Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə276/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   272   273   274   275   276   277   278   279   ...   315

Fuad Məmmədov

 

 

572



digər insanlara dəstək olmağa imkan verir. Bu zaman yadda saxlamaq la-

zımdır ki, zaman - ən qiymətli resursdur, həyat  şəraitinin yaxşılığa doğru 

dəyişməsi daha çox bizim əməyimizdən asılıdır, bizim təsir etmək iqtida-

rında olmadığımız şeyləri dəyişməyə çalışaraq, enerji sərf etmək lazım de-

yil. İşi ən yaxşı tərzdə yerinə yetirərək, peşəkarlıqla sahib olduğu fəaliyyət 

üzərində insanın fikrini cəmləşdirmə qabiliyyəti prinsipial əhəmiyyətə ma-

likdir. “Rəssam, şah əsərlərin surətlərini çıxara-çıxara meydana gəlir.” Baş-

qa insanların, əsasən, həyatda böyük uğurlara nail olanların təcrübəsini öy-

rənmək və onlardan yaradıcı şəkildə istifadə etmək çox vacibdir.  

Piter Druker haqlı olaraq qeyd edir ki, hətta Leonardo da Vinçi, Napole-

on, Motsart və bir çox başqaları kimi görkəmli dünya mədəniyyəti xadimlə-

ri, çətinlikləri dəf edərək, daim öz üzərlərində işləmişlər. Məhz buna görə 

onlar bu qədər çox şeyə nail olmuşlar. İstər-istəməz İsaak Nyutonun aforiz-

mi yada düşür: “Mən başqalarından uzağı onunçun görə bildim ki, məndən 

əvvəl işləyənlərin hamısının çiyinləri üzərində qalxdım.” Belə miqyaslı xa-

dimlər az olsa da, istedad səviyyəsi və fəaliyyət nəticələri onları adi insan-

larla bir cərgəyə qoymağa imkan vermir, tamamilə aydındır ki, zəhmət və 

məqsədyönlülük olmadan, onlar çətin ki müvəffəqiyyət qazanardılar, çünki 

istedad ciddi əməyə vurularsa, çox gözəl nəticələr verir. Həyatda öz yerini 

tapmaq üçün öz qabiliyyətlərini, iş üslubunu və öz əxlaq prinsiplərini bil-

mək lazımdır. Özünün təbii imkanları və qabiliyyətlərinin düzgün qiymət-

ləndirilməsi və istifadə edilməsi zəruriliyi haqqında danışaraq, Piter Druker 

qeyd edir ki, vətəndaş cəmiyyəti şəraitində hər bir insanın seçimi var. Buna 

görə də həyatda öz yerini tapmaq üçün öz qabiliyyətləri haqqında mümkün 

qədər çox bilmək, bunun üçün nəticəni proqnozla müqayisə edərək, öz fəa-

liyyət nəticələrini təhlil etmək lazımdır. Nəticələrin təhlili, diqqəti özünün 

güclü cəhətlərində  cəmləşdirmək, qabiliyyətlərinin daha geniş surətdə  aş-

karlanması üçün, onları praktikada düzgün tətbiq edərək, öz bilikləri və 

vərdişlərini təkmilləşdirməyə imkan yaradır. Bizim mənəvi prinsiplərimizə 

uyğun şəraitlərdə işləmək, həmçinin öz etik mədəniyyətini təkmilləşdirmək, 

başqa xalqların mədəniyyətlərinə dair biliyini artırmaq, kollektivlə və təşki-

latın rəhbərliyi ilə yaxşı münasibətlər qurmaq, ictimai fəaliyyətlə  məşğul 

olmaq çox əhəmiyyətlidir. Druker sürətli dəyişikliklər şəraitində öz peşəkar 

rəqabət qabiliyyətliliyini itirmək istəməyən  əqli  əmək işçilərinə qarşılıqlı 

münasibətləri qaydaya salmağa görə məsuliyyəti öz üzərinə götürməyi öy-

rənməyi və aşağıdakı suallara cavab tapmağı məsləhət görür: mənim rolum 

nə kimidir? məndə nəyə qabiliyyətlər var? mənim iş üslubum necədir? hə-

yatda mənim yerim hardadır? təşkilatın ümumi işinə  mənim  şəxsi töhfəm 

necədir?  

 



İdarəetmə mədəniyyəti 

 

573



Özünü təkmilləşdirmə 

 

Həyatın mürəkkəb problemlərini həll etmək bacarığı insanın təbii mə-

ziyyətlərinin inkişafına və özünüidarənin əsas məqsədlərindən biri olan in-

sanın özünü təkmilləşdirməsinə yardım edir. Daim yaxşılığa doğru dəyişmə 

yeni imkanların yaranmasına səbəb olur. İnsan özünün bilikləri, vərdişləri, 

bacarıqları, iradəsi, məsuliyyəti, mənəviyyatı  və  nəticə etibarilə  səmərəli 

yaradıcı fəaliyyətini daim inkişaf etdirmək hesabına şəxsiyyət olmağa can 

atmalıdır. O özünün əməlləri və  mənəvi, insani keyfiyyətləri, yüksək ruhi 

mədəniyyəti sayəsində ətrafdakıların məhəbbətini və hörmətini qazanmalı-

dır. Lakin hörmət və məhəbbəti qazanmaq azdır, onu saxlamağı bacarmaq 

lazımdır. Yüksək nəticələr  əldə etmək üçün həsəd aparanlara fikir vermə-

dən, onları “təbiətin təbii məsarifləri” və istedadlı adamları müşayiət edən 

yol yoldaşları kimi nəzərdən keçirərək, çoxlu və inadla çalışmaq lazımdır. 

Təbiət qanunauyğunluqlarına uyğun olaraq, vicdanlı əmək və dözümün nə-

ticəsi mütləq mükafatlandırılmalıdır. Öz qüvvəsinə  və  qələbəyə  həmişə 

inanmaq lazımdır. Tamaşaçıların neqativ psixoloji əks-təsirinə baxmayaraq, 

kar olması səbəbindən hündür qalaya dırmaşıb çıxan kar qurbağa əhvalatını 

xatırlayaq. Bu əhvalat, bizi ən istəkli arzularımızdan məhum etməyə çalışa-

raq, öz pessimizmini və neqativ əhval-ruhiyyəsini bizə ötürməyə çalışan in-

sanlara heç vaxt qulaq asmamağı öyrədir. Sizin müəyyən qələbə qazanmaq 

əzminizi görüb, “Bu mümkün deyil, sən heç vaxt bunun öhdəsindən gələ 

bilməzsən” deyən insanların nüfuzunu və xeyirxahlığını  şübhə altına alın. 

İnsanın inkişaf səviyyəsindən, xarakterindən və özünüidarə qabiliyyətindən 

asılı olaraq, həyat tərzi kimi onun mədəniyyəti,  əsasən:  həyata passiv uy-

ğunlaşma, seyr etmə və tələbat kimi, yaxud yaradıcı, gerçəkliyin fəal dəyiş-

dirilməsi kimi aşkar oluna bilər. Özünü təkmilləşdirmə fəal həyat mövqeyi 

tələb edir. Həyat qabiliyyəti səviyyəsinin inkişafı və imkanlarının artırılma-

sı məqsədilə hər bir insan özünə kənardan baxmağı bacarmalı, özünün güc-



lü və  zəif cəhətlərini qiymətləndirməlidir.  Bu məqsədlə idarəetmə elminin 

əsaslarını yaxşı bilmək və ondan özünüidarə məqsədi ilə yaradıcılıqla istifa-

də etmək vacibdır. Bu, özünütəsdiq və həyatda öz qabiliyyətlərimiz və im-

kanlarımızı reallaşdırmaq üçün, şəxsiyyətin zövqünə və maraqlarına cavab 

verən səmərəli işin axtarışı üçün, firavan və xoşbəxt ailə qurmaq üçün yeni 

imkanlar aça bilər.  İnsan öz xoşbəxtliyinin yaradıcısı olmalı, təbiətin ona 

bəxş etdiyi, bərpa olunan resurs olan öz fərdi qabiliyyətlərini idarə etməyi 

öyrənməli, daha yüksək nəticələr verən iş üslubunu qiymətləndirməli və in-

kişaf etdirməlidir. Bu, həyatın çağırışlarını tam hazırlıqla qarşılamağa və 

pozitiv təfəkkürün yetişdirilməsi və yeni fəaliyyət formalarının tapılması, 

özünütəşkilin yenidən qurulması vasitəsi ilə böhran vəziyyətlərini yeni yol-



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə