Fuad Məmmədov
62
qanları ilə yanaşı qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və digər
ictimai birliklər də iştirak edir.
Dövlət müstəqilliyi, davamlı inkişaf, rəqabət qabiliyyəti və dövlətin təh-
lükəsizliyi ilə şərtlənən ruhi və maddi istehsalın bütün sahələrində inkişaf
sürəti və fəaliyyət keyfiyyəti dövlət idarəçiliyi effektivliyindən həlledici də-
rəcədə asılıdır. Qeyri-məhsuldar dövlət idarəçiliyi bağışlanılmaz vaxt itkisi-
nə, insanın, maliyyə və xammal ehtiyatlarının özünü doğrultmayan (bəzən
isə əvəzedilməz) israfına gətirib çıxara bilər.
Demokratik idarəçilik mədəniyyətinin
əsas tələblərindən biri, demokra-
tik dövlətlərin malik olduğu idarəçilik strukturlarının - hakimiyyət səlahiy-
yətlərinin, inzibati, maliyyə və hüquqi vəsaitlərin cəmiyyətin inkişafı, rifa-
hın və həyat keyfiyyətinin yüksəldilməsi maraqlarında düzgün istifadə edil-
məsidir. Sovet dövründən irsən keçmiş köhnəlmiş mədəniyyət sistemi və
quruluşu, dövlət idarəetmə mexanizmlərinin qeyri-mükəmməlliyi - kulturo-
loji innovasiyalar üzərində qurulmuş, dünya sivilizasiyasının inkişaf təcrü-
bəsini yaradıcılıqla istifadə edən demokratik idarəetmənin yeni texnologi-
yalarının köməyi ilə aradan qaldırıla bilər və aradan qaldırılmalıdır.
İctimai münasibətlərin möhkəmləndirilməsi və tənzimlənməsinin mü-
hüm xidmət vasitəsi olan hüquq, - dövlətçilik və dövlət idarəçiliyinin inki-
şafında böyük rol oynayır. Demokratik ölkələrdə hüquq obyektiv tarixi xa-
rakter daşıyır, müəyyən sosiumların korporativ maraqlarını əks etdirən sosi-
al sifarışlərin icra vasitəsinə deyil, bütün cəmiyyətin ümummilli həmrəylik
maraqlarına xidmət edir. Məlumdur ki, tarixi səciyyəsindən asılı olmayaraq,
hər bir dövlət mütləq onun iradəsini ifadə edən hüquq yaradır və istifadə
edir, onun köməyi ilə öz funksiyalarını həyata keçirdiyi qanunları təyin və
tətbiq edir, hökumət orqanları ilə qarşılıqlı münasibətləri tənzimləyir, və-
təndaşların hüquqları və vəzifələrini müəyyənləşdirir. Beləliklə, heç bir
dövlətçilik dövlət tərəfindən qurulmayan, tətbiq edilməyən və qorunmayan
hüquq olmadan keçinə bilməz. Hüququn sosial mahiyyəti dövlətin ruhi və
maddi mədəniyyəti, rəhbərlərin şüuru və iradəsi, cəmiyyətin tarixi şəraitlə
şərtlənən tələbatları, onun inkişafının ideoloji istiqamətləri, siyasi və iqtisa-
di xüsusiyyətləri ilə müəyyən edilir.
Tarixi inkişaf prosesində insan münasibətləri mədəniyyətinin təsiri altın-
da dövlətin və hüququn xarakteri dəyişir. Əgər quldarlıq və feodal cəmiy-
yətlərində, həmçinin kapitalist və sosialist dövlətçiliyinin ilkin mərhələlə-
rində dövlət və hüquq - bəzi siniflərin digər siniflər üzərində diktatura və
monopoliya hökmranlığı vasitəsi kimi nəzərdən keçirilirdisə, müasir de-
mokratik ölkələrdə bu, sosial institutların təkamül inkişafının - şəxsiyyətin
və cəmiyyətin maraqlarının ahəngdarlıq vasitələri kimi nəzərdən keçirilmə-
si qəbul edilmişdir.
İdarəetmə mədəniyyəti
63
Demokratik dövlət, hüququ - özünün xüsusi fəaliyyətini təmin edən və
bütün xalqın iradəsini, onun təbii həyati maraqlar cəmini ifadə edən norma
(davranış qaydaları) və prinsiplər sistemi kimi təyin və tətbiq edir. Demo-
kratik ölkələrin dövlət idarəçiliyi aparatının texnoloji ehtiyatında hüquq, -
səmərəli sosial dəyişikliklərə, ictimai ziddiyyətləri aradan qaldırmağa, cə-
miyyətin harmonik və mütərəqqi inkişaf məqsədlərinə nail olmağa yardım
edən mühüm mədəni vasitədir. O, obyektiv tarixi xarakter daşıyır, bütün cə-
miyyətin ümummilli həmrəylik maraqlarına xidmət edir.
Мilli və beynəlxalq inkişaf üçün idarəetmə mədəniyyəti strateji əhəmiy-
yətə və geniş imkanlara malikdir. İdarəetmə mədəniyyəti – ictimai rifahın
yüksəldilməsi, ölkələrin və xalqların təhlükəsiz inkişafı və tərəqqisinə nail
olma maraqlarında insanın, cəmiyyətin və dövlətin inkişafının idarə edilmə-
sinə istiqamətlənmiş elmi biliklər, texnologiyalar, mütəşəkkillik, etika və
rəhbərlik fəaliyyətidir. O, qoyulmuş məqsədlərə nail olmaq və idarə edilən
obyektin inkişafında effektivliyi təmin etmək üçün düzgün siyasi, iqtisadi
və ya sosial qərarlar qəbul etməyə imkan verən idarə personalının dərin pe-
şəkar biliklərini, bacarığını, hüquqi savadını, məsuliyyətini nəzərdə tutur.
Ümuni mahiyyətə, məqsəd və qanunauyğunluqlara malik olaraq, müəyyən
proses və texnologiyalarda təmsil olunaraq, o, dünya sivilizasiyasının mə-
kan və zaman çərçivəsində özünün tarixi və nəzəriyyəsinə, peşəkar, hüquqi
və etik xüsusiyyətlərinə, siyasi, iqtisadi, sosial və fərdi sahələrdə nailiyyət-
lərinə və imkanlarına malikdir. Bu, gərgin əmək, istedad və intuisiya, daimi
özünütəkmilləşdirmə, başqa insanlar üçün yaşamaq bacarığı, dövlət və ya
birliк tərəfindən qoyulmuş inkişaf vəzifələrinin effektiv həllinə nail olmağı
tələb edən mürəkkəb prosesdir. Bu həm də liderlərin - universal elmi bilik-
lərlə, idarəetmə texnologiyalarına yiyələnməklə, təcrübə, mütəşəkkillik, in-
tizam və hüquq qaydası, müstəqillik, siyasi və mənəvi məsuliyyət, möhkəm
iradə, düzgünlük və yüksək peşəkar etika, mədəniyyəti harmonizasiya et-
mək bacarığı və kollektiv üzvlərinin maraqlarını təmin etməklə şərtlənən,
məqsədyönlü mənəvi yaradıcı fəaliyyət hüququdur.
İdarəetmə mədəniyyəti idarəçilik fəaliyyətinin səviyyəsini, xarakterini
və nailiyyətlərini, idarəçilik obyektləri və subyektləri arasındakı münasibət-
ləri tənzimləyən dəyərlərin, normalar və ənənələrin məzmununu və keyfiy-
yətini, dövlətin, siyasətin, təşkilatın həyat fəaliyyətinin, iqtisadi və sosial
institutların, bütövlükdə cəmiyyətin idarə edilməsinin effektivliyini əks et-
dirir. Bu zaman milli idarəetmə mədəniyyətinin səviyyəsi cəmiyyətin və
dövlətin intellektual, etik və hüquqi mədəniyyətinin birgə səviyyəsi, həmçi-
nin bütün səviyyələrdə siyasətçi və inzibatçıların, rəhbər və liderlərin elmi
bilikləri və təcrübəsi, mütəşəkkilliyi və mənəvi-etik prinsipləri ilə müəyyən
edilir.