Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə275/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   271   272   273   274   275   276   277   278   ...   315

Fuad Məmmədov

 

 

570



mütəşəkkillik, məsuliyyət və iradə, öz fəaliyyətinə daimi nəzarət, planların 

və alınan nəticələrin tutuşdurulması lazımdır. Öz fəaliyyət və nəticələrinin 

qeydini,- nailiyyətlərini özünütənqid  şəklində  təhlil etməklə, gündəlikdən 

yaxud öz fəaliyyətinin səmərəliliyinin digər yazılı monitorinq formaların-

dan istifadə edərək, yazılı formada aparmaq lazımdır. Özünün bütün fikrini 

və qüvvəsini, onları dağıtmayaraq, bir işin üzərində  cəmləşdirməyi bacar-

maq və yalnız onu tamamladıqdan sonra digərinə keçmək lazımdır. Öz fi-

kirlərinə nəzarət etmək və diqqəti nə isə bir işin üzərində cəmləşdirmək bi-

zim işimizin faydalı əmsalını dəfələrlə yüksəldir və səmərəli nəticə əldə et-

məyə inkan verir.  

 

Çətinliklərin, uğursuzluqlaın və məğlubiyyətlərin 

 aradan qaldırılması  

 

Həyat yalnız inkişaf imkanlarından deyil, həm də mürəkkəb problemlər-



dən və  çətinliklərdən  ibarətdir ki, onları  mərdliklə  qəbul etmək və onlarla 

ləyaqətlə mübarizə aparmaq lazımdır. Erazm Rotterdamski hesab edirdi ki, 

“hətta ən pis talelərdə belə xoşbəxt dəyişikliklər üçün imkanlar var”. “Əlve-

rişli imkanın çətinliklərin və problemlərin arasında gizləndiyini” qeyd edən 

Albert Eynşteyn də onunla həmrəydir. Uğursuzluqlar bizi özümüzə olan 

inamdan məhrum etməməlidir. Yadda saxlamaq lazımdır ki, ilin fəsilləri 

bir-birini əvəz etdiyi kimi, insanın həyatında işıqlı və qaranlıq zolaqlar bir-

birini əvəz edir, bu - qanunauyğunluqlardır ki, onlara psixoloji cəhətdən ha-

zır olmaq, şəxsi uğursuzluqlar kimi qəbul etməmək, məqsədə çatmaq üçün 

yalnız əqli və fiziki qabiliyyətlərini deyil, həm də öz qəlbini qoymaq lazım-

dır. Onu da yaddan çıxarmaq lazım deyil ki, özünüidarə prosesi, insanın in-

kişafının dəyişməz yol yoldaşı olan səhvlərsiz ötüşmür. Bu, düzgün qərarlar 

qəbul etməyə və müvəffəqiyyət qazanmağa imkan verən təcrübə mənbəyi-

dir. Şəxsi hazırlıqsız, müntəzəm olaraq biliklərini artırmadan, özünün şəx-

siyyət dəyərlərini yüksəltmədən effektiv özünüidarə mümkün deyil. İnsan 

özünün, onun həyat fəaliyyəti nəticələrinin ailə, cəmiyyət, dövlət və bütün 

bəşəriyyət üçün faydalılıq dərəcəsi ilə müəyyən edilən qiymətini bilməlidir. 

Gələcək haqqında düşünərkən indiki zamanı və ətrafdakı insanları qiymət-

ləndirmək, həyatın hər bir pozitiv anını taleyin şansı və hədiyyəsi kimi qə-

bul etmək lazımdır.  

İşdə olduğu kimi, həyatda da, uğursuzluqlardan qorxmaq və məğlubiy-

yəti faciəvi qəbul etmək lazım deyil. Problemə hər bir yeni yanaşma - müəy-

yən uğursuzluğa düçar olmaq riskidir. Buna görə də biz, biliyə istinad edə-

rək, qorxu və qətiyyətsizliyi, məğlubiyyət əhval-ruhiyyəsini qəbul etməmə-

li, mərdlik və möhkəm iradə göstərməli, yeni ciddi nailiyyətlərlə özünü 




İdarəetmə mədəniyyəti 

 

571



doğrulda biləcək şüurlu riskə getməliyik. Dialektika qanunlarını xatırlaya-

raq, nəzərə almaq lazımdır ki, həyatda uğursuzluqlar və məğlubiyyətlər qa-

çılmazdır. Başlıcası, onları güclü şəxsiyyət formalaşdıran və onun özünüi-

darə qabiliyyətini inkişaf etdirən dərslər kimi qəbul etmək lazımdır. Həyat 

prosesini məktəbdə uşağın təlim prosesi ilə müqayisə edərək, Templton bi-

zim həll etməli olduğumuz problemlərin çətinliklərinin daim artması  haq-

qında danışır. Bu həm də yeni insanlar, amillər, şəraitlər, düşüncələr, vəziy-

yətlərdir ki, onlara uyğunlaşmaq lazımdır. Başlıcası - mürəkkəb vəzifələrin 

yaranmasından qorxmamaq, lakin öz praktikasını genişləndirərək və  şəxsi 

təcrübəsini zənginləşdirərək, “yolun öhdəsindən yalnız yolu gedən kəsin 

gələ biləcəyini” xatırlayaraq, onları ardıcıl surətdə və inamla həll etmək la-

zımdır. Problemləri nikbinlliklə, düzgün həllini tələb edən təbii, qanunauy-

ğun həyat hadisələri kimi qəbul etmək gərəkdir. Situasiyanı və onunla bağlı 

olan çətinlikləri aydınlaşdırmaq, vəzifəni və onun bilik və təcrübəyə əsasla-

nan həllini müəyyən etmək lazımdır. Bu pillələrin dərk edilməsi və ardıcıl 

fəaliyyət, - inamsızlığı  və qorxunu aradan qaldırmağa, məsələnin düzgün 

həllini tapmağa və pozitiv nəticələr əldə etməyə yardım edir. Öz növbəsin-

də, yüksək nəticələrin əldə edilməsi arzularımıza çatmaqda yeni qələbələrə 

stimul olur. Bu mənada müvəffəqiyyət - ən çox istənilən məqsədə nail ol-

maqda yeni qələbələrə aparan pilləkənlərdə bir pillədir. Beləliklə, zəhmət, 

inad və dözüm – güclü alətlərdir ki, onlarsız insanın inkişafı ağlasığmazdır. 

Xalq hikmətini xatırlayaq: “tərpənməyən daşın altından su axmır”, “səndən – 

hərəkət, Allahdan – bərəkət”. 

Öz imkanlarından aşağı olmayan səviyyədə yaşamaq və  işləmək üçün 

nə etmək lazımdır? Özünüidarə  məsələlərinə yaradıcılıq və  məsuliyyətlə 

yanaşmaq. Bilmək azdır, öz biliklərini praktik surətdə həyata keçirməyi ba-

carmaq lazımdır. Bacarmaq azdır, mütəşəkkil, məsuliyyətli və iradəli olmaq 

gərəkdir. Mütəşəkkil olmaq azdır, ətrafdakılara münasibətdə nəcib, etik ol-

maq lazımdır. Etik olmaq azdır, işgüzar olmaq, bunun üçün konkret fəaliy-

yət sahəsi seçib, strategiya, metodika və texnologiyanı düzgün müəyyən 

edib, çalışmaq, yaratmaq lazımdır. Bu gün etmək mümkün olan işi sabaha 

qoymamaq. Sağlamlıq, başqa insanlarla qarşılıqlı münasibətlər, maddi rifah 

məsələləri, hisslər və əmək – prioritet işlər hesab edilir. Bodo Şefer müvəf-



fəqiyyətə aparan yolda, insanın xarakteri və keyfiyyətləri ilə şərtlənən altı 

maneəni göstərir. Bu - təkəbbür, cahillik, şöhrətpərəstlik, tənbəllik, şübhə-

lər və günah hissidir. Bu maneələrin aradan qaldırılması yolu – sadəlik, 

təhsillilik, inadlı  zəhmət, mərdlik, öz qüvvəsinə inam, möhkəm iradədir. 

Razılıq və xoşbəxtlik hissinın duyulması üçün yaxşı iş seçimi və ona düzgün 

münasibət bəsləmək mühüm əhəmiyyət daşıyır. Bu öz istedadını və qabiliy-

yətini həyata keçirərək, işdən zövq almağa, şəxsi rifahını təmin etməyə və 



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə