Fuad Məmmədov
80
kulturologiyada istifadə olunan sistemli və situasiyalı yanaşmalar, Piter
Çeklandın “yumşaq təfəkkür” sistemi və Lütfi Zadənin qeyri-səlis məntiq
nəzəriyyəsi ən mürəkkəb problemlərin düzgün təhlilinə və onların düzgün
həlli yollarının seçilməsinə imkan verir.
Müasir anlamda idarəetmə elmi ilk dəfə XIX əsrdə istehsalat təşkilatçı-
ları arasında, sənaye cəmiyyətinin formalaşması şəraitində meydana gəl-
mişdir. O, istehsalın təşkili və idarə edilməsi, istehsal kollektivlərində in-
sanlarla işləmək bacarığı üçün zəruri olan xüsusi bilik və texnologiyalara
tələbatlarla şərtlənirdi. Bu elm, məqsədi istehsalın effektivliyini yüksəltmək
olan idarəetmə prinsipləri, metodları, vasitə və formalarının məcmusu kimi
meydana gəlmiş menecmentin əsasını təşkil edir.
Biznesdə tətbiq edilən mütəşəkkillik və idarəetmə vasitələrinə əsaslanan
“inzibati effektivlik modelini” işləyib hazırlamış Vudro Vilson (1887) bü-
rokratiyanı iyerarxiya və funksiyaların bölünməsi üzərində qurulan demo-
kratik dövlətin idarəetmə aləti kimi nəzərdən keçirirdi. V.Vilson və F.Qud-
naunun idarəetmənin elmi metodlarına və dövlət idarəçiliyinin siyasi ideo-
logiyadan asılı olmamasına əsaslanan “Peşəkar mülki xidmət” modeli de-
mokratik mədəniyyətin prinsip və dəyərlərinə uyğunlaşdırılmışdır. O, siya-
sətçi və inzibatçılar arasındakı hədləri, fərdi və kollektiv səviyyədə subor-
dinasiya münasibətlərini, seçilmiş siyasi rəhbərlik tərəfindən təyin olunmuş
müdiriyyətin fəaliyyətini istiqamətləndirmək və nəzarət etmək üçün hüquqi
imkanı nəzərdə tuturdu. XX əsrin əvvəllərində Maks Veber tərəfindən ifadə
edilmiş, dünya praktikasında geniş yayılmış 8 universal prinsip dövlət ida-
rəçiliyi üçün nəzəri əsas oldu. Alim göstərirdi ki, “qərar – sərəncam – icra-
ya nəzarət” sxemi üzrə qurulan və dövlətin mənafeyinə xidmətə təyin edil-
miş avtoritar hakimiyyətin mənbəyi - idarəetmə elmi sahəsində peşəkar bi-
liklər və bürokratik prosesin qaydalarına yiyələnmədir. XX əsrin əvvəllə-
rində idarəetmə elmi sahəsində ən görkəmli nəzəriyyəçi, Fransada menec-
ment təliminin təşkilatçısı Anri Fayoldur. Onun tərəfindən elmi idarəetmə-
nin klassik tərifi ifadə edilmişdir: “İdarə etmək – gələcəyi görmək, təşkil et-
mək, sərəncam vermək, əlaqələndirmək və nəzarət etməkdir”. A. Fayola
görə, vəzifəsinə – təşkilatın fəaliyyət proqramlarının hazırlanması, kollekti-
vin seçilməsi, fəaliyyət koordinasiyası və işin harmonizasiyasının daxil ol-
duğu inzibati funksiyalar dövlət idarəçiliyi üçün mühüm əhəmiyyət daşıyır.
Onun tərəfindən hazırlanmış 14 universal idarəetmə prinsipi dünya prakti-
kasında geniş əməli tətbiqə malikdir. Bunlar: əməyin bölüşdürülməsi, haki-
miyyət, intizam, sərəncamçılıq vahidliyi, rəhbərlik vahidliyi, şəxsi maraqla-
rın ümumi maraqlara tabe edilməsi, personalın mükafatlandırılması, mər-
kəzləşdirilmə, iyerarxiya, intizam, ədalət, personal tərkibinin sabitliyi, tə-
şəbbüs, personalın yekdilliyidir.
İdarəetmə mədəniyyəti
81
XX əsrin birinci yarısında Qərbdə inzibati-dövlət
idarəçiliyi prinsipləri-
ni,
səciyyəvi xüsusiyyətlərinin müəyyən olunmasını və ümumi
qanunauy-
ğunluqlarını ifadə edən idarəetmə nəzəriyyəsini işləyib hazırlamış “
Klassik
məktəb” (A.Fayol, Leonard D.Uayt, L.Urvik, D.Muni, T.Vulsi ) yarandı.
O.F.Teylor, Q.Emerson və Q.Ford tərəfindən hazırlanmış elmi menecment
nəzəriyyəsinin nailiyyətlərindən müvəffəqiyyətlə istifadə edərək, dövlət
təşkilatlarının səmərəli idarəetmə sisteminin və onların strukturunun elmi
əsasını verən idarəetmə prinsiplərini yaratmışdır. Xətti-funksional tipli inzi-
bati-dövlət idarəçiliyinin nizamlanmış iyerarxiya modelinin yaradılması
“Klassik məktəbin” əməli nəticəsi oldu. Bu modelin əsasına: “ənənəvi vər-
dişlər əvəzinə - elm”, “ziddiyyətlər əvəzinə - harmoniya”, “fərdi iş əvəzinə -
əməkdaşlıq”, “hər bir iş yerində maksimal məhsuldarlığın təmin edilməsi”
postulatları qoyulmuşdur. Klassik yanaşma dövlət idarəçiliyi sisteminin iş
mexanizmi, vəzifə
funksiyaları və idarəetmə əlaqələri haqqında aydın təsəv-
vür verirdi. Klassik cərəyanın banilərindən biri - 1926-cı ildə nəşr olunmuş
ABŞ administrasiyasının fəaliyyət təcrübəsinin ümumiləşdirildiyi “Dövlət
idarəçiliyi elminə giriş” adlı fundamental əsərin müəllifi, amerikalı profes-
sor L.D.Uayt hesab edilir. Qoyulmuş məqsədlərə çatmaq üçün administrasi-
ya orqanlarının fəaliyyətini və inkişafını optimallaşdırmaq imkanlarını təh-
lil edərək, Leonard D.Uayt dövlət idarəçiliyinin maksimal effektivliyinin
minimal məsrəflərlə təmin edilməsinin zəruriliyi haqqında müddəa irəli sür-
dü. Biznesdə təşkilatçılıq təcrübəsindən çıxış edərək, o, dövlət idarəçiliyi
mədəniyyətinin əsas prinsipləri qismində: ixtisaslaşma, sərəncamların va-
hidliyi, qulluqçuların sayının ixtisara salınması, məsuliyyətin ötürülməsi,
korporativ mədəniyyətə əsaslanan personalın mərkəzləşdirilməsi və harmo-
niyasını irəli sürdü. Administrasiya strukturunun səmərəlilik məsələlərini
iyerarxiya sistemi kimi nəzərdən keçirərək, alim onun başlıca funksiyaları
qismində planlaşdırmanı və təşkil etməni göstərdi.
Klassik yanaşma effektiv təşkilatın başlıca amili kimi, insan amilinin
prioritetliyi ideyasını xüsusi olaraq qeyd edən neoklassik “insan münasibət-
ləri məktəbi”nin (M.Follet, A.Maslou, E.Meylo, U.Merfi) yanaşması ilə ta-
mamlanır. İnsan münasibətləri nəzəriyyəsi şəxsiyyətlərarası münasibətlər
mədəniyyətinin, təşkilatdakı mühitin və motivasiyanın kollektivin əmək
məhsuldarlığına təsirini göstərdi. Ümumiliyə iddialı klassik yanaşmanın
universallığını şübhə altına alaraq, o, diqqəti - münasibətlər mədəniyyətinin
və kollektivdəki sosial (lakin iqtisadi deyil) tələbatların çox vaxt əmək
məhsuldarlığının artmasına təsir edən idarəetmənin aparıcı amilinə çevril-
məsinə yönəltdi. Bununla əlaqədar olaraq, kollektivdə psixoloji mühitin
yaxşılaşdırılmasının, şəxsiyyətin özünütəsdiqi və onun yaradıcı potensialı-