Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə279/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   275   276   277   278   279   280   281   282   ...   315

Fuad Məmmədov

 

 

578



masa belə, gülümsəmək qabiliyyətini; həmsöhbətində, sizə onun xahişindən 

imtina etmək lazım gəlibdisə  də, yaxşı  əhval-ruhiyyə  və ruhi məmnunluq 

hissi yaratmaq qabiliyyətini  əlavə etmək lazımdır. Bizim hər birimiz özü-

müzdə həyata pozitiv baxışlar formalaşdırmağa çalışmalı, hətta ən ağır və-

ziyyətlərdə belə daim nikbin olmalı, həyatın bizə bəxş etdiyi nemətləri min-

nətdarlıqla qəbul edərək, öz təbəssümünü saxlamalıdır. Gülümsəmək qabi-

liyyəti ətrafımızda müsbət aura yaradır və problemlərimizin həllini asanlaş-

dırır, bizdə yaxşı əhval stimullaşdırır, həyatı parlaq edir, ətrafdakılara ümid 

və xoş əhval-ruhiyyə bəxş edir, yeni dostlar gətirir. İnsanların kürəyi arxa-

sından onlar haqqında pis danışmaq lazım deyil. Bunun əvəzinə, insanı mə-

nəvi kamilləşməyə stimullaşdıran, onların nəcibliyinə müraciət etmə daha 

yaxşıdır. Zərurət yarandıqda insanları mülayim tərzdə və onların öz yanın-

da (yaxşı olar, şahidlərsiz) tənqid etmək lazımdır. Bu zaman şəxsiyyətin 

özünü deyil, onun müəyyən hərəkətlərini tənqid etmək lazımdır. Yazılı şə-

kildə tənqiddən də imtina etmək lazımdır. Günahını etiraf etmək və səhvlə-

rinə görə üzr istəmək qabiliyyəti şəxsiyyətin ləyaqətlərinə aid edilir.  

İnsanlarla münasibətdə xüsusi “diplomatik etika” tətbiq etmək lazımdır. 

Burada əmrləri və sərəncamları xahiş və təkliflər formasında ifadə etmək; öz 

ağlının və üstünlüyünün nümayişindən imtina etmək, başqalarının əhəmiyyətli-

liyini təsdiq etmək; öz fikirlərinin ifadəsində  yığcamlıq, başqalarının sözünü 

kəsmədən onları dinləmək bacarığı, onların problemlərini, mövqelərini, gözlə-

mələrini və davranış motivlərini anlamaq; sizdən daha az ağıllı olan adamla 

mübahisədən imtina etmə, onun haqlılığı ehtimalını təsdiq etmə; susmaqla və 

ya onun nə dediyinin üzərində fikirləşməyi vəd edərək, başqa mövzuya keç-

məklə mənasız mübahisəni kəsmək və ona təşəkkür etmək qabiliyyəti tövsiyə 

edilir. İnsan təbiətinin xüsusiyyətlərini nəzərə alaraq, yenini görmə qabiliyyəti-

nə malik olmayan, münaqişəli, təkəbbürlü yaxud sadəcə paxıl insanlar tərəfin-

dən sizin fəaliyyətinizin subyektiv-neqativ qiymətləndirilməsinə fikir verməyə-

rək, tənqidə sakitcə yanaşmaq lazımdır.

63 


Fikirlərinizi daha çox yeni peşəkar və 

şəxsi qələbələrinizə stimullaşdıran uğurlarınızın üzərində cəmləşdirmək lazım-

dır. Eyni zamanda tənqidin konstruktivlik və əsaslanma xarakterini təhlil edə-

rək, ondan özünü təkmilləşdirmək üçün lazım olan rasional başlanğıc götür-

mək olar. Məlum “sevməyi bacaran kəsləri sevin” ifadəsinə riayət edərək, özü-

nə - sizi, sizin ideyalarınızı və fəaliyyətinizin nəticələrini sevən, dərk edən və 

qiymətləndirən dostlar və  məsləkdaşlar dairəsi seçmək vacibdir. Bu insanlar 

şəxsi mövqeyimizdə bizə  əminlik verən və  məqsədyönlülüyümüzü möhkəm-

ləndirən mənəvi stimuldur.  

                                                            

63

 Öz həyat təcrübəsinə əsaslanaraq, Nikolo Paqanini hesab edirdi ki, “qabiliyyətlilərə həsəd 



aparırlar, istedadlılara zərər yetirirlər, dahilərdən - intiqam alırlar”. 

 



İdarəetmə mədəniyyəti 

 

579



İnsanlarla harmonik münasibətlərin və ruhi tarazlığın saxlanması üçün 

həm genetik kodla, həm də müvafiq tərbiyə ilə şərtlənən – şəxsiyyətin alicə-



nablığı böyük əhəmiyyətə malikdir. İnsanın alicənablığını təsdiqləyən key-

fiyyət – pisliyə yaxşılıqla cavab vermək, başqasının zəifliyinə qarşı co-

mərdlik və iltifat göstərmək bacarığıdır. Lakin ədalətsiz olaraq sizi incidən 

insanın hərəkətini – bir nəsildə dəyişdirmək çətin olan, insan xarakterinin, 

təbiətinin xüsusiyyəti olan alçaqlıqdan ayırmağı bacarmaq lazımdır. Alçaq-

lığı, onun daşıyıcısı  tərəfindən alicənablıq kimi deyil, zəiflik kimi qəbul 

edilən bağışlama ilə neytrallaşdırmaq olmaz. Bununla, bilavasitə və ya do-

layısı ilə sosial hadisə olan şər üçün şərait yaradılır. İnsan alçaqlığının ara-

dan qaldırılmasının yeganə yolu, şəxsiyyətin şüurunu, dünyagörüşünü, xa-

rakterini və davranışını formalaşdıran və ya dəyişdirən xeyirxahlıq dəyərlə-

rinə əsaslanan yüksək mədəniyyətin tərbiyə edilməsidir.

64

 



Şəxsiyyətin alicənablıq ifadələrindən biri - öz səhvlərini etiraf etmək qabi-

liyyətidir.  İnciklik, daha artıq dərəcədə isə hirs, bioenerjinin sərbəst axınına 

mane olur və bununla nəinki ruhi tarazlığı pozur, həm də stresslər yaradır, 

əsəb-psixi xəstərliklərə səbəb ola bilər. Şefer qeyd edir ki, əsəbiləşmə və hirs 

hissinə qapılmaq olmaz, çünki eynilə poizitiv hisslər kimi, neqativ hisslər mad-

diləşməyə qadirdirlər. Onlar “ilk növbədə özümüzə qarşı istiqamətlənirlər, bizi 

sağlamlıqdan məhrum edir və ömrü qısaldırlar.” Qaçılmaz neqativ emosiyaları 

özündən atmağı öyrənmək, daim pozitiv təfəkkür yaratmaq və həyat fəaliyyəti-

nin müsbət enerjisini hasil etmək lazımdır. Ətrafdakılara diqqət, məhəbbət, xe-

yirxahlıq və şəfqət özündə kreativ həyat enerjisi daşıyan xeyirxah münasibətlər 

yaradır. Güclü xarakterin olması,  əvvəllər buraxılmış  səhvlərə görə özündən 

narazılıqdan və öz imkanlarının lazımınca qiymətləndirilməməsindən imtinanı 

da nəzərdə tutur. Özünün və özgələrin səhvlərindən düzgün ibrət dərsi almaq 

və onlardan daim öz inkişafı və özünü təkmilləşdirmə üçün istifadə etmək la-

zımdır. Alicənab insanın yaxşı cəhətləri, istedadı və nailiyyətləri nə qədər yük-

səkdirsə, o daha artıq sadədir və lovğalıqdan uzaqdır, bu bəxşişlərə görə Yara-

dana daha çox minnətdardır. Şəxsi “mən”in arxasında, “İlahi qığılcımı” təmsil 

edən ali “Mən”in durduğunu qeyd edərək, C.Templton bunu ulduzları gündüz 

görmək cəhdi ilə müqayisə edir. “Onlar əvvəlki kimi kainatdadırlar, lakin gü-

nəş işığına görə görünmürlər. Yalnız günəş batdırdan sonra biz bu səma məşəl-

lərini görürük”. Canlı təbiətin bütün digər nümayəndələrindən fərqli olaraq, in-

san öz həyat fəaliyyətini idarə etmək və xoşbəxtliyə nail olmaq kimi nadir im-

kana malikdir. Lusi Anney (oğul) Seneka hesab edirdi ki, “qəlbin böyüklüyü 

bütün insanların xüsusiyyəti olmalıdır.” İnsanı “hər şeyin meyarı” kimi nəzər-

dən keçirən və şəxsiyyətin sonsuz imkanlarına inanan Sokrat deyirdi: “Hər bir 

                                                            

64

 Antuan de-Sent Ekzüperi deyirdi ki, insanı tərbiyə yaradır.  




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə