Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə278/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   274   275   276   277   278   279   280   281   ...   315

Fuad Məmmədov

 

 

576



onlara diqqət, mərhəmət göstərmək, dəstək olmaq lazımdır. Burada məsu-

liyyət daha mədəni, ağıllı və güclü, möhkəm iradəyə malik insanın üzərinə 

düşür. O həm də özünü dərk etməyə, öz davranışına kənardan tənqidi bax-

mağa və lazım gələrsə, onu pozitiv dəyişdirməyə qabil olmalıdır.  

Məlum olduğu kimi, insanın davranışı onun ətraf aləmə bütün münasi-

bətlər sistemi, hər şeydən əvvəl onun ətrafdakı insanlara münasibəti ilə mü-

əyyən edilir. Belə münasibətin keyfiyyət meyarı insanlar tərəfindən həmişə 

qiymətləndirilən insanlıq və humanizmdir.

60 

Ünsiyyət mədəniyyətində nitq 



çox böyük rol oynayır. Hələ XI əsrdə Key Kavus yazırdı: “Bütün qabiliyyət-

lərdən ən yaxşısını nitq qabiliyyəti hesab et.” İnsanlarla danışıq zamanı öz fi-

kirlərini dürüst ifadə edərək, sözləri düzgün seçmək lazımdır. C.Templton de-

yir ki, “sözlərimiz, - vasitəsilə dünyamızı qurduğumuz səs alətidir.” Deyilə-

nin məntiqə uyğunluğu, pozitiv energetikası, qüsursuz məntiqi və inandır-

maq bacarığı möcüzələr yarada bilər. Kimə isə verilən sözün üstündə dur-

maq lazımdır – bu bizə inamın, hörmətin və müvəffəqiyyətin rəhnidir.  

İnsanın davranışı onun daxili mədəniyyətini, xarakteri, temperamenti, 

tələbatları, istəklərini, dünyagörüşünü, etik prinsiplərini, emosiyaları  və 

hisslərini, əhval-ruhiyyəsini əks etdirir. Mədəni insan özünün pis əhval-ru-

hiyyəsini nümayiş etdirməməli,  ətrafdakılara öz qayğı  və  həyəcanları ilə 

əziyyət verməməli, onları öz gur emosiyaları ilə yormamalıdır. O yalnız öz 

hərəkətlərinə deyil, həm də ətrafdakılara və insanın özünə böyük təsir gös-

tərən sözlərinə fikir verməlidir. Xeyirxah söz və yaxşılıq, səmimiyyət, baş-

qalarını dinləmək qabiliyyəti - faydalı insan münasibətlərinin formalaşdırıl-

masının  ən yaxşı üsuludur. Bu zaman etik normaları  və qaydaları bilmək 

azdır, onların təsadüfi xarakter deyil, şəxsiyyətin ruhi dincliyini yaradan və 

digər insanların həyatına yardım edən keyfiyyəti olmasına imkan yarada-

raq, real həyatda onlara dönmədən  əməl etmək lazımdır.  Şəxsiyyətin etik 

mədəniyyəti və etiket - eyni bir şey deyil, çünki nəzakət həmişə xeyirxahlı-

ğa əsaslanır, ədəb isə - hörmətə, kəskin ton – heç də həmişə təkəbbür və eti-

nasızlıq əlaməti olmur. İnsanı başa düşmək və haqqında düzgün mülahizə 

üçün onun hərəkətləri və ya münasibətinin səbəbini axtarmaq, öz davranı-

şında onun əsaslandığı motivlərə nüfuz etmək lazımdır. Bu zaman özünə 

kənardan baxmaq, öz xarakterini, vicdanını, özünün dəyərlər sistemini, dü-

şüncələrini, niyyətlərini və hərəkətlərini obyektiv qiymətləndirmək eyni də-

rəcədə vacibdir. İnsanın hərəkətləri həmişə yaxşı düşünülmüş olmalı, nəza-

kəti, həssaslığı və müdrikliyi ilə seçilməlidir, çünki onlar müəyyən nəticələ-

rə səbəb ola bilər. Bu səbəbdən çalışmaq lazımdır ki, onlar ətrafdakılara və 

                                                            

60

 Albert Eynşteyn deyir: “Yalnız başqaları üçün yaşanan həyat ləyaqətlidir.”  



 


İdarəetmə mədəniyyəti 

 

577



insanın özünə yaxşı  təsir bağışlasın. Vicdan, məhəbbət, humanizm, xeyir-

xahlıq, borc, ədalət, düzlük kimi mənəvi kateqoriyalar aprior xarakter daşı-

yırlar, zamanla və ya şəraitdən asılı olaraq dəyişmirlər.

61 


Böhran şəraitində 

və ya mürəkkəb situasiyalarda daha parlaq şəkildə təzahür edən, insanın da-

xili  əqidəsinə  və xüsusiyyətinə çevrilərək, onlar ruhi mədəniyyətin güclü 

mənəvi amili, şəxsiyyətin özünüidarə mədəniyyətinin göstəricisi olur.  

Özünüidarə  vəzifələrindən biri - ruhi rahatlığın yaradılmasına kömək 

edən nəzakətli özünüidarə üslubunun formalaşdırılmasıdır. Bu isə bizi əha-

tə edən insanlarla münasibətlər mədəniyyətindən, bizim səxavətimiz və şəf-

qətimizdən daha çox asılıdır. Başqalarına qarşı münasibətdə yaxşılıq - ruhi 

harmoniyanın əsasıdır. İnsanların xarakteri və tələbatlarını anlamaq məqsə-

dilə, özündə onlar barədə müşahidə qabiliyyəti yetişdirmək çox vacibdir. 

Ətrafdakıların xarakteri, maraqları və gözləmələrini anlamaq, onlarda pozi-

tiv cəhətləri görməyə, onların xeyirxah başlanğıcını, məhəbbət və etimadını 

stimullaşdırmağa çalışmaq, insanların problemlərinin həllində və tələbatla-

rının ödənilməsində onlara yardım etmə - bu yalnız  şəxsiyyətin humanist 

mövqeyi deyil, həm də mədəni insanın özünün sağlamlığı üçün lazım olan 

ruhu tarazlıq şərtidir. İnsanlara məhəbbət bizi xoşbəxtliyə nail olmaq üçün 

zəruri olan enerji ilə  təchiz edir.

62 


Başqa insanlara kömək göstərərək, biz 

özümüz üçün onların potensial dəstəyini yaradırıq. İnsan münasibətləri mə-



dəniyyətinin psixoloji instrumentarisi şəxsiyyətin həyat fəaliyyətinin rahat-

lığı üçün lazım olan, insanlarla ruhi harmoniyaya nail olmağa imkan verən 

bir sıra mühüm prinsipləri birləşdirir. Bodo Şefer səmərəli həyat mövqeyi-

nin və  şəxsiyyətin düzgün özünüidarə üslubunun formalaşdırılması üçün 

mühüm əhəmiyyət daşıyan 24 “qızıl qayda” ifadə etmişdir. Bu qaydaların 

əsas mahiyyətini insan münasibətləri mədəniyyətinə birbaşa aidiyyəti olan 

aşağıdakı tövsiyələrdə birləşdirmək olar. Bu - başqalarına maraq, hörmət və 

empatiya göstərmə (həmdərd olma), onların pozitiv istəkləri və fəaliyyəti-

nin bəyənilməsi və tərifi, çətinliklərinin aradan qaldırılması və problemləri-

nin həll edilməsində diqqət və dəstək göstərilməsidir. Yaxşı cəhətlərini aş-

kar etmək, ona yaxşı münasibətin və kömək etməyə hazır olmanın ifadə 

edilməsi məqsədilə insanları müşahidə etmək qabiliyyəti, şəxsiyyətin yaxşı 

cəhətlərinin ədalətlə qiymətləndiriməsi və onun xidmətlərinin etirafı, insan-

lara tez-tez hədiyyələr etmək qabiliyyəti - insan münasibətlərinin gözəl psi-

xoloji mühitini yaradır. Buna bağışlamaq və nöqsanlara və səhvlərə qarşı il-

tifatlı olmaq, insanlarla ünsiyyət zamanı, qarşı tərəfdən bu gülümsəmə ol-

                                                            

61

 Lev Tolstoy deyir: “Sadəlik, xeyirxahlıq və doğruluq olmayan yerdə əzəmət yoxdur”.  



62

 Fyodor Dostoyevski qeyd edirdi: “Hamının xeyrinə özünü bütünlüklə  fəda etmə - 

şəxsiyyətin ən yüksək inkişaf əlamətidir”. 

 

 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə