Fuad Məmmədov
64
İdarəetmə mədəniyyəti özündə həm idarəçilik fəaliyyətinə xas qayda və
üsulların toplusu kimi mahiyyət və proses, statikadan və dinamikadan iba-
rət sabit kəmiyyətləri, həm də dialektik dəyişikliklərə məruz siyasi proseslə-
rə xas dəyişən kəmiyyətləri birləşdirir. Eyni zamanda mədəniyyətin ictimai-
faydalı fəaliyyəti yerinə yetirən bütün sosial institutları idarəetmə mədəniy-
yətinin görüş dairəsindədir. Bu, həm də təşkiletmə və idarəetmə sisteminin
cəmiyyətin sosial mədəniyyətinin bütöv qarşılıqlı əlaqəli sisteminin bir his-
səsi olması ilə bağlıdır. İdarəetmə mədəniyyətinin mühüm komponentləri –
dövlət, iqtisadi və sosial idarəetmə, insanları idarə etmək bacarığı ilə şərtlə-
nən liderlik mədəniyyətidir.
İdarəetmə mədəniyyəti konkret vəziyyətdə düzgün istiqamətləndirməyə,
cəmiyyətin inkişaf perspektivini görməyə, yüksək inkişaf dinamikasını və
dövlətin rəqabət qabiliyyətini təmin edən kulturoloji innovasiyaları müdafıə
və inkişaf etdirməyə imkan verir. O özündə universal kulturoloji bilikləri,
idarəetmə elminin tarixi, fəlsəfəsi, nailiyyətləri, texnologiyalarını və mü-
rəkkəb idarəetmə problemlərini, müxtəlif vəziyyətləri və dəyişən şəraitləri
daha yaxşı tərzdə təhlil etməyə, balanslaşdırılmış siyasi, sosial, iqtisadi və
beynəlxalq qərarlar qəbul etməyə, dünya sivilizasiyasının inkişaf tendensi-
yalarını nəzərə alan gələcəyin pozitiv obrazını qurmağa imkan verən komp-
leks metodologiyanı təcəssüm etdirir. İdarəetmənin effektivlik meyarı - ida-
rəçilik fəaliyyətinin konkret nəticələri, milli inkişaf və ictimai tələbatların
təmin edilməsi üçün onun praktik dəyər səviyyəsidir.
İdarəetmənin mürəkkəbliyi həm də onunla şərtlənir ki, müxtəlif insanlar
eyni bir əşyaları, təzahürləri, faktları, hadisələri fərqli anlama səviyyəsinə,
öz fikirlərini müxtəlif cür ifadə etmək qabiliyyətinə malikdirlər. İnsanın
psixoloji xüsusiyyətləri və qənaətləri ilə şərtlənən ətraf aləm haqqında tə-
səvvürləri, şəxsiyyətin şüurunda mənasını müxtəlif cür dəyişərək, ayrı-ayrı
çalarlar və təfərrüatlar qazana bilər. Bu qanunauyğunluğa görə insanın ida-
rəetmə mədəniyyəti - insan şəxsiyyətinin tərbiyəsi, xarakteri, bilikləri, qabi-
liyyətləri, təcrübəsi, iradəsi, əqidəsi, motivləri, dəyərləri və məqsədləri ilə
şərtlənən bir çox müxtəlif hədlərə malikdir. Müvəffəqiyyət orada əldə edilir
ki, idarəetmə mədəniyyəti - insanın, sosial qrupun, cəmiyyətin, dövlətin və
ya beynəlxalq birliyin fəaliyyətlərinə rəhbərlik üzrə dəyişən dünya şəraitin-
də onların inkişaf gedişini istiqamətləndirən və sosial-mədəni tərəqqini tə-
min edən şüurlu humanist fəlsəfəni və fəaliyyətin optimal texnologiyasını
özündə sintez edir.
Kollektivi idarə etmədə rəhbərlərə, liderlərə xüsusi rol məxsusdur. Rəh-
bərin idarəetmə mədəniyyəti – onun peşəkarlığı və etikasının sintezidir. Bu,
məqsədləri düzgün qoymaq, “zəif cəhətləri” aşkar etmək, prioritet məsələ-
ləri və onların daha effektiv həlli metodlarını təyin etmək məharətidir, bu,
İdarəetmə mədəniyyəti
65
açıq çıxış və fərdi söhbətlər, koordinasiyanı, effektiv monitorinqi həyata
keçirmək və şəxsi fəaliyyətin proqnozlaşdırılması bacarığına malik olmaq-
dır. Nəhayət, bu - özünütəkmilləşdirmə qabiliyyəti, meydana çıxan prob-
lemlərin həllinə yeni yanaşmaların aşkar edilməsi, innovativ fəaliyyəti inki-
şaf etdirmək bacarığı və onun praktik reallaşdırılmasına yardım etmək ba-
carığıdır. O, xüsusi nəzəri biliklər və praktik vərdişlər, təcrübə, dürüst mə-
lumat, faktların düzgün təhlilində intuisiyanın olmasını nəzərdə tutur. Rəh-
bərin idarəetmə mədəniyyətinin parametrləri – iradə və qətiyyət, məsuliyyət
və zamanı duymaq, insanlarla yaxşı münasibətlər qurmaq və onların məh-
suldar işini əsaslandırmaq bacarığıdır. Cəmdə bu amillər effektiv idarəetmə
üçün üstün əhəmiyyətə malikdir və düzgün siyasi, sosial və iqtisadi qərarla-
rın qəbul edilməsini təmin edir. İdarəetmə mədəniyyəti rəhbərə konkret və-
ziyyətlərdə düzgün istiqamətlənməyə, cəmiyyətin inkişaf perspektivlərini
görməyə, dövlətin inkişafının və rəqabət qabiliyyətinin yüksək dinamikası-
nı təmin edən kulturoloji innovasiyaları müdafiə və inkişaf etdirməyə kö-
mək edir. Rəhbərin idarəetmə mədəniyyəti mütərəqqi sosial-mədəni dəyi-
şikliklərin keçirilməsi və böhranların aradan qaldırılması, inkişafın bütün
səviyyələrində harmoniyaya nail olmaq üçün elmi əsaslı təhlili yerinə yetir-
məyə imkan verir.
Dünya sivilizasiyası təcrübəsi göstərdi ki, bu gün ölkənin sabit inkişafı
üçün yüksək inkişaf etmiş elm və müasir istehsal texnologiyalarının, ixti-
saslı alim və mütəxəssislərin olması kifayət deyil. Milli inkişafın uğuru –
ideoloqların, siyasətçi və idarəçilərin mədəniyyətindən həlledici dərəcədə
asılıdır. Nailiyətlərə qiyməti ideoloqlar və siyasətçilər verirlər. Hadisələr,
insanlar, tarix, kəşflər, ixtiralar və ya qəhrəmanlıqlar haqqında xalqın ob-
yektiv və ya subyektiv, həqiqi və ya yalan təsəvvürləri məhz onların inter-
pretasiyasından asılıdır. Alimlərin və mütəxəssislərin fəaliyyətinin kim tərə-
findən və necə idarə edilməsindən, onların intellektual potensialının və
əməyinin milli inkişaf maraqlarında nə dərəcədə düzgün qiymətləndirilmə-
sindən və səmərəli istifadəsindən çox şey asılıdır. Ölkənin sabit inkişafında,
milli maraqların və artan milli tərəqqinin qorunmasında dövlət idarəetmə
mədəniyyətinin böyük rolu aydın olur.
Qeyri-effektiv idarəetmə iqtisadiy-
yatda, siyasətdə və ictimai psixologiyada böyük itkilərə doğru aparır. Təc-
rübə göstərir ki, insan kapitalına, ilk növbədə, insanların həyat keyfiyyəti-
nin yüksəldilməsini təmin edən elm, təhsil, səhiyyə kimi sahələrə qoyulan
investisiyalar daha effektiv hesab edilir.
İdarəetmə prosesinin effektivliyi gerçəkliyin dərkinə və proqressiv dəyi-
şikliyə, sosial tələbatlar və maraqların təmin edilməsinə yönəldilmiş, idarə
olunan obyektlərin (ayrı-ayrı insanların, kollektivlərin, müəssisələrin və s.)
yaradıcı fəaliyyəti sayəsində əldə olunan konkret nəticələrə görə qiymətləndi-