Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə281/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   277   278   279   280   281   282   283   284   ...   315

Fuad Məmmədov

 

 

582



dır,  şəxsiyyətin  şüurlu istəkləri və ideallarının həyata keçirilməsidir. Xoş-

bəxtlik - yalnız uğur deyil. Ona nail olma alicənablıq, xeyirxahlıq və insan-

lara xidmət ilə, öz arzuları və idealları uğrunda mübarizə aparmaq, şüurlu 

kompromisə getmək bacarığı ilə şərtlənir. İnsanın və onun yaxınlarının sağ-

lamlığı şərti ilə mükəmməl insan xoşbəxtliyini daxili gözəllik, pozitiv xa-

rakter, vicdan və düzgünlük, məhəbbət, dostluq və sədaqət kimi keyfiyyət-

lər olmadan təsəvvür etmək çətindir. Xoşbəxtliyin  ən mühüm meyarları – 

möhkəm və firavan ailə, sevimli peşə və iş, doğmaların və dostların etima-

dıdır. Həyatdan fərəhlənmək, hər şeydən zövq almaq, inandırmaq bacarığı, 

başlanğıcını ailədən götürən insanın düzgün həyat fəlsəfəsindən daha çox 

asılıdır. Ailədə düzgün tərbiyə və təhsilin nəticəsi olan anadangəlmə mədə-

ni keyfiyyətlər də böyük rol oynayır ki, bunlar zamanla genetik səviyyəyə 

keçir, və insanın müəyyən qabiliyyətləri, mədəni dəyərləri və üstünlüklərin-

də ifadə olunur. Xoşbəxtlik üçün həyatda şüurlu və aydın məqsəd, maddi ri-

fah, öz potensialını reallaşdırmaq imkanı və cəmiyyətdə layiqli yer tutmaq 

da lazımdır. Buna görə də xoşbəxtlik, şübhəsiz, əlverişli mədəni mühitin və 

sosial  ədalətin olması ilə bağlıdır. O nəinki insanın anadangəlmə  mədəni 

keyfiyyətləri və qabiliyyətlərini, həm də bilikləri və müdrikliyini, inadlı 

əməyini, kamilləşmə cəhdini, inamı və dözümünü, iradəsi və məsuliyyətini, 

azadlığı və cəsurluğunu, vətəndaş özünüdərkini, həmçinin ətrafdakılar tərə-

findən məhəbbət, hörmət, anlaşılma və dəstək tələb edir. Beləliklə, xoşbəxt-

liyə gedən yol insanın bilikləri, bacarıqları, mütəşəkkilliyi, mənəviyyatı və 

yaradıcı fəaliyyətini nəzərdə tutan yüksək ruhi mədəniyyətdən keçir.  

 

Məhəbbət - enerji mənbəyi kimi 

 

Nəyə isə nail olmağı çox güclü istəmə, müəyyən işə məhəbbət, düzgün 

seçilmiş yol və gərgin zəhmət şərti ilə, müvəffəqiyyət qazanmağın lokomoti-

vinə çevrilir. Lakin öz inkişafında uğur qazanmaq mütləq  ətrafdakıların 

maraqları və gözləmələri, altruizm kimi həyati vacib prinsipin gözlənilməsi 

ilə əlaqədardır. İnsanlara məhəbbət ən mühüm energetik amil, qarşılıqlı an-

laşma  və  ən müxtəlif problemlərin uğurlu həlli  şərtlərindən biridir. Con 

Templton hesab edir ki, məhəbbət – həyatın kvintessensiyası (cövhəri), 

onun ən böyük bəxşişidir, fikirlər, sözlər və hərəkətlər formasında ətrafda-

kılara məhəbbət bəxş etmək isə - hüsn-rəğbətin, xeyirxahlığın, dəstək olma-

nın, qayğı və mərhəmətin təbii təzahürüdür. O, məhəbbəti – bizə xeyirxah-

lığı çəkib gətirən və “kainatın öz təsir qüvvəsinin harmonik axınına” çevri-

lən cazibə qüvvəsi kimi nəzərdən keçirir. Məhəbbətin – “Eros” (romantik 

məhəbbət), “Stroq” (ailə üzvlərinə  məhəbbət), “Aqape” (altruistik məhəb-

bət) kimi qədim yunan təriflərini təhlil edərək Templton insanlara qarşı 



İdarəetmə mədəniyyəti 

 

583



humanist məhəbbət kimi,  bəşəriyyətin bütün dinlərində sülh, qarşılıqlı an-

laşma və inkişaf əldə etmək üçün ən qiymətli hesab edilən, Allahdan gələn 

şərtsiz məhəbbət olan “Aqape”ni ayırır. İnsanlara belə məhəbbət nə qədər 

çox bəxş edilirsə, o daha da artır. Bununla bərabər insanlara qarşı məhəb-



bətin ən yüksək təzahürü və ən ali dini dəyər insanın maariflənməsidir ki, 

əldə etdiyi elmi biliklər vasitəsilə ona mədəniyyətin həyati gücünü verir. 

Digər ruhi dəyər – insanı ilahi müdrikliyə yaxınlaşdıran elmi fəaliyyətdir. 

Lakin elmin dəyər şərti qazanılan biliklərin insanlar arasında yayılmasıdır. 

Erazm Rotterdamski deyir: “İşıq bəxş et və qaranlıq öz-özünə yox olacaq”.  

 

Vaxtın idarə edilməsi 

 

Özünü idarə etmənin  bütövlükdə insanın həyat fəaliyyətinin ən mü-

hüm resursu vaxtdır. Özünüidarə mədəniyyəti strateji düşünmək qabiliyyə-

tini, vaxtı əhəmiyyətsiz şeylərə sərf etməməyi və böyük məqsədlər forma-

laşdırmağı, öz həyat fəaliyyəti prioritetlərini müəyyənləşdirməyi bacarmağı 

tələb edir. Öz fəaliyyətinin elmi təşkili yolu ilə daha yüksək nəticələrə, mü-

asir elmin nailiyyətlərindən istifadə hesabına daha yüksək əmək məhsuldar-

lığına nail olmaq üçün vaxtdan səmərəli istifadə etmək lazımdır. Hesiod de-

yirdi: “Öz vaxtına sahib olmağı bacaran kəs həqiqətən böyük adamdır.” 

Vaxtın dəyərini qeyd edən Çarlz Darvin deyirdi ki, “vaxtın bir saatını hədər 

yerə keçirməyə  cəsarət edən adam – həyatın dəyərini hələ  dərk etməmiş-

dir”. Vaxt – hər biri geriyə dönmədən həyatımızdan gedən anlardan ibarət-

dir. Buna görə də vaxt resursunu idarə etmək bacarığı həyati zərurətdir. Hə-

qiqi məhəbbəti olduğu kimi, vaxtı da heç bir pulla almaq mümkün deyil. 

Sadəcə onu öz maraqlarında düzgün idarə etməyi öyrənmək lazımdır. Vaxtı 

mədəniyyətin entropiyası prizmasından nəzərdən keçirərək hiss etmək çətin 

deyil ki, vaxtın dəyəri onun məhdudluğunda və dönməzliyindədir. Həyatda 

hər bir insana müəyyən vaxt müddəti ayrılmışdır. Bu müddət ərzində öz ar-

zunu həyata keçirmək, özünü təsdiq etməyə müvəffəq olmaq, şəxsiyyət ol-

maq, özünə, ailəsinə və digər insanlara fayda və sevinc gətirən mənalı, ma-

raqlı, yaradıcı həyat qurmaq, harmonik bəşəri həyat prosesinə əlindən gələn 

töhfəni vermək lazımdır. Situasiyanın tələblərindən asılı olaraq, bizə  hər 

gün fəaliyyətimizin prioritetlərini yenidən nəzərdən keçirmək lazımdır. Con 

Templton jurnal məqalələrindən birinə istinad edərək, obrazlı olaraq, yaşa-

nan hər bir günü, faydalı və yaradıcı işlərə sərf etmək lazım olan 86400 sa-

niyəli “bank” bileti şəklində təsəvvür edir. İstifadə olunmayan saniyələr er-

təsi günün hesabına keçməyərək, həmişəlik yox olurlar, geriyə isə - yol 

yoxdur. Buna görə də sağlamlıq, müvəffəqiyyət, xoşbəxtlik və öz həyat fəa-

liyyətində konkret nəticələr əldə etmək üçün onları səmərəli istifadə etmək 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə