Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə277/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   273   274   275   276   277   278   279   280   ...   315

Fuad Məmmədov

 

 

574



ların və  şəxsi inkişaf imkanlarının tapılması üçün istifadə etməyə kömək 

edər.  


Şəxsiyyətin təkmilləşdirilməsi və özünüidarə  məsələlərinə XIII əsrin 

görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusi böyük əhəmiyyət 

verirdi. Uğurlu idarə və özünüidarə məsələlərini nəzərdən keçirərək o, insa-

nın aşağıdakı keyfiyyətlərə sahib olmasının vacibliyini qeyd edirdi: gercək-



liyin düzgün dərk edilməsinə şüurun təbii iqtidarının olması, təhsilə və tər-

biyə, həqiqətin dərk edilməsinə  və inkişaf qanunlarını  kəşf etməyə imkan 

verən elmi biliklər, proqressiv dəyişikliklərə  və  bəşəriyyətin kamilləşdiril-

məsinə istiqamətlənmiş müdriklik, təcrübə, istedad, möhkəm iradə və yara-

dıcı əmək, həmçinin insan münasibətləri mədəniyyəti. Dövlətin mənafeyini 

nəzərə alaraq, Tusi müdriklərə olan tələbatdan və peşəkar məmurların ha-

zırlanması  zəruriliyindən danışır. Ölkənin idarə edilməsi məsələsinə toxu-

nan alim, diqqəti insanların mədəni inkişaf ehtiyaclarının, şəhər həyat tərzi-

nin inkişafına imkan yaradan insan münasibətləri sisteminin formalaşdırıl-

ması təhlilinin vacibliyinə, effektiv istehsala, dövlət quruculuğu və idarəçi-

liyi üsullarının təkmilləşdirilməsinə, sosial ədaləti və xalqın rifahını təmin 

edən dövlət siyasətinin həyata keçirilməsinə xüsusi diqqət yetirirdi. İnsan 

münasibətləri mədəniyyətindən danışaraq, Tusi cəmiyyətin sosial terapiya-

sını onunla əlaqələndirir. O, insanın sosial dəyərini artıran və ünsiyyət mə-

dəniyyətində mümkün səhvlərdən çəkinməyə, şəxsiyyətin inkişafına və ka-

milləşməsinə mane olan qanunsuz qərarların qarşısını almağa, sosial bəlala-

rı aradan qaldırmağa və ictimai münasibətləri təkmilləşdirməyə imkan ve-

rən  insanların davranışı haqqında elmin öyrənilməsi zəruriliyinə  xüsusi 

diqqət yetirir.  

İdeal insan, ideal ailə və ideal cəmiyyətin formalaşdırılması zəruriliyini 

qeyd edən Tusi, bu prosesdə nitqin, əməyin, xeyirxahlığın və elmin inkişafı-

na xüsusi rol ayırır. Tusinin insan mədəniyyətinin həyati vacibliyini qeyd 

edən konsepsiyasının  əsas müddəalarının mahiyyəti aşağıda göstərilənlərə 

gətirir: başa düşülən nitqin inkişafı olmadan mədəniyyət mümkün deyil; şü-

urlu  əmək olmadan xoşbəxtlik mümkün deyil; məqsədin formalaşdırılması 

xeyirxahlıq və xoşbəxtliyə istiqamətlənməlidir; elm və  təcrübənin vəhdəti 

olmadan şəxsiyyətin inkişafına və təkmilləşməsinə nail olma mümkün deyil. 

Tusinin bu müddəalarının dərk edilməsi və təhlil edilməsi şəxsiyyətin özü-

nüidarəsi üçün praktik əhəmiyyətə malikdir. Onun konsepsiyasına görə şəx-

siyyətin özünü idarəsinin və onun mənəvi sağlamlığının qorunmasının baş-

lıca şərtlərindən biri - insanın nəzəri və praktik hazırlığı, onun yaxşı və fay-

dalı  işlə  məşğul olması, yaradıcı  əməkdir.  Bununla bərabər Tusi insanın 

özünün öz mənəvi mədəniyyətini formalaşdırmasının zəruriliyi haqqında 

danışır və bunu necə etmək lazım olduğunu izah edir.  



İdarəetmə mədəniyyəti 

 

575



Şəxsiyyətin özünüidarə problemini nəzərdən keçirərək, Tusi nəfsin idarə 

edilməsi  məsələsinə xüsusi diqqət ayırır.  Ən böyük hünər - öz nəfsinə qarşı 

olan hünərdir. O öz nöqsanlarına qalib gəlməyə və müdrikliyə yaxınlaşmağa 

kömək edir. Ağıl və qəlb ilə şüurlu surətdə idarə edilən nəfs, insanı yüksək mə-

dəniyyət səviyyəsinə ucalda bilər, özbaşına buraxıldıqda isə - insanın heyvan 

səviyyəsinə enməsinə  səbəb ola bilər. Nəfsin tərbiyə edilməsində Tusi pey-

ğəmbərlərə, alimlərə, rəhbərlərə, tərbiyəçilərə və müəllimlərə böyük rol ayırır. 

Müəllimin xüsusi missiyasından danışaraq, Tusi belə bir məlum faktı misal gə-

tirir: Makedoniyalı İsgəndər öz müəllimini atasından daha yüksək qiymətləndi-

rirdi, bunu belə izah edirdi ki, əgər atası ona həyat bəxş etmişdirsə, müəllimi 

ona əbədiyyəti bəxş etmişdir. Mənəvi sağlamlığını qorumaq və öz nəfsini idarə 

etmək üçün insan özünə göz qoymalı, əməllərini şüurunun nəzarəti altında sax-

lamalı, davranışını təhlil etməli və qərəzsiz olaraq qiymətləndirməli, öz xarak-

terinin neqativ xüsusiyyətlərindən qətiyyətlə azad olmalı və xeyirxah əməlləri-

nə görə öz qarşısında hər gün hesabat verməlidir. Tusi ruhi və psixi xəstəlikləri 

aid etdiyi, “ölüm qarşısında qorxu” yaradan “nəfs xəstəliklərinə” toxunaraq, 

ölümdən deyil,  faydasız həyatdan qorxmaq lazım olduğu haqqında

59 

danışır.


 

Ölüm qarşısındakı qorxunu dəf etmək üçün təmiz vicdana malik olmaq və öz 

yaradıcı əməyi ilə insanlara xeyir vermək lazımdır. 

 

Ünsiyyət mədəniyyəti 



 

İnsanın  ən parlaq özünüidarə keyfiyyəti göstəricilərindən biri - cəmiy-

yətdə onun davranışıdır. Uğurlu, xoşbəxt həyat yaşamaq və özündən sonra 

xoş xatirə qoymaq üçün - özündə yüksək insan münasibətləri mədəniyyətini, 

başqa insanlarla yola getmək qabiliyyətini yetişdirmək lazımdır. O, xeyir-

xahlığa, həqiqətə  və  ədalətə  tərəfdarlığı, layiqli olanları qiymətləndirmək, 

ehtiyacı olanlara kömək etmək, başqalarının səhvini bağışlamaq, yaxşı ol-

mayan insanların şüuru, təfəkkürü və davranışını pozitiv dəyişməyə kömək 

etməyə çalışaraq, onlara qarşı səbrli və iltifatlı olmaq bacarığını nəzərdə tu-

tur. İnsanın mədəni potensialı və onun inkişaf imkanları əsas etibarilə mü-

şahidəçilik - “görmək” və “eşitmək” qabiliyyətindən asılıdır. Eşitmək və 

eşitdiklərini düzgün interpretasiya etmək bacarığı bizim ətraf aləm haqqın-

dakı təsəvvürlərimizi genişləndirir, insan münasibətləri mədəniyyətinin in-

kişafına yardım edir. Mədəni insan müşahidəçi olmalı və irad tutmaq əvəzi-

nə, digər insanların motivlərini başa düşməyə çalışmalıdır.  Ətrafdakılarla 

ruhi harmoniyaya nail olmaq üçün onları nəyin hərəkətə gətirdiyini bilmək, 

                                                            

59

 Qeyd  etmək maraqlıdır ki, müdrikliyi həqiqətdə görən  İohan Volfhanq Höte, faydasız 



həyatı “vaxtsız ölüm” adlandırırdı.  


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə