Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə302/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   298   299   300   301   302   303   304   305   ...   315

İdarəetmə mədəniyyəti 

 

633



lektual mədəniyyət, innovativ inkişaf və milli insan kapitalı haqqında məru-

zələrlə müvəffəqiyyətlə çıxış edib və edir.  

 Professor Fuad Məmmədov ictimai xadim və maarifçi, elmin populyari-

zatoru kimi də tanınmışdır. O, 1990-cı ildə Azərbaycan Elmlər Akademiya-

sı tərəfindən təsis edilmiş “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyası-

nın prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, Azərbaycan 

Respublikasi Prezidenti yanında AAK reyestrinə daxil edilmiş “Simurq” 

(Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və  nəzəriyyəsi) Beynəxalq 

kulturoloji jurnalının təsisçisi və baş redaktoru, daimi fəaliyyət göstərən 

“Mədəniyyət və  cəmiyyət” kulturoloji seminarının elmi rəhbəri, “İdrak” 

kulturoloji televiziya verilişinin müəllifi və aparıcısıdır. 22 ildən artıq fəa-

liyyət dövrü ərzində onun rəhbərliyi ilə milli və dünya mədəniyyəti və sivi-

lizasiyasının tarixi və  nəzəriyyəsinin müxtəlif məsələlərinə  həsr edilmiş 

300-dən artıq kulturoloji seminarlar, konfranslar, treninqlər və dəyirmi ma-

salar keçirilmişdir.  

 Onun  60-dan  yuxarı  əsəri Azərbaycanda elmin inkişaf tarixinə  həsr 

edilmişdir. Onların arasında “Azərbaycan SSR Elmlər Akademiyası” kol-

lektiv işi, Bakı, 1976; SSRİ EA İctimai Elmlər üzrə Elmi İnformasiya İnsti-

tutu tərəfindən dərc edilən “Sosialist quruculuğu şəraitində sovet kimya el-

mi və istehsalının yaranması və inkişafı. 1920-1941” (Azərbaycan SSR-in 

materialları əsasında), Bakı, 1984; “Böyük Vətən müharibəsi illərində xalq 

təsərrüfatının inkişafına və SSRİ-nin müdafiə qabiliyyətinin möhkəmləndi-

rilməsinə kimyaçı-alimlərin töhfəsi. 1941-1945” (Azərbaycan SSR-in mate-

rialları əsasında) monoqrafiyalarını xüsusi qeyd etmək lazımdır. Hazırda o, 

“Azərbaycanda elmin inkişafı” fundamental monoqrafiyası üzərində  işini 

yekunlaşdırmaq üzrədir.  

 Keçən əsrin 70-ci-80-ci illərində Fuad Məmmədovun elmi, elmi-təşki-

lati və ictimai fəaliyyəti gümüş və bürünc medallarla, SSRİ XTNS Baş ko-

mitəsinin diplomu ilə, təşəkkürnamələr və ümumittifaq və respublika “Bi-

lik” cəmiyyətlərinin döş nişanı ilə, Sovet İttifaqı Kommunist Partiyası MK-

si, SSRİ Nazirlər Şurası, ÜLKGİ və ÜMHİŞ-nın Fəxri fərmanları ilə qeyd 

edilmişdir.  

Dünya mədəniyyəti və sivilizasiyası tarixi və  nəzəriyyəsinin inkişafına 

verdiyi töhfəyə görə Fuad Məmmədov “İntellektual  İnkişaf Problemləri” 

Beynəlxalq Elmlər Akademiyasının (2002), Rusiya Pedaqoji və Sosial 

Elmlər Akademiyasının akademiki seçilmiş (2004), ABŞ Bioqrafiya İnsti-

tutunun “Şərəf” medalı (2004), “Humay”, “İntellekt”, “Qızıl qələm” milli 

ictimai mükafatları, “Sülh səfiri” və “Mədəniyyət səfiri” beynəlxalq və mil-

li fəxri adları, Mədəniyyət və Turizm Nazirliyi və AR Təhsil Nazirliyinin 

fəxri fərmanları, AR Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət komitə-




Fuad Məmmədov

 

 

634



sinin diplomu, Misir Təhsil Nazirliyinin Qızıl medalı, “Simurq” Beynəlxalq 

medalı ilə təltif edilmiş, bir sıra beynəlxalq ictimai təşkilatların mükafatla-

rına layiq görülmüşdür.  

 Professor Fuad Məmmədovun dünya mədəniyyəti və sivilizasiyası, in-

sanın həyat fəaliyyəti mədəniyyəti, həmçinin dövlət idarəçiliyi, tarixi və nə-

zəriyyəsi sahəsində fundamental əsərləri və nəticələri - Azərbaycan cəmiy-

yəti və dövlətinin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı, insa-

nın həyat fəaliyyəti texnologiyaları keyfiyyətinin yüksəldilməsi üçün mü-

hüm elmi və praktik əhəmiyyətə malikdir. Onun tərəfindən ilk dəfə “Si-

murq” Azərbaycan mədəniyyət Assosiasiyası  və Dünya mədəniyyəti Bey-

nəlxalq Universitetinin layihələri, innovativ kulturoloji metodologiya və 

tədqiqat metodları, o cümlədən “kulturoloji piramida” universal metodu

formullar və anlayışlar: “mədəniyyətin elmi tərifi”, “mədəni insan”, “insan 

kapitalı”, “mədəni inkişaf amili”, “mədəniyyət sosial sistem kimi”, “mədə-

niyyətin effektivliyi”, “idarəetmə effektivliyi”, “sosial-mədəni proqresin ef-

fektivliyi” və s. işlənib hazırlanmışdır.  

F.T.Məmmədov tərəfindən kulturologiya elmində ilk dəfə olaraq, meto-

doloji innovasiya kimi, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi istifa-

də edilmiş və mədəniyyətlərin dialoquna, qloballaşma, sürətli dəyişikliklər 

və zamanın çağırışları  şəraitində, dünya mədəniyyəti və davamlı inkişafın 

formalaşdırılmasına effektiv yardım metodu kimi, “Homo Sapiens” tipli in-

sandan “Homo cultural” tipli insana keçməyə imkan verən, insanların ak-

kulturasiyası və inkulturasiyası beynəlxalq proqramlarının işlənib hazırlan-

ması və reallaşdırılması ideyası təklif edilmişdir.  

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 


İdarəetmə mədəniyyəti 

 

635



Əlavə 1  

 

“İDARƏETMƏ MƏDƏNİYYƏTİ” fənni üzrə seminar məşğələləri və 

tələbələrin və  məmurların sərbəst hazırlığı üçün 

MÜHAZİRƏLƏRİN QISA MƏZMUNU VƏ SUALLAR 

 

1-ci mühazirə. Dövlətçilik mədəniyyəti, milli və beynəlxalq 

idarəetmənin inkişafı üçün  intellektual, etik və hüquqi mədəniyyətin 

strateji əhəmiyyəti haqqında 

 

Ruhi mədəniyyətin dəyəri və intellektual mədəniyyətin xüsusi mis-

siyası haqqında. Kulturologiyanın strateji əhəmiyyəti haqqında. Demokra-

tik dövlətçilik mədəniyyəti haqqında.  Milli və beynəlxalq idarəetmə mədə-

niyyəti haqqında. Xarici ölkələrdə idarəetmə elmi haqqında. Müəllifin kul-

turoloji idarəetmə modeli haqqında. Milli idarəetmə mədəniyyətinin təkmil-

ləşdirilməsi üzrə müəllifin tövsiyələri.  

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Ruhi mədəniyyət anlayışı.  



2.

 

İnsanın, cəmiyyətin və dövlətin inkişafında intellektual mədəniyyə-



tin rolu.  

3.

 

Dövlətçilik formaları və onların prinsipial fərqləri. 



4.

 

Dövlət quruculuğu və idarəçiliyi üçün kulturologiyanın strateji 



əhəmiyyəti.  

5.

 

Milli və beynəlxalq idarəçiliyin xüsusiyyətləri.   



6.

 

Milli idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi imkanları.  



 

2-ci mühazirə. Bəşəriyyətin qədim sivilizasiyalarında insan münasibət-

ləri mədəniyyəti,  dövlətçilik və dövlət idarəçiliyi mədəniyyəti              

tarixindən 

Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin tarixi və  nəzəriy-

yəsindən. Dövlətçiliyin iki tarixi forması haqqında. Bəşəriyyətin ilkin sivi-

lizasiyalarında dövlətçilik mədəniyyəti tarixindən.    Şumer-Mesopotamiya 

sivilizasiyası. Kiçik Asiya, Aralıq dənizi,  Ərəbistan, Yaxın və Orta Şərq 

dövlətləri. Türkiyə. Qədim Misir. Mərkəzi Asiya. Qədim Hindistan. Qədim 

Çin və  Qədim Koreya. Qədim Yunanıstan. Qədim Roma. Yaponiya. 



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə