İdarəetmə mədəniyyəti
601
Ailə münasibətlərində daimi qarşılıqlı qiymətləndirmələr böyük rol oy-
nayır. Ər-arvad arasındakı münasibətlər, əsas etibarilə qarşılıqlı keyfiyyət-
lərin qiymətləndirmə ədalətliyi, səmimiliyi və nəzakətindən, bir-birinin
əhəmiyyətinin və nailiyyətlərinin etirafından asılıdır. Əgər ər- arvad qarşı-
lıqlı iddiaları, bir-birinin gözləmələrini, arzuları və ümidlərini başa düşmür-
lər yaxud qiymətləndirmirlərsə, onda onlar qarşılıqlı narazılıq, soyuqluq,
uzaqlaşma və hətta əlaqələrin qırılması riskini yaradırlar.
Sübhəsiz, ər-arvad arasında şəxsiyyətlərarası harmoniyaya nail olmaq
üçün şəxsiyyətin temperament kimi təbii xüsusiyyətini də nəzərə almaq la-
zımdır. Müxtəlif temperamentli insanlarda xarakter xüsusiyyətləri müxtəlif
cür aşkar olur. Temperamenti və xarakteri bilmə anlaşılmazlıqlardan və ix-
tilaflardan xilas olmağa imkan verir. Orqanizmin xüsusiyyətlərindən, ali si-
nir sisteminin fəaliyyətindən asılı olaraq, insanları şərti olaraq fleqmatiklə-
rə, melanxoliklərə, xoleriklərə və sanqviniklərə ayırırlar. Real həyatda, bir
qayda olaraq, onlardan birinin üstünlüyü ilə müxtəlif növlərin birləşməsi
müşahidə edilir. Psixoloq V.S.Merlin temperament xüsusiyyətlərinin insa-
nın psixi həyat dinamikasına təsirini göstərərək, iki - sakit düzənlik və sü-
rətli dağ çaylarının obrazlı müqayisəsini verir. Bu iki müxtəlif çayların bir-
ləşməsi (bundan başqa, həm də eyni xarakterinə görə) burulğanlar və şəla-
lələr əmələ gətirərək, müxtəlif cür formalaşa bilər, çünki onların hər biri öz
dəyərini və özünəməxsusluğunu qorumağa çalışır.
Ər-arvadın bir-biri ilə daxili narazılığının, mümkün qarşılıqlı münaqişə-
lərin aradan qaldırılmasına - öz rolunun düzgün dərk edilməsi, niyyətlər,
planlar və işlər haqqında ər-arvadın qarşılıqlı məlumatlılığı, maraqlarının
harmonizasiyası yardım edir. Psixologiyanı, xarakter xüsusiyyətlərini, ailə
üzvlərinin duyğuları və ideallarını yaxşı bilmə, onların daxili aləmini gör-
mə - münaqişələrdən yaxa qurtarmağa və xilasedici qarşılıqlı anlaşmaya na-
il olmağa kömək edər.
Möhkəm ailənin labüd şərti ər-arvad məhəbbətini və qarşılıqlı bağlılığı-
nı təsdiq edən diqqət, qayğı, razılıq, qarşılıqlı dəstək və digər amillərdir.
Onlar yaxşı qarşılıqlı münasibətlərin, qarşılıqlı anlaşma və əməkdaşlığın
formalaşması üçün zəmin yaradırlar. İnsanın başqa insana qarşı həqiqi mü-
nasibətini onun davranışına görə, sözlərə görə deyil, işlərə, konkret əməllə-
rə və real nəticələrə görə təyin etmək olar. İnsanın davranışında həmişə
hədd duyğusu və nəzakət olmalıdır. Ailədə yaxşı münasibətlərin saxlanıl-
ması üçün şüurlu fədakarlıqlar da olmalıdır.
Fuad Məmmədov
602
Uşaqların təhsili və tərbiyəsi haqqında
Uşağın təhsilə və tərbiyəyə əsaslanan mədəniyyətinin tərbiyə edilməsi
ailədə başlayır. Uşağın anadangəlmə mədəni keyfiyyətləri - əsasını bir neçə
nəslin düzgün tərbiyə və təhsil ənənələrinin təşkil etdiyi uzunmüddətli təka-
mülün nəticəsidir. Bu keyfiyyətlər vaxtı gələndə irsi səviyyəyə keçir və in-
sanın müəyyən qabiliyyətləri, mədəni dəyərləri və sosial etikasında öz ifa-
dəsini tapır.
69
Düzgün tərbiyə - doğmalara hörmət, dürüstlük, sadəlik, qarşılıqlı yardım
hissi, şərə qarşı barışmazlıq, ailənin digər üzvlərinə zərər verməklə sərbəst-
likdən istifadə etməyin və şəxsi münasibətlərdə humanizm prinsiplərinin
pozulmasının qəbuledilməzliyini nəzərdə tutur. Ailə uşaqlara etimad gös-
tərməli, onların həyat fəaliyyətinə nəzarəti həyata keçirməli, uşaqlarda gö-
zəllik hissini və insanlara məhəbbəti, yüksək etik mədəniyyəti, məntiqi tə-
fəkkürü, və hadisələri, faktları və insanları tənqidi təhlil etmə qabiliyyətini
formalaşdırmalıdır.
Möhkəm və uğurlu ailə formalaşdırılması prosesinin əsas idarəetmə va-
sitələri - həyat fəaliyyəti məqsədlərinin və səmərəli texnologiyaların düz-
gün təyin edilməsi, şüurlu tərbiyə və uşaqlara həyat fəlsəfəsini, reallıqlarını
və qanunlarını izah etmək, planlaşdırma, məsuliyyət, xidmətlərin qiymət-
ləndirilməsi, tanınma (qəbul edilmə), alicənablığa və ləyaqətli həyat tərzinə
görə müntəzəm mənəvi mükafatlandırma, diqqətin dəyərli olanın üzərində
cəmlənməsi, düzgün motivasiya, stimullaşdırma, uşaqların qabiliyyətlərinə
və cəmiyyətdə onların özünütəsdiqinə və özünü reallaşdırmasına daha artıq
dərəcədə cavab verən sənət seçimində yardım etmədır. Erkən yaşlarından
uşaqlarda böyüklərə hörməti, kiçiklərə məhəbbəti, əməyə məhəbbəti, qo-
naqpərvərliyi, şəxsiyyətə hörməti, düzgünlüyü, intellektual, mənəvi və pe-
şəkar kamilləşməyə müntəzəm ehtiyacı, məsuliyyət mədəniyyətini, vaxtı
səmərəli idarə etmək bacarığını formalaşdırmaq lazımdır.
Ailənin strateji məqsədlərindən biri, uşaqların, - hər bir millətin insan
kapitalını təşkil edən, yaxşı biliklər və pozitiv mənəviyyata malik, alicənab
şəxsiyyətlər və tamdəyərli vətəndaşlar kimi onların təşəkkülünü və inkişafı-
nı təmin edən təhsili və tərbiyəsidir. Hələ XI əsrdə Təbəristan müdriklərin-
dən biri Key Kavus “Qabusnamə”də yazırdı: “Böyüklük ağılda və bilikdə-
69
Uşaqların təfəkkür mədəniyyətinə və hər bir millətin genofondunun formalaşmasına
oyuncaqlar və uşaq ədəbiyyatı böyük təsir göstərir. Bunu nəzərə alaraq, oyuncaqlara və uşaq
kitablarına nəzarət etmək və uşaqların şüuruna onların təsir predmetini testdən keçirmək
lazımdır.