Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə285/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   281   282   283   284   285   286   287   288   ...   315

Fuad Məmmədov

 

 

590



də aparıcı rol ailəyə məxsusdur. Ailənin ruhi mədəniyyəti anadangəlmə key-

fiyyətlərdən, təhsillilikdən, tərbiyəlilikdən və onun üzvlərinin yaradıcı fəaliy-

yətindən, onların bilikləri və mənəviyyatından, şüuru və vicdanından, bir-bi-

rinə və ətrafdakılara olan məhəbbəti, inamı və yaxşılığından formalaşır.  

Öz həyatının qorunması və yaxşılaşdırılması qayğısına qalaraq, yaradıcı 

fəaliyyət nəticəsində insan - alətləri və silahı,  əkinçiliyi və heyvandarlığı 

yaratmış, öz ehtiyaclarını ödəmək üçün odu, istehsalı, dili, ailəni, cəmiyyəti 

və dövləti “kəşf” və istifadə etmişdir. Mədəni inkişaf tarixi prosesində in-

san həyatının təşkili, inkişafı  və varislik vasitəsi olan ailənin yaradılması 

böyük əhəmiyyət kəsb etmişdir. Dövlət quruculuğu və idarəçiliyi məntiqinin 

dərk edilməsi üçün ailənin müstəsna əhəmiyyəti ondan ibarətdir ki, mahiy-

yət etibarı ilə ailə, bəşəriyyətin ilkin sivilizasiyalarının təməlini qoymuş ilk 

dövlətlərin timsalıdır. Nəsildən-nəsilə insanların sosial təcrübəsi, müxtəlif 

xalqların və millətlərin nümayəndələrinin ənənələri, ideologiyaları, dini tə-

səvvürləri, dəyərləri, həyat fəaliyyəti məqsədləri və texnologiyalarının mə-

nimsənildiyi həyat məktəbinə çevrilirdi. Pifaqor həyatı olimpiya oyunların-

dakı böyük və izdihamlı toplantı ilə müqayisə edirdi ki, burada bəziləri – 

şöhrət, digərləri – mənfəət, üçüncülər isə - öz həyatını daha şüurlu qurmaq 

üçün təcrübə axtarır. Çoxlu sayda müxtəlif xarakterləri, adətləri, taleləri, 

qanunları, mədəniyyət və sivilizasiyaları öyrənərək, insan öz şüurunu tək-

milləşdirir, həyat fəlsəfəsini formalaşdırır, həyat yolunu seçirdi. Mişel 

Monten deyirdi ki, dünya bir güzgüdür ki insan ona baxmalı və özünü dərk 

etməlidir. Bu yanaşma ailəyə münasibətdə də düzgüngür.  

Biz artıq bilirik ki, mədəniyyətin inkişaf amilləri anadagəlmə  mədəni 

keyfiyyətlər, sosial mühit, təbii-coğrafi  şərait, tarixi vəziyyət və  mədəni 

mübadilədir. İnsan mədəniyyətinin formalaşdırılması ana bətnində başlayır 

və ailədə davam edir. Ailə - tərbiyə və təhsil prosesində uşağın təşəkkülü-

nün baş verdiyi sosial mühitin ilk, və həm də ən əsas pilləsidir. Onun gələ-

cək həyatının bünövrəsi məhz burada qoyulur, dəyərləri və təsəvvürləri, xa-

rakteri və idealları, intellektual, etik

67 


və estetik mədəniyyətinin əsasları for-

malaşır. Ailə - ilk həyat məktəbi, insan münasibətləri məktəbi, ruhi və mad-

di mədəniyyət məktəbidir.  

Ailə - müxtəlif yaşlı və cinsli doğma insanların böyük olmayan qrupu, 

həyat əhəmiyyətli şəxsiyyətlərarası ünsiyyətin baş verdiyi “kiçik kollektiv-

dir.” Bu, vahid dünyagörüşü və öz həyatının uşaqlarında və nəvələrində da-

vam etdirilməsi, onların rifahı  və daha yaxşı  gələcəyi haqqında qayğıyla 

motivləşdirilmiş yüksək məqsədlərlə bağlı olan ruhən yaxın, doğma insan-

ların - məhəbbət, dostluq, həmrəylik və birgə dərk edilən həyat məbədidir. 

                                                            

67

 Con Lokk nəzakəti “ilk və ən xoşagələn yaxşılıq” adlandırırdı.  




İdarəetmə mədəniyyəti 

 

591



Uşaq ailədə ilk addımlarını atır, dil açır, biliklərin və davranış qaydalarının 

başlanğıcını mənimsəyir, özünün ilk həyat dərslərini alır.  



Ailə - cəmiyyətin və dövlətin ən mühüm sosial dəyəridir. Bu, insanın tə-

şəkkülü və inkişafı proseslərinin,  əsas etibarilə digər insanların həyatının 

asılı olduğu cəmiyyətin gələcək liderləri və  vətəndaşlarının formalaşması-

nın baş verdiyi kiçik və böyük insan dünyasıdır. Nəsildən nəslə ötürülən 

yazılmamış qanunlar, təsislər və təyinatların yaşamaq qabiliyyətini və şəx-

siyyətin psixologiyası  və davranışının formalaşmasına təsir gücünü təmin 

edərək, ailə onların “translyasiyasını” həyata keçirir. Anadangəlmə keyfiy-

yətlərin və əldə edilmiş biliklərin, tərbiyə və yaradıcı əməyin nəticəsi kimi, 

şəxsiyyətin ruhi mədəniyyətinin bünövrəsi məhz ailədə qoyulur. Dövlətin 

həyat qabiliyyəti bir çox cəhətdən ailə mədəniyyətindən – onun üzvlərinin 

təhsillilik və etik mədəniyyəti, yaradıcılıq fəaliyyəti və rifah səviyyəsindən 

asılıdır. Vətəndaşların biliyini və mənəviyyatını, şüurunu və vicdanını, mə-

həbbəti, inamı  və yaxşılığını, quruculuğunu və rifahını ifadə edən bu ən 

qiymətli sosial kapital, sosial şərin və sosial sabitsizliyin aradan qaldırılma-

sının  əvəzedilməz vasitəsidir. Ailə  mədəniyyəti həm valideynlərin  şəxsi 

mədəniyyətindən, onların bilikləri, bacarıqları, mütəşəkkilliyindən, onların 

həyat fəlsəfəsi, mənəviyyatı və yaradıcı fəaliyyətindən, həm də bütövlükdə 

milli mədəniyyətdən, xalqın ənənələri, adətləri, milli psixologiyasından, di-

nindən asılıdır.  

Necə xoşbəxt olmalı? Yəqin ki, insan üçün həyatda başlıca olan - xoş-

bəxtlikdir, və ilk növbədə, ailə xoşbəxtliyidir. Xoşbəxt ailəni dostluq və 

məhəbbət hissləri olmadan təsəvvür etmək çətindir. Ailə üzvləri yaxşı qar-

şılıqlı münasibətlər, qarşılıqlı anlaşma və harmonik inkişafın formalaşdırıl-

ması üçün ilkin zəruri şəraiti yaradırlar. Həqiqi dostluq və əsl məhəbbət ki-

mi, xoşbəxt ailəni də heç bir pulla almaq mümkün deyil. Onu yalnız qazan-

maq, öz zəhmətin və ailə üzvlərinin əməyi ilə, idrakın və qəlbin, ruhi mədə-

niyyətin gücü ilə qurmaq, yaratmaq olar. Öz uşaqlarını, öz yaxınlarını xoş-

bəxt etmədən, ailə  həyatında ruhi harmoniyaya nail olmadan, insan özü 

xoşbəxt ola bilməz.  

Ailə, bir sistem kimi, geniş münasibətlər spektri ilə bağlıdır. Bu, vali-

deynlər arasındakı münasibətlər, övladlar arasındakı münasibətlər, vali-

deynlər və övladlar arasındakı münasibətlər, uzunömürlülükdən asılı ola-

raq, ulu nənələrin və ulu babaların da daxil olduğu müxtəlif nəsil nümayən-

dələrinin bir ailə  çərçivəsi daxilindəki münasibətlərdir. Daha geniş kon-

tekstdə bu həm də ailənin qohumlarla olan münasibətləridir. Ailənin və onu 

təşkil edən şəxsiyyətlərin qarşılıqlı əlaqələri mürəkkəb sistemdən ibarətdir 

ki, onu dərk etmədən ailə münasibətlərini idarə etmək mümkün deyil. Ailə 

əlaqələrini möhkəmləndirən amillər sırasında mədəni dəyərlər sisteminin 



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə