Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə280/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   276   277   278   279   280   281   282   283   ...   315

Fuad Məmmədov

 

 

580



insanda günəş var. Ona yalnız işıq saçmaq imkanını verin.” Özünüidarəyə öy-

rənərək və zəkamızın tükənməz imkanları sayəsində biz öz fikirlərimizi, hisslə-

rimizi və davranışımızı daha səmərəli idarə etməyə başlayırıq.  

Digər insanlarla ünsiyyətdə,  ətrafdakıların obyektiv qiymətləndirilməsi və 



özünün yaxşı cəhətlərini və keyfiyyətlərini özünü qiymətləndirmə əsasında in-

san müəyyən sosial rola olan hüququnu bərqərar edir. Yanlış tərbiyə, E.From-

ma görə “sizə necə lazımamsa - mən eləyəm” prinsipi ilə yaşayan “bazar xa-

rakterli” insanın formalaşmasına gətirib çıxara bilər. Bu, şəraitdən asılı olaraq 

dəyişən, yüksək mədəniyyətli insana xas olan möhkəm mənəvi prinsiplərin, ar-

dıcıllığın, alicənablığın və sədaqətin ondan gözlənilməsi mümkün olmayan if-

rat konformistdir. İnsan azad olmalıdır. Bu o demək deyil ki, o, istədiyi hər şe-

yi edə bilər. Xeyr. Burada əsas meyar yüksək ruhi mədəniyyətdir. Davranış 

etik mədəniyyətin və vicdanın tələbləri ilə şərtlənməlidir. Kimin isə şüurlu ola-

raq manipulyasiya edə biləcəyi “ictimai rəydən” asılılıq isə düzgün deyil, çünki 

bu,  şəxsiyyətin fərdiliyinin itirilməsinə  səbəb olur, onun yaradıcı inkişafına 

mane olur, təşəbbüsünü və mütərəqqi yeniliklərini məhdudlaşdırır. Cəmiyyət 

tərəfindən daim “qiymətləndirilənlər” rolunda olma - özünütəsdiqin, inkişafın 

və yaradıcılığın ən yaxşı üsulu deyil. İnsana möhkəm iradə, təmiz vicdan, öz 

gücünə inam və sərbəst yaradıcılıq lazımdır. Başqa sözlə, insan “dalğaların ira-

dəsinə görə” üzməməlidir, lakin öz  həyatını, şüurunu, iradəsini, arzularını və 

məqsədlərini idarə etməlidir, öz taleyində mütərəqqi dəyişikliklərin və nailiy-

yətlərin memarı və inşaatçısı olmalıdır. İnsanın ünsiyyətində “əməkdaşlıq” fəl-



səfəsi və texnologiyası düzgün özünüidarəyə doğru aparır. Bu - sosial münasi-

bətlərin yüksək mədəniyyətinə,  şəxsiyyətin formalaşdırılmasına və dürüstlük

xeyirxahlıq və məsuliyyət kimi insani keyfiyyətlərin inkişafı hesabına ictimai 

həyatda destruktiv hadisələrin aradan qaldırılmasına doğru yoldur. Təəssüf ki, 

real həyatda biz yeni formaya düşməyi çox tez bacaran çoxüzlü ifrat konfor-

mistlərlə tez-tez rastlaşırıq. Belə adamlar üçün dərin həyat təsisləri və əqidələri 

mövcud deyil. Lakin hər bir cəmiyyətdə digər insanlar da az deyil. Bu - “sın-

dırmaq mümkün olan, lakin əymək mümkün olmayan” şəxsiyyətlərdir. Bütün 

həyat şəraitlərində onlar mərdlik, sarsılmazlıq, qəhrəmanlıq kimi məziyyətlərə 

nümunə olurlar, həyat fəaliyyətinin sosial əhəmiyyətli obrazını və yüksək insan 

mədəniyyətini nümayiş etdirirlər.

65 


Məhz belə insanlar şəxsiyyətlərin və liderlə-

rin tərbiyə edilməsi üçün nümunədirlər. 

 

 



 

                                                            

65

 Mişel Montenin sözlərini xatırlayaq: “Həqiqi ləyaqət çaya bənzəyir: o nə qədər dərindirsə, 



o qədər az səs çıxarır”.   

 



İdarəetmə mədəniyyəti 

 

581



Münaqişələrin idarə edilməsi 

 

 Özünüidarə mədəniyyəti insanlarla qarşılıqlı münasibətlərdə münaqişəli 

situasiyanı idarə etmək qabiliyyətini də  nəzərdə tutur. Burada başlıcası, 

təmkin və başqasını dinləmək, onun mövqeyini obyektiv və özünütənqid 

şəklində qiymətləndirmək və düzgün nəticələr çıxarmaq bacarığıdır. Başqa-

sının rəyi sizinki ilə uygun gəlmirsə, çəkinmək lazım deyil. Sakitliyini və 

təmkinini saxlayaraq, mübahisənin mahiyyətini opponentin üzərinə keçir-

məmək, onun insani ləyaqətlərinin alçaldılmasına yol verməmək və ona 

münasibətdə hörmət göstərmək vacibdir. Bu zaman anlaşılmazlığı aradan 

qaldırmaq və hansı hisslərin onun davranışına istiqamət verdiyini aydınlaş-

dırmaq üçün suallar vermək lazımdır. Münaqişə həm də özünə müəyyən ça-

ğırış, özünün, bəlkə  də yaxşı  tərəfə  dəyişmək lazım olan düşüncələri və 

davranışının düzgünlüyü haqqında fikirlərinə bəhanədir. Sosial münaqişələ-

rin azaldılması və qarşısının alınması üçün effektiv insan fəaliyyətinin mü-

hüm motivasiyası olan şəxsiyyətin - cəmiyyət, vətən və bütövlükdə bəşəriy-

yət qarşısındakı xidmətlərinin obyektiv ictimai qəbul edilməsidır. Öz tərə-



findən  obyektiv seçim prinsipləri və meyarlarına malik olmayan ədalətsiz 

qiymətləndirmələr və bölgü münasibətləri sistemi insanların sosial fəallığı-

nın və ictimai əmək məhsuldarlığının azalmasına, böyük yaradıcı imkanla-

rın itirilməsinə, ictimai münasibətlərin qeyri-sabitliyinə  və  vətəndaşların 

hakimiyyətə inamının qırılmasına səbəb olur. İnsan münasibətləri və sosial 

münasibətlərdəki ziddiyyətlər, münaqişələr və böhranlar öz başlanğıcını 

məhz buradan götürür. Bunun üçün demokratik ölkələrin dövlət idarəçiliyi 

sistemində hər bir vətəndaşın mədəni keyfiyyətlərinin, peşəkarlıq məziyyət-

lərinin və sosial-mədəni inkişafa töhfəsinin  ədalətli qiymətləndirilməsinə 

birinci dərəcəli əhəmiyyət verilir. 

 

Xoşbəxtlik - həyat stimulu kimi 



 

Şəxsiyyətin ən mühüm özünüidarə stimulu xoşbəxtlik olub və olacaqdır. 

Fəaliyyət sahəsindən asılı olmayaraq, bütün insanlar, daha çox onların ruhi 

mədəniyyəti və  uğurlarının səviyyəsi ilə müəyyən edilən xoşbəxtliyə can 

atırlar. Xoşbəxtliyə can atma – hər bir insanın həyat fəaliyyətinin təbii və 

başlıca stimuludur, özünü təkmilləşdirməyə can atma isə - özünü mədəni 

şəxsiyyət hesab edənlər üçün xoşbəxtliyin mütləq şərtidir. Bu sosial qanu-

nauyğunluq insanın tələbatları, maraqları və məqsədlərinin formalaşma mo-

tivlərini bir çox cəhətdən izah edir, insanların təfəkkürünə  və davranışına 

təsir edir, şəxsiyyətin psixologiyasını və xarakterini anlamaq imkanını ve-

rir. Xoşbəxtlik – insanın və onun yaxınlarının mənəvi və fiziki sağlamlığı-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə