Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə292/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   288   289   290   291   292   293   294   295   ...   315

İdarəetmə mədəniyyəti 

 

605



manizmə və möhkəm iradəyə malik gələcək şəxsiyyətin pozitiv bünövrəsini 

qoyaraq uşağın enerjisini lazımi məcraya yönəltmək lazımdır.  

Uşaqların tərbiyəsinin zəruri şərti mənəvi əqidələrin, normalar, prinsip-

lər və idealların, vərdişlər və tələbatların düzgün formalaşdırılmasıdır. Ailə 

tərbiyəsi prosesində  uşaqları,  əsasını  qəhrəmanlığın  ən yaxşı nümunələri-

nin, bəşəriyyətin əqli və mənəvi inkişafının təşkil etdiyi məhsuldar təfəkkü-

rə, etik davranışa və yaradıcı fəaliyyətə yönəltmək, onlar tərəfindən yüksək 

mədəniyyət ideallarının həyata keçirilməsinə imkan yaratmaq lazımdır.  

Tərbiyə  əsasən həm ailə  dəyərləri və  məqsədləri, həm də  cəmiyyətin 

məqsədləri və dövlətin siyasi rejimi ilə bağlı olan ictimai münasibətlərin 

xarakteri və ona uyğun ideologiya ilə şərtlənir. Bunu nəzərə alaraq, uşaqla-

rın təbiyəsini, ayrı-ayrı ailələrin prinsipləri və dəyərlərndən asılı olmayaraq, 

insanların sosial praktikası ilə uyğunlaşdırmaq lazımdır. Dəyərlərin və mə-

dəniyyətlərin toqquşmasından qaçmaq üçün ailədə şəxsiyyətin tərbiyəsi ya-

şadığı cəmiyyətə insanın müəyyən adaptasiyasını, öz hissləri və şəxsi əqi-

dələri mədəniyyətindən imtina etmədən ləyaqətli yaşamağa imkan verən 

“şüurlu konformizm” də nəzərdə tutulmalıdır.  

Məlumdur ki, binanı divarlardan və ya damdan deyil, özülündən tikmə-

yə başlayırlar. Mədəniyyət erkən uşaqlıqdan formalaşır. Məhz uşağın şüu-

runun təşəkkül tapdığı bu dövrdə onu əməyə və özünüidarəyə, xeyirxahlığa 

və başqa insanlara hörmətə, dürüstlüyə  və yaxşılığa öyrətmək lazımdır. 

Uşağı tərbiyə edən zaman konkret nümunələr üzrə onları inandırmaq lazım-

dır ki, pozitiv və ya neqativ davranış yaxud əməl ya onların maraqlarına ca-

vab verir, ya da onlar üçün təhlükə törədir. Məcburiyyət və hədə deyil, yal-

nız düzgün izah etmə və inandırma uşağın uğurlu inkişafının, onda pozitiv 

təfəkkür və xarakterin, fəal həyat mövqeyinin tənzimçisi ola bilər. Uşaqlıq-

da mənimsənilmiş stereotiplər, anlayışlar, “tabu” (haram), qiymətləndirmə-

lər, münasibətlər və istiqamətlər, adətən, insanların ətraf aləmin təzahürləri, 

hadisələri və insanlarını ya “düzgün və lazımi”, ya da “düzgün olmayan və 

icazə verilməyən” kimi əsas “görmə” meyarına çevrilir. Çox vaxt mülahi-

zələrin qeyri-obyektivliyinin, başqa insanlara, “özgə” mədəniyyətlər, dinlər 

və ya millətlərin nümayəndələrinə qarşı əvvəlcədən yaranmış yanlış fikrin 

səbəbi məhz onlar olur.  

Uşaqların tərbiyə mədəniyyətindən onların yalnız öz şəxsi taleyi deyil

cəmiyyətin, millətin, dövlətin və bütün bəşəriyyətin sosial rifahı da asılıdır. 

Alimlər hesab edirlər ki, artıq üç yaşından etibarən valideynlər uşağı yaxşı 

başa düşməli, onun müstəqilliyini və məsuliyyətini inkişaf etdirməyə çalış-

malı, dəyişən tələbatlarını nəzərə almalı və xarakterindəki neqativ cəhətlə-

rin inkişafının qarşısını alaraq, maraqlarını ödəməlidir. Bir qayda olaraq, 

daimi nəsihətlər uşaqlarda əks nəticələr verir. Uşaqlar emosional cəhətdən 




Fuad Məmmədov

 

 

606



qıcıqlandırıcıya uyğunlaşırlar və mahiyyətindən asılı olmayaraq, böyüklərin 

sözlərinə fikir vermədən, tədricən onu qavramırlar.

70

 Artıq bu yaşda, uşaqla 



ünsiyyət zamanı onunla öz dilində danışaraq, onun “dünyanı görməsini” 

nəzərə alaraq, daim dərinləşdirərək, genişləndirərək və korreksiya edərək, 

insan münasibətləri mədəniyyətinin məlum etik-psixoloji və “üç dairə” mo-

delinin uşağa uyğunlaşdırılmış məntiqi yanaşmalarından istifadə etmək la-

zımdır. Bəzən qəbul edilməyə nail olmağı arzulayaraq, tərif qazanmaq üçün 

uşaq yalana əl ata bilər (əgər bəyənilən hərəkətlər edəndə bu onda alınmır-

sa), yaxud “biabır olmamaq” üçün “xilas naminə” yalana yol verə bilər. 

Əgər bu tendensiya vaxtında hiss olunmasa, o, vərdişə çevrilə bilər. Yalanı 

ifşa etmək və üstünü açmaqla deyil, yalanın əxlaqi tərəfini və avtoritetə ne-

qativ təsirinin izahı yolu ilə, eyni zamanda uşağa onun özünütəsdiqində və 

düzgün qəbul edilməsində - uşağın pozitiv əməlləri və  şəxsiyyətinin qiy-

mətləndirilməsi yolu ilə onu aradan qaldırmaq lazımdır. Cuma və Zelda Si-

qal beş yaşından etibarən uşaqları optimizmə öyrətməyi tövsiyə edirlər. 

Onlar əmindirlər ki, valideynlər özlərinin keçmiş pozitiv təcrübəsi haqqında 

uşaqlarına danışmalıdırlar. Bu, balacalara özündə nikbin xarakter formalaş-

dırmağa və müxtəlif həyat situasiyalarında özünənəzarət hissini yetişdirmə-

yə yardım edər.  

Uşaqların tərbiyəsi səbr, təcrübə və pedaqoji bacarıqlar tələb edən çətin 

prosesdir. Məsələn, pedaqoqika təsdiq edir ki, uşaq yalanının səbəbi – xəyal 

obrazları ilə mənimsəmə obrazlarının qarışdırılması, yaxud böyüklər öz is-

tiqamətləndirici sualı və intonasiyası ilə hiss olunmadan uşağa müsbət ca-

vab təkanı verəndə, “təlqin edilmiş yalan” ola bilər. Uşağa daim və  məq-

sədyönlü şəkildə müsbət xüsusiyyətlər aşılamaq və eyni zamanda onları, bir 

qayda olaraq daha asan və daha tez möhkəmlənən neqativ xüsusiyyətlərdən 

qoruyaraq inkişaf etdirmək lazımdır. Valideynlər öz uşaqları ilə birlikdə da-

ha çox oynamalı və uşaqlarla onların öz dilində danışmalı, hədələr və cəza-

lardan deyil, sosial və peşəkar rollarının mənimsənilməsinə imkan verən 

həyat hadisələri və qanunlarının mahiyyətlərini izah etmə metodikasından 

istifadə etməklə, onlarda gözəlliyə və xeyirli olana məhəbbət aşılamalıdır. 

Yeniyetmə ilə ünsiyyətdə kompetensiya, ədalət, dostluq və qayğını nəzərdə 

tutan həmrəyliyə və əməkdaşlığa əsaslanan yanaşmadan istifadə etmək la-

zımdır. Eyni zamanda nəsihət və rəhbərlik metodlarından istifadə etməklə, 

düzgün seçim etməyə kömək edərək, özünü onlarla, böyüklərlə olduğu kimi 

aparmaq lazımdır. Bununla yanaşı nəsillər arasındakı mədəni-psixoloji uy-

                                                            

70

 Uşaqların tərbiyəsinə yanaşmaya toxunaraq, Russo deyirdi: “Əgər uşaqlarda dəcəlliyi 



öldürsəniz, heç vaxt müdriklər hazırlaya bilməyəcəksiniz.”  

 

 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə