəsmi subyekti də ola bilər və bununla millətin 

və yaşadığı dövlətin imicinə təsir göstərə bilər. Üzvlərinin səviyyəsi və so-

sial-siyasi fəallığından asılı olaraq o, xalqların qarşılıqlı anlaşması, həmrəy-

liyi və  əməkdaşlığının inkişafı üçün əlverişlı xarici mühitin yaranmasına 

imkan yaradaraq, beynəlxalq münasibətlər mədəniyyətinə  də  təsir göstərə 

bilər.  


Ailə səviyyəsində biz cəmiyyətdəki idarəetmə proseslərini, lakin bir qə-

dər yumşaq, spesifik formada görürük. Ailə üçün idarəetmənin hüquqi de-

yil, əsasən mənəvi-etik formaları xarakterikdir. Ailənin həyat fəaliyyətinin 

idarə edilməsi, onun tələbatlarının təmin edilməsi və onun inkişafının stra-

teji planlaşdırılması, ailə münasibətləri mədəniyyətinin formalaşdırılması 

və qorunması, onun üzvlərinin mənəvi sağlamlığı, uşaqların maddi təminatı 

və ruhi inkişafı, onların əməyə və yüksək mənəvi dəyərlərə cəlb edilməsi

uşaqların müstəqil həyata hazırlanması - çoxlu bilik, enerji, təcrübə, dözüm, 

müdriklik tələb edir. Konstruktiv və sabit həyat fəlsəfəsinə malik şəxsiyyət 

özünün inkişafı və təkmilləşməsi prosesində həm öz davranışını və fəaliy-

yətini idarə edir və etməlidir, həm də öz ailəsinə, doğmalarına və yaxınları-

na yaxşı təsir göstərməli, onlarla münasibətlər mədəniyyətini inkişaf etdir-

məlidir. U.Rocers deyirdi: “Elə yaşayın ki, ev tutuquşusunu şəhərin baş xə-

bərçisinə satmağa utanmayasınız”.  

Ailə mədəniyyəti və onun idarə edilməsi məsələsi şəxsiyyətin özünüida-

rə mədəniyyəti ilə sıx bağlıdır. Burada: biologiya, fiziologiya, antropologi-

ya, psixologiya, tibb, ekologiya, cismani mədəniyyət, düzgün qidalanma, 

etika, hüquq, insan münasibətləri mədəniyyəti, din və insanın həyat fəaliy-

yətinin digər sahələrindəki biliklər; məqsədlərin və mənəvi həyat prinsiplə-

rinin düzgün seçimi; biliklərə, təcrübəyə və xoş mərama əsaslanan müdrik-

liyin yetişdirilməsinə can atmaq; şüurun təfəkkür, məram və davranış üzə-

rində nəzarəti; seçilmiş prinsiplərin həyata keçirilməsini, düzgün həyat tər-

zini və insanın ailədə və ondan kənarda yüksək davranış mədəniyyətini tə-

min edən möhkəm iradə də lazımdır. 




İdarəetmə mədəniyyəti 

 

593



Ailənin idarə edilməsi mədəniyyətinin əsasını, insanların idarə edilməsi 

və özünüidarədə olan eyni baza qaydaları  və  məntiq təşkil edir. Burada 

özünüidarənin effektivlik formulu tətbiq edilə bilər. Bununla bərabər bura-

da xüsusi spesifika yer tutur. Ailənin hər bir üzvünün fərdi xarakter xüsu-

siyyətlərinin nəzərə alınması, bütöv sosial mikrosistem kimi, ailədə psixo-

loji uyğunluq və harmoniyaya nail olaraq, onların münasibətlərinin tənzim-

lənməsi bacarığı ailənin idarə edilməsində mühüm əhəmiyyət kəsb edir. Ai-

lə idarəçiliyində - strategiya və texnologiya, psixologiya, sosiologiya və di-

zayn kimi idarəetmə elminin ümumi prinsiplərini də müşahidə etmək olar. 

Burada, həmçinin müxtəlif təşkilati mədəniyyət tiplərinin birləşməsinə - ha-

kimiyyət mədəniyyəti, rol mədəniyyəti, vəzifə mədəniyyəti, şəxsiyyət mə-

dəniyyətinə rast gəlmək olar, “qərarların qəbul edilməsi” proseslərini, “da-

nışıqlar prosesinin”, “innovativ fəaliyyət” elementlərini, nəhayət, despotik-

dən – demokratikə qədər müxtəlif ailə quruluşu növlərini aşkar etmək olar. 

Ailə idarəçiliyi mədəniyyətində bütövlükdə həyat fəaliyyətində olduğundan 

daha artıq dərəcədə, bütün müxtəlifliyi ilə həyatın özü ön plana çıxır. Ailə-

də və əmək kollektivində münasibətlərin xarakteri psixoloji cəhətdən ayrı-

ayrı olsa da, bir-birindən fərqli olmasına baxmayaraq, idarəetmə üslubu ey-

ni ola bilər ki, bu da daha çox “kiçik orkestrin dirijoru”, lider rolunu icra 

edən ailə başçısının xarakterindən asılıdır.  

Ailə idarəçiliyi mədəniyyətinin şərtsiz prioriteti, həm milli mədəniyyətin 

və sivilizasiyanın  ən  əhəmiyyətli nailiyyətlərinin mənimsənilməsini, həm 

də müstəqillik, məsuliyyət və yaradıcılıq fəaliyyəti qabiliyyətlərini nəzərdə 

tutan şəxsiyyət mədəniyyətinin bütöv, harmonik formalaşdırılmasıdır. Ailə-

nin tərbiyə etdiyi şəxsiyyət ictimai-faydalı  fəaliyyətə istiqamətlənməli, 

onun intellektual və etik mədəniyyət səviyyəsini xarakterizə edən işi bil-

məklə  qərar qəbul etmək qabiliyyətinə malik olmalı, məqsədə nail olmaq 

üşün ağıllı, düzgün və humanist vasitələr seçməlidir. Yüksək ailə mədəniy-



yətinin  formalaşdırılması sözlə əməlin bütövlüyünə sadiqliyi, “ikili əxlaq” 

kimi məlum olan - biliklə davranış arasındakı ziddiyyətin aradan qaldırıl-

masını, makiavellizm prinsiplərindən şüurlu imtinanı nəzərdə tutur. Ailənin 

idarə edilməsi mədəniyyətində insanın mədəni dəyərlər sistemi, həyat fəlsə-

fəsi, dünyagörüşü,  əqidəsi, ailə etikası, məhəbbəti və dostluğu böyük rol 

oynayır.  



Ailə  mədəniyyəti  cəmiyyətdəki destruktiv təzahürlərin və böhranların 

aradan qaldırılması üçün də böyük əhəmiyyətə malikdir. O heç də həmişə 

mənəviyyatın qorunması və inkişafı ilə müşayiət olunmayan biliklərin, in-

formasiya mədəniyyətinin, elm, texnologiya, istehsalın sürətli inkişafının 

xarakterik olduğu, mədəniyyətin eroziyasının, etika və humanizm dəyərləri-

nin devalvasiyasının yer tutduğu texnogen sivilizasiya şəraitində xüsusilə 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə