Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə284/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   280   281   282   283   284   285   286   287   ...   315

Fuad Məmmədov

 

 

588



daha çox qalmaq lazımdır. Bir çox mürəkkəb məsələlərin həllini asanlaşdı-

ran şəxsi təcrübəni zənginləşdirərək, çətinliklərlə mübarizə aparmaq bacarı-

ğını yetişdirmək, inkişaf etdirmək lazımdır.  

Hadisələrə və faktlara insanın reaksiyası, onların interpretasiyası insan-

da psixoloji gərginlik yarada bilər ki, bu da, streslərin idarə edilməsinin ak-

tuallığını şərtləndirir. Stressləri idarə edərək biz əmələ gələn enerjini yara-

dıcı məcraya yönəldə bilərik. Bodo Şefer deyir ki, sağlamlıq üçün stress zə-

ruridir. Orqanizmin daxili balansının pozulduğu zaman əmələ  gələrək, o, 

bütün funksiyaların balansını və qarşılıqlı əlaqəsini bərpa edərək, bu prose-

si tənzimləyir. Əgər stress pozitiv təfəkkür hesabına nəzarət edilirsə, o, in-

sanın orqanizminə müsbət təsir göstərir. Onun tərəfindən bu emosional və-

ziyyəti pozitiv amil kimi istifadə etməyə yönəldilmiş streslər üzərində nə-

zarət qaydaları formulə edilmişdir. Bu qaydaların mahiyyəti: daxili tarazlı-

ğı saxlamaq və diqqəti indiki məqamda məşqul olduğumuz işin üzərində 

cəmləşdirmək; işdə prioritet vəzifələr seçmək və  işə can yandırmaq; hər 

şeydə və işdə nizam-intizamı gözləmək, rahat iş tempini yaratmaq; tələsik-

likdən və narahatlıqdan çəkinmək üçün ehtiyat vaxt planlaşdırmaq; işi və 

məsuliyyəti həvalə etmək, hər şeyə yumor hissi ilə yanaşmaq; iş və istirahət 

vaxtını düzgün bölüşdürmək və həddən artıq məşğulluğa yol verməmək; in-

sanlarla həddən artıq əlaqələri məhdudlaşdırmaq; sadəlik göstərmək, hədsiz 

şöhrətpərəstlikdən imtina etmə; qələbələri və  məğlubiyyətləri sakit tərzdə 

qarşılamaq, öz qələbələrinə sevinmək; öz sağlamlığının və emosional və-

ziyyətinin qayğısına qalmaq, vaxtaşırı dincəlmək, əylənmək, yuxu və istira-

hət zamanı telefonları söndürmək bacarığını birləşdirir. Ruhi dincliyin, 

təmkinin və şüur aydınlığının qorunmasında sakit şərait, ibadət, meditasiya, 

təbiət əvəzsiz rol oynayır. 



İnsanın ruhi və psixi sağlamlığının  əsasını xeyirxahlıq təşkil edir. Bu 

anlayışa yaxşılığı və insanlara xidmət etməyi, alicənablığı, mərhəməti, şəf-

qəti, məhəbbəti, dostluğu və sədaqəti də əlavə etmək olar. Konfutsi ailədə 

və dövlətdə rifahın əsasını, həmçinin insanları idarə etmək imkanını xeyir-

xahlıqda görürdü. Əmin-amanlıq, daxili ruhi dinclik sağlamlığın baza şərt-

lərindən biridir. Bizim daxili ruhi dünyamız xarici şəraitdənsə, bizim özü-

müzdən, öz şüurumuzu idarə etmək qabiliyyətindən, hadisələri sakit, fəlsəfi 

qavramaqdan, özündə müdriklərə xas olan ataraksiya (təmkinlilik) yetişdır-

məkdən daha çox asılıdır. Ruhi tarazlığa nail olmaq üçün öz vicdanınla ra-

zılıqda olmaq və vaxtaşırı “mən çox sakitəm” və “mən hər şeyi bağışlayı-

ram” formulu üzrə autotreninqlə  məşğul olmaq lazımdır. Belə vaxtaşırı 

“susma” şüurun həssaslığını, daxili dünya və onun transendentallığı ilə əla-

qə duyğusunu artırır, həyatın və xeyirxahlığın rolunun daha yaxşı dərk edil-

məsinə, şəxsiyyətin ruhi işıqlandırılmasına səbəb olur.  




İdarəetmə mədəniyyəti 

 

589



Geriyə baxarkən hər bir mədəni insan şüurlu və gözəl yaşanan günlərə, 

aylara və illərə görə razılıq hissi keçirməli, öz yaradıcı əməyinin nəticələri-

nə - əkdiyi ağaclara, yetişdirdiyi “meyvələrə”, tikdiyi binalara və şəhərlərə, 

böyütdüyü, təhsil verdiyi və tərbiyə etdiyi insanlara görə qürur hissi keçir-

məlidir. Bu - elmi və texniki nailiyyətlərə, incəsənət  əsərlərinə, dövlət 

konstruksiyaları və insana xidmət üçün təyin edilmiş həyat fəaliyyəti texno-

logiyalarına da aiddir. Əkdiyimiz hər bir mədəniyyət toxumu insanın həyat 

fəaliyyəti üçün zəruri olan çox bəhrələr verə bilər. Effektiv özünüidarə sis-

teminin yaradılması üçün özündə nəinki fəallığı, həm də qoyulmuş məqsə-

də nail olmayınca, qəbul edilən qərarın və ya planın yerinə yetirilməsində 

sabitlyi, mətinliyi, inadkarlığı yetişdirmək lazımdır. Qəlbin səxavəti, ətraf-

dakıların səni qəbul etməsi və  bəyənməsi, insanlara xidmət üçün öz ağlı, 

enerjisi və vaxtının təmənnasız olaraq sərf edilməsi – insan rifahının açarıdır.  

 Görkəmli tarixi şəxsiyyətlərin yuxarıda gözdən keçirilən fikirləri, ya-

naşmaları və qiymətləndirmələri, müasir tanınmış analitiklər və psixoloqla-

rın, həmçinin müəllifin bəzi konseptual müddəaları, şəxsiyyətin daimi özü-

nü təkmilləşdirməsinə və özünə nəzarətə yardımı nəzərdə tutur. Əgər onlar 

insanın daxili tələbatına çevrilərsə, uğurlu həyat fəaliyyətinin, insanın ruhi 

dincliyi və xoşbəxtliyi üçün gərəkli olan yüksək ünsiyyət mədəniyyətinin, 

digər insanlarla harmoniyanın, cəmiyyətdə  məhəbbətin və hörmətin daimi 

generatoru rolunu oynayacaqdır.  

 

Fəsil 15. Ailənin idarə edilməsi mədəniyyəti 

 

Şəxsiyyət və cəmiyyət üçün ailə mədəniyyətinin əhəmiyyəti haqqın-

da. Ailənin idarə edilməsi mədəniyyətinə qoyulan tələblər. Tusinin 

ailə qurma fəlsəfəsi. Ailə idarəçiliyində Con Adairin “üç dairə mode-

linin” tətbiqi. Maslounun motivasiya modeli. Ailəni idarəetmə prin-

sipləri haqqında. Ailənin idarə edilməsi məqsədi, vəzifələri və metod-

ları. Ailə davranışı mədəniyyəti və əxlaq kodeksi. Ər-arvadın qarşı-

lıqlı mədəniyyət münasibətləri haqqında. Uşaqların təhsili və tərbiyə-

si haqqında.  

 

Ailə mədəniyyətinin əhəmiyyəti və  

onun idarə edilməsinə qoyulan tələblər haqqında 

 

Yüksək ruhi mədəniyyətə malik şəxsiyyətin formalaşdırılması və vətən-

daş olmasında sosial mühit – məktəb və müəllim, ali məktəb və əmək kol-

lektivi, cəmiyyət, dövlətin siyasi rejimi böyük rol oynayır. Lakin bu proses-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə