Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə294/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   290   291   292   293   294   295   296   297   ...   315

Fuad Məmmədov

 

 

610



SONLUQ ƏVƏZİ 

 

İdarəetmə  mədəniyyəti – insanın və  cəmiyyətin rifahı  və xoşbəxtliyi, 



dövlətin və bütün bəşəriyyətin mühüm firavanlıq şərtidir. Şəxsiyyətin elmi 

bilikləri və praktik vərdişləri, qabiliyyətləri, təcrübəsi, hüquq mədəniyyəti 

və innovativ fəaliyyəti, təfəkkürü və davranış mədəniyyəti, digər insanlarla 

münasibətlər etikası - inkişafı  və  təkmilləşməsi, gözlənilməz çətinliklərin 

aradan qaldırılması  və insanın və dövlətin həyat qabiliyyətinin yüksəldil-

məsi üçün qeyri-məhdud imkanlar mənbəyidir.  

Hər bir insan taleyində düzgün və ədalətli qərarlar qəbul etmə qabiliyyə-

ti mühüm əhəmiyyət kəsb edir. O ilk növbədə  şəxsiyyətin intellektindən, 

onun xarakterinin nəcibliyindən və möhkəm iradəsindən, situasiyanı  təhlil 

etmək və “ağaclar arxasında meşəni görmək” qabiliyyətindən asılıdır. Hər 

bir insan tərəfindən effektiv özünüidarəyə nail olma nəinki xoşbəxtliyə çat-

mağa yardım edir, həm də onun digər insanlara pozitiv təsir imkanlarını aş-

karlayır, onları idarə etməyə  mənəvi haqq veirir, sosial, dövlət və beynəl-

xalq idarəçiliyin təkmilləşdirilməsinə yardım edir. Yüksək ruhi mədəniyyə-

tin inkişafı vasitəsilə, biliklərin və qabiliyyətlərin, mütəşəkkilliyin və mənə-

viyyatın, xoş məramın təkmilləşdirilməsi yolu ilə hər bir vətəndaş, hər bir 

ailə, hər bir xalq özündə belə qabiliyyəti yetişdirməlidir.  

Üçüncü minillikdə xalqın rifahı üçün dövlət idarəçiliyi mədəniyyəti xü-

susi məna kəsb etmişdir. Dövlət idarəçiliyi mədəniyyəti – müasir dövlətlə-

rin sabit, rəqabət qabiliyyətli və  təhlükəsiz inkişafının istinad etdiyi dörd 

dayaqdan biridir. O, intellektual, etik və hüquq mədəniyyəti ilə yanaşı, döv-

lətin milli dövlətçilik mədəniyyətinin təkmilləşdirilməsi və inkişaf etməkdə 

olan ölkələrin beynəlxalq idarəetmə subyektləri olmasının ən mühüm şərti-

dir. Bunu nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrin milli hökumətləri 

bütün səviyyələrdə idarəetmə  mədəniyyətinin inkişafına qanunvericiliklə 

imkan yaratmalı, insanların keyfiyyətli kulturoloji təhsili və maarifinin təş-

kilinə, insanın həyat fəaliyyətinin müxtəlif istiqamətlərində sistemli elmi 

tədqiqatların inkişafına yardım etməli, idarəetmə mədəniyyəti və elmi sahə-

sində alimlərin və mütəxəssislərin innovativ fəallığını, xüsusi kulturoloji 

mərkəzlər və idarələr şəbəkəsinin formalaşdırılması və inkişaf etdirilməsini 

dəstəkləməli, bu sahədə  səmərəli beynəlxalq  əməkdaşlığı genişləndirməli-

dir.  


Yüksək ruhi mədəniyyət – tərəqqinin  əsası, müasir dünyada qarşılıqlı 

anlaşma və insan münasibətləri harmoniyasına dogru yoldur, daha mükəm-

məl idarəetməyə dogru yoldur. Yalnız yüksək ruhi mədəniyyət dünyanı xi-

las edəcək. Bu həqiqətin dərk edilməsi onu tələb edir ki, müxtəlif ölkələrin 

və xalqların rəhbərləri və vətəndaşları ruhi mədəniyyətin dağıdıcı proseslər-



İdarəetmə mədəniyyəti 

 

611



dən müdafiəsi üçün öz səylərini birləşdirsinlər, onu insanın strateji məqsədi 

və inkişafı vasitəsinə çevirsinlər. Bəşəriyyətin bugününün təkmilləşdirilmə-

si və daha yaxşı gələcəyininin qurulması üçün xalqların bədii mədəniyyəti, 

mədəni irsi və mədəni müxtəlifliyinin bütün növlərinin sabit inkişafını qo-

ruyaraq, ruhi və maddi mədəniyyətin bütöv sisteminin hərəkətverici qüvvə-

si kimi, intellektual, etik, hüquq və idarəetmə mədəniyyətinin prioritetlərini, 

onların qabaqlayıcı inkişafını və həyat qabiliyyətini real şəkildə təmin edə-

rək həm milli, həm də beynəlxalq səviyyədə tətbiq etmək lazımdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Fuad Məmmədov

 

 

612



A Culture of Management 

Foreiqn 

experience

 

 

Summary 



 

A number of topics are covered in the book, such as: the history of East 

and West state governance during the ancient and Middle Ages period; es-

sence, methodology and methods of culturology, its strategic importance 

for the state building and governance; a culture of personality; a culture of 

self- management; family culture; leadership culture; a culture of personal 

relations (interpersonal and business); a culture of responsibility, ethics; le-

gal and political culture; a culture of democracy and sivil society; a culture 

of international relations; international law; a culture of peace and conflict 

resolution; state’s socio- cultural policy; governance and civil service cultu-

re; essence, functions and particularities of the state management in democ-

ratic states; a sciense of management and types of organisational culture; 

scientific approaches, principles and schools of democratic administration; 

analyis of styles and models of management; tools to build the personalities 

and leaders; tasks and technologies of state, social, economic and internati-

onal management; innovative approaches to the state and international ma-

nagement. In the overview of the historical part an attempt was made to 

highlight the link between management styles and sosial and political stabi-

lity of the society, to show the influence of the state and state administrati-

on culture on psychology and culture of social relations.  

There are several methods, norms and rules of state management that 

are widely accepted in western countries, which are shown in the book. In 

addition, the main scientific shools and their approaches to the state mana-

gement are highlighted, as well as too schools: the “classical school” and 

neoclassical “school of human relations” are compared.  

On the other hand, a wide variety of experienses in democratic states as 

the USA, UK, Germany and France have been covered, “secrets” of econo-

mic development of Japan, China and Taiwan has been demonstrated. Du-

ring the research the main consepts, approaches and models of M. Weber, 

H. Fayol, E. Tailor, W. Wilson, L. D. White, P. Checkland, P. Drooker, Lee 

Yakokk, J.Adair, theory of state management of G.V. Atamanchuk, I.A.Va-

silenko and other scolars and academicians have been covered. In the con-

text of the history and theory of state management in the western countries 

the essence of “behavioralism”, “systemic”, “situationalism”, “ postbehavi-

oralism”, “modernism”, “structural functionalism” approaches has been 

emphasized, the contribution of A. Maslow, M. Follet, D. Easton, F. Herz-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə