Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə289/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   285   286   287   288   289   290   291   292   ...   315

İdarəetmə mədəniyyəti 

 

599



mək bacarığı - əlverişli ailə münasibətlərini formalaşdırmağın ən yaxşı üsu-

ludur. Bu zaman etik normaları və ailədə davranış qaydalarını bilmək azdır, 

real həyatda onların təsadüfi xarakter daşımaması, amma ailənin bütün üzv-

lərinin həyatına kömək edən şəxsiyyət keyfiyyətinə çevrilməsi üçün onlara 

daim əməl etməyi bacarmaq lazımdır.  

Ailə üzvlərində nöqsanları deyil, yaxşı cəhətləri axtarmaq və onların in-

kişafını stimullaşdırmaq lazımdır. Doğma insanı başa düşmək və onun haq-

qında düzgün mühakimə üçün onun hərəkətlərinin yaxud münasibətinin sə-

bəbini axtarmaq, öz davranışında əsaslandığı motivlərə nüfuz etmək lazım-

dır. Bu zaman kənardan özünə də baxmaq, öz xarakterini, vicdanını, dəyər-

lər sistemini, öz düşüncələrini, niyyətlərini və əməllərini obyektiv qiymət-

ləndirmək çox vacibdir. Bütövlükdə cəmiyyətdə olduğu kimi, insanın ailə-

dəki hərəkətləri həmişə yaxşı düşünülməli, nəzakəti, həssaslığı və müdrikli-

yi ilə fərqlənməlidir, çünki onlar öz arxasınca müəyyən nəticələri çəkib gə-

tirir. Buna görə də çalışmaq lazımdır ki, onlar həm ailə üzvləri üçün, həm 

də insanın özü üçün yaxşı  nəticələrə malik olsunlar, yaxşı  əhval-ruhiyyə, 

sevinc və ilham mənbəyi olsunlar. Vicdan, məhəbbət, humanizm, xeyirxah-

lıq, borc, ədalət, heysiyyət kimi mənəvi kateqoriyalar aprior xarakter daşı-

yır, zamanla və ya şəraitdən asılı olaraq dəyişmirlər. Onlar insanın daxili 

əqidəsinə və keyfiyyətinə çevrilərək, böhran şəraitində və ya mürəkkəb si-

tuasiyalarda aydın  şəkildə üzə  çıxaraq ailənin ruhi mədəniyyətinin güclü 

mənəvi amili olurlar.  

Beləliklə, ailənin möhkəmliyi və rifahı onun etik mədəniyyətindən, 

onun üzvlərinin davranış kodeksinin əsaslandığı mənəvi prinsiplər və ənə-

nələrdən asılıdır. Yüksək mənəvi prinsiplər əsasında yaşayan ailə mədəniy-

yətinin tipik göstəriciləri - böyüyə hörmət, uşaqlara məhəbbət, həmrəylik, 

qarşılıqlı yardım, sədaqət, səbr, məhəbbət, dostluq, qonaqpərvərlikdir. Ailə-

nin əxlaq kodeksi aşağıdakıları onun hər bir üzvünün öhdəsinə qoyur:  

1.  Ailənin ruhi rahatlığı, maddi rifahı və mənəvi prestijinin saxlanma-

sı üçün zəruri qüvvələri sərf etmək. 

2.  Ailənin və şəxsiyyətin yüksək ruhi mədəniyyət prinsiplərinə səda-

qətini tanış olmayan və yad insanların loyallığından üstün tutmaq. 

3.  Dürüstlük,  ədalət və xeyirxahlıq, böyüklərə hörmət və kiçiklərə 

məhəbbət, yaşlılar, uşaqlar və əlillər haqqında qayğını nəzərdə tu-

tan yüksək mənəvi həyat prinsiplərinə tərəfdar olmaq.  

4.  Ailə maraqlarının prioritetliyini yadda saxlayaraq, öz maraqlarını 

ailə maraqları ilə harmonik surətdə uyğunlaşdırmaq. 

5.  Ailə üzvləri və dostları  tərəfindən göstərilən etimadı yüksək qiy-

mətləndirmək və doğrultmaq. 




Fuad Məmmədov

 

 

600



6.  Daim məhəbbət, dostluq və sədaqət, inam və dözüm, hörmət, məsu-

liyyət və dürüstlük, ailə üzvlərinin sağlamlığına qayğı nümayiş et-

dirmək. 

7.  Kamilliyə can atmaq, özündə pozitiv xarakter, kompromisə getmək 

bacarığı, vicdan, doğruluq, dürüstlük formalaşdırmaq. 

8.  Öz hərəkətlərinə şüuru ilə - ətrafdakılara pislik etməmə, ailədə sağ-

lam və şən psixoloji mühitin yaradılmasına yardım predmeti vasitə-

silə nəzarəti müntəzəm olaraq həyata keçirmək.  

9.  Qonşular, iş yoldaşları, tanışlar və dostlarla xeyirxah münasibətlər 

saxlamaq. 

10. Qanunun aliliyini qorumaq, cəmiyyət üzvlərinə və legitim hakimiy-

yətə hörmətlə yanaşmaq, dövlət simvollarına hörmət etmək.  

İdealda hər bir ailənin əxlaq kodeksi yalnız ailənin deyil, həm də milli 

və ümumbəşəri mədəni dəyərləri əks etdirməli və özündə bəşəriyyətin və-

tənpərvərlik və humanizm ideallarını birləşdirməlidir.  

 

Ər-arvadın qarşılıqlı münasibətlər  



mədəniyyəti haqqında 

 

Uşaqların tərbiyəsi üçün ər-arvadın ailədəki davranışı başlıca  əhəmiyyətə 



malikdir. Ailə xoşbəxtliyi və nigahın davamlılığının mühüm şərti,  ər-arvadın 

mədəni və psixoloji uyğunluğu, bir-birilərinin xarakterini bilmə, qarşılıqlı an-

laşma, məhəbbət, ər-arvad arasında mənəvi münasibətləri tənzimləyən yüksək 

ünsiyyət mədəniyyətidir. Ailədə hər şey qarşılıqlı münasibət üzərində qurulur. 

Ailədə psixoloji mühit ondan asılıdır. İnsan hisslərinin və münasibətlərinin har-

moniyası ailə xoşbəxtliyinin əsası olduğu halda, eyni zamanda mədəni uyğun-

suzluq ailədə anlaşılmazlığa, ixtilaflara, bəzən isə onun dağılmasına səbəb 

olur.


68

 Münasibətlər bayram əhval-ruhiyyəsi daşımalı, məhəbbət, qarşılıqlı hör-

mət, inam, dostluq üzərində qurulmalı, soyuqluqdan və əsəbilikdən azad olma-

lıdır. Pozitiv ailə etikasını nümayiş etdirən diqqət, qayğı, razılıq və qarşılıqlı 

yardım olmadan ər-arvad məhəbbətini və qarşılıqlı bağlılığını təsəvvür etmək 

çətindir. Qolbax deyirdi ki, ətfafındakıların bağlılığını, məhəbbətini və hörmə-

tini, köməyini özünün mənəvi münasibəti, onların rifahı haqqında öz qayğısı 

ilə qazanmaq lazımdır. Ər-arvadın yüksək mədəniyyəti, birmənalı qiymətlən-

dirmənin çətin olduğu məhəbbət və qısqanclıq kimi ikili, ambivalent kateqori-

yaları tənzimləməyə imkan verir.  

                                                            

68 


Fransız yazıçısı Andre Morua qeyd edir ki, “hər kəs əmindir ki, başqaları onu mühakimə 

edərkən, səhv edirlər, və özü başqalarını mühakimə edərkən, səhv etmir”. 

 



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə