Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə288/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   284   285   286   287   288   289   290   291   ...   315

Fuad Məmmədov

 

 

596



3.  Sosial tələbatlar (ailəyə mənsub olma, təqdir edilmə, ictimai həyat, 

məhəbbət və dostluq, ailə rifahı və xoşbəxtlik).  

4.  Hörmətdə tələbat (özünəhörmət, tanınma, uğur, status). 

5.  Özünü aktuallaşdırma tələbatı (təkmilləşmə, nailiyyətlər, şəxsiyyə-

tin inkişafı). 

6.  Dərk etmə və başqalarını maarifləndirmə tələbatı . 

7.  Estetik düyğu və gerçəkliyin dəyişdirilməsi tələbatı.  

8.  Allaha inam, dərk etmə və məhəbbətdə tələbat. 



 

Ailəni idarəetmə prinsipləri haqqında 

 

Ailə həyatının tənzimlənməsinin əsas prinsipi hüquq deyil, mənəviyyat-



dır. Ailə üçün spesifik funksiya ilə tərbiyə və təhsil, ailə büdcəsinin idarə 

edilməsi, həyat fəaliyyətinin proqram və layihələrinin reallaşdırılması adə-

tən qeyri-formal, qeyri-hüquqi xarakter daşıyır. Ailə mədəniyyəti psixologi-

yası onların qan qohumluğu ilə əlaqəliliyi, bir-birinə bağlılığı, borc hissi ilə

ənənələrlə, bir-birinin qarşısında və digər insanlar qarşısında, cəmiyyət və 

dövlət qarşısındakı mənəvi məsuliyyətlə şərtlənir.  

Ailə həyatının hər bir tarixi mərhələsində tələbatlar və maraqlar dəyişir, 

ailə qarşısında duran vəzifələri görməyə və reallaşdırmağa prinsip etibarilə 

yeni yanaşmalar tələb edən yeni sərait və imkanlar yaranır. Ailənin rifahı, 

inkişafı və təhlükəsizlik məsuliyyəti, onun idarə edilməsində aparıcı rol oy-

nayan ailə başçısının üzərinə düşür. Ailə münasibətlərindəki harmoniya bir 

çox cəhətdən onun şəxsi mədəniyyət səviyyəsindən – intellekti, etikası, ira-

dəsi, xarakteri, enerjisi, məsuliyyəti, xarizmatik keyfiyyətlərindən asılıdır. 

Ailə başçısı favoritlikdən qaçmalı, qızıl orta həddi gözləməli və ifrata var-

mamalı, ailənin bütün üzvlərinə qarşı ədalətli, dürüst və alicənab olmalıdır. 

O, ailənin həyat fəaliyyəti prosesindəki dialektik ziddiyyətləri və gözlənil-

məz çətinlikləri aradan qaldırmaq üçün lazım olan dözümə və təmkinə ma-

lik olmalı, anlaşma və qayğı, nəzakət və  dərdə  şəriklik göstərməli, natura 

bütövlüyünə və yumor hissinə malik olmalıdır.  

Ailəniт idarəetmə  mədəniyyətinin universal prinsiplərinə  əsaslanaraq, 

ailə başçısı borcludur:  

  Ailə üzvlərinin ruhi və maddi tələbatlarının maksimum ödənilməsi-

nə yardım etməyə. 

  Övladlarına yaxşı təhsil verməyə. 

  Ailə üzvlərinin sağlamlığının qorunmasına qayğı göstərməyə. 

  Övladlarında nəciblik, şəfqət, cəmiyyətin rifahı naminə biliklərə və 

vicdanlı əməyə məhəbbət, insanlara humanist məhəbbət, vətənpər-



İdarəetmə mədəniyyəti 

 

597



vərlik və comərdlik, yaradıcılıq başlanğıcı, yüksək etika və  həm-

rəylik hissi tərbiyə etməyə. 

  Ailənin vahid ruhi mədəniyyətinin formalaşdırılması maraqlarında, 

ailə üzvlərinin mədəniyyəti, xarakteri və mənafeyini harmonizasiya 

etməyə.  

  Ən yaxşı ailə ənənələrinin varisliyini təmin etməyə. 

Böyük və mehriban ailənin qızıl qaydalarından biri - valideynlərin kürə-

kənlərə və gəlinlərinə öz doğma övladları kimi psixoloji münasibət prinsi-

pidir.  

  

Ailənin idarə edilməsi məqsədi, vəzifələri  



və metodları haqqında 

 

Ailənin idarə edilməsi aşağıdakı həyat şəraitlərinin: uşaqların təhsili və 

tərbiyəsinin; ailə rifahı; sağlamlıq; ailə ideologiyası və ailə əxlaqının; ailə 

həmrəyliyi, məhəbbət, dostluq və sədaqət hissinin; ailə ənənələri varisliyi-

nin; qonşular, qohumlar, dostlar, iş yoldaşları və bütövlükdə cəmiyyətlə sa-

bit harmonik münasibətlərin qurulması  və saxlanmasının  təmin edilməsini 

nəzərdə tutur. Ailə başçısı öz səlahiyyətinə uyğun olaraq, ailə həyatı fəlsə-

fəsinə dair başlıca qərarları qəbul edir, onun həyat tərzini, əsas həyat təsis-

ləri və davranış qaydalarını müəyyən edir. Yüksək idarəetmə mədəniyyəti-

nə iddialı ailə lideri, ailənin məqsəd və prioritetlərini, “daxili və xarici siya-

sətini” düzgün müəyyən etməyi bacarmalı, strateji və taktik vəzifələr qoy-

malı və həll etməli, ailə üzvlərinin ruhi və maddi tələbatlarının ödənilməsi-

ni təmin etməli, onların maraq və  mədəniyyətlərini harmonizasiya etməli, 

ailənin hər bir üzvünün tələbatları və xarakterlərini, gözləmələri və imkan-

larını, onun xoşbəxtlik anlamını düzgün müəyyən etməlidir.  

İdarəetmə mədəniyyəti kontekstində ailə idarəçiliyinin məqsədləri, vəzi-

fələri və metodlarını aşağıdakı kimi ifadə etmək olar. İdarəetmə məqsədi – 

ailənin sosial-mədəni inkişafı, həyat fəaliyyətinin qorunması və permanent 

yaxşılaşdırılması, rifah halı və həyat keyfiyyətinin müntəzəm yüksəlişidir. 

Vəzifələr – özünün həyatdakı  təyinatını düzgün görməyə, məqsədlərə çat-

mağa, fiziki və mənəvi sağlamlığının, ailə üzvlərinin rifahı və xoşbəxtliyi-

nin, onun sağlam inkişafının təmin edilməsinə, ailənin mədəni dəyərlərinin 

saxlanılmasına və qorunmasına yardım etməsidir. Ailə idarəçiliyinin  ən 

başlıca vəzifələrindən biri daxili harmoniyaya nail olunmasıdır. Ailənin hər 

bir üzvü özünü idarə etmək, digər ailə üzvləri ilə münasibətlərini məhəbbət 

və sədaqət, eyni bir mədəni ailə dəyərlərinə bağlılıq əsasında harmonozasi-

ya etmək bacarığına malik olmalıdır. Ailə başçısı öz ağılı ilə əməllərini ida-

rə etməlidir ki, onu əhatə edən ailə üzvlərini məyus etməsin. O, ailə üzvləri-



Fuad Məmmədov

 

 

598



nin düzgün həyat motivasiyasına imkan yaratmalı, uşaqlarının istedadı  və 

qabiliyyətlərini vaxtında aşkar etməli və  həyatda onlara düzgün istiqamət 

verməli, onların düzgün peşə seçiminə kömək etməli, ailənin hər bir üzvü-

nün şəxsiyyət kimi formalaşmasına səy göstərməli, övladlarını cəmiyyətin 

yaradıcı üzvləri kimi tərbiyə etməlidir. İdarəetmə metodları - təhsil və tər-

biyə, öz həyat nümunəsi, yüksək mədəniyyəti, nüfuzu, bilikləri, təcrübəsi, 

müdrikliyi, məsləhətləri, mənəvi keyfiyyətləri, yaradıcı  fəaliyyəti ilə ailə 

üzvlərinə pozitiv təsir göstərmək; tələbkarlıq; ailə üzvlərinin həyat mənafe-

lərinin, sabitliyi və təhlükəsizliyinin təmin edilməsi haqqında qayğı; ailənin 

gələcək inkişafının planlaşdırılması və qurulmasıdır. 

Kulturoloji “ədalətlik monitorinqindən” istifadə edərək, ailə zamanın ça-

ğırışlarından asılı olaraq bəzən öz həyat fəaliyyətində korrektələr etməlidir. 

Öz mənəvi prinsiplərinə sadiq qalaraq, müasir elmin nailiyyətləri və özü-

nün qabiliyyətləri və imkanlarını nəzərə alaraq o, inkişaf texnologiyalarını 

pozitiv dəyişməyə  və  həyat keyfiyyətini yaxşılaşdırmağa çalışmalıdır. Bu 

zaman ailə  şüurunu permanent təkmilləşdirmək, öz düşüncələrində, sözlə-

rində  və  əməllərində  nəcib olmağa çalışmaq, başqalarının ləyaqətinə hör-

mət etmək, məhəbbətə, kamilliyə və harmoniyaya can atmaq, öz mənəvi və 

siyasi məsuliyyət mədəniyyətini inkişaf etdirmək, valideynlər, övladlar, cə-

miyyət, vətən və bəşəriyyət qarşısındakı borcunu yerinə yetirmək lazımdır.  



 

Ailə davranışı mədəniyyəti və əxlaq kodeksi 

 

Məlum olduğu kimi, ailədə insanın davranış mədəniyyəti onun intellek-



tual və etik mədəniyyəti, onun gerçəkliyə bütün münasibətlər sistemi ilə, 

hər  şeydən  əvvəl, onun ətrafdakı insanlara münasibəti ilə müəyyən edilir. 

Ailə - insan qəlbinin qorunduğu ocaqdır. Buna görə də məhz ailədə qarşı-

lıqlı anlaşma, ailənin hər bir üzvünü narahat edən problemlərin müzakirəsi 

və həlli çox vacibdir. Onda bizi başa düşən başqa insanların, dostların, qo-

humların axtarışına ehtiyac qalmayacaq, deməli, uzaqlaşma üçün şərait ya-

ranmayacaq.  

Ailədə davranış - şəxsiyyətin daxili mədəniyyətini, onun xarakteri, tem-

peramenti, tələbatları, istəklərini, dünyagörüşünü, etik prinsipləri, emosiya-

ları  və hisslərini,  əhval-ruhiyyəsini  əks etdirir. Belə münasibətin meyarı 

məhəbbət, insanlıq, humanizmdir. Mədəni insan özünün pis əhval-ruhiyyə-

sini nümayiş etdirməməli və öz qayğıları və  həyəcanları ilə ailə üzvlərinə 

əziyyət verməməli yaxud onları özünün gur emosiyaları ilə yormamalıdır. 

O yalnız öz hərəkətlərinə deyil, həm də ailə üzvlərinə və insanın özünə təsir 

edən sözlərinə fikir verməlidir. Xeyirxah söz və xeyirxah əməl, səmimiy-

yət, valideynlərini, qardaşları və bacılarını və ailənin digər üzvlərini dinlə-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə