Fuad Məmmədov
82
nın reallaşdırılması üçün əlverişli şəraitin yaradılmasının əhəmiyyəti göstə-
rildi (A. Maslou).
XX əsrin 50-ci illərində inzibati dövlət idarəçiliyi nəzəriyyəsi neoklassik
“insan münasibətləri məktəbi”nin yeni – “davranış” (“bihevioral”), “sistem-
li” və “situasiya” yanaşmaları ilə zənginləşdi. Sosial psixologiya və sosio-
logiyanın nailiyyətlərinə əsaslanan “Davranış yanaşması” (Q.Saymon,
D.Smitsberq, V.Tompson, D.İston və b.) idarəetmə strukturlarında işləyən
fərdlərin və qrupların davranışı vasitəsilə idarəetmə prossesləri və təzahür-
lərinin izahını verdi. Yanaşma, insan resurslarının inkişafı və istifadəsinin
səmərəliliyi hesabına personalı idarəetmə effektinin artmasını təmin edən
metod kimi təklif olunmuşdur. Şəxsiyyətin idarəetmə imkanlarının dərk
edilməsi, aşkar olunması və səmərəli istifadəsi xüsusi qeyd edilmişdir. Bu
məqsədlə sosial münasibətlərin xüsusiyyətləri, hakimiyyət mahiyyətinin
problemləri, əməkdaşların nüfuzu və motivasiyası tədqiq edilmişdir. Sonra-
lar adı “bihevioralizm”ə (D.İston, D.Mak-Qreqor, F.Hersberq), dəyişdiril-
miş “davranış yanaşması” idarəetmə prosesində insan davranışını anlama-
nın əsasını təşkil edən idarəetmə elmində ümumi dəyişənlərin axtarışının
zəruriliyinə diqqət yetirdi. Bu məqsədlə idarəetmə proseslərinin tədqiqi za-
manı D.İston tərəfindən “qərar”, “qərarların qəbulu”, “maraqlar qrupu” və
s. kimi müəyyən anlayışlar, kateqoriyalar və paradiqmalar qismində nəzər-
dən keçirilən “təhlil vahidləri” işlənib hazırlandı. D.İston bihevioral meto-
dologiyanın 8 prinsipini ifadə etdi.: “qanunauyğunluqlar”, “verifikasiya”
(“həqiqətə uyğunluğun müəyyən edilməsi”), “metodika”, “kəmiyyət metod-
ları”, “dəyərlər”, “sistemlilik”, “təmiz elm”, “inteqrasiya”. D.Mak-Qreqo-
run biheviorizm çərçivəsində hazırladığı idarəetmənin “statik” və “dina-
mik” konsepsiyaları idarəetmə prosesinin effektivliyində məcburiyyətin,
nəzarətin və marağın rolunu nəzərdən keçirir. F.Hersberqin “motivasiyalı
gigiyena”konsepsiyası əməkdaşların baza tələblərinə əsaslanan düzgün mo-
tivasiyasının idarəetmə effektivliyinin yüksəlməsinə yardım etməsi haqqın-
dakı tezisi əsaslandırdı. O, əmək uğurlarının, xidmətlərin təsdiqi, məsuliy-
yət səviyyəsi, xidməti və peşəkar yüksəlişin insanların davranış motivasiya-
sına və təşkilatda əlverişli psixoloji mühitin formalaşmasına təsirini göstər-
di. Bununla bərabər alim tərəfindən əməklə təmin olunmaya yardım edən
8 motivasiya ifadə edildi:
işin saxlanması təminatı, sosial status, təşkilatda
əmək siyasəti, əmək şəraiti, səmimi rəis münasibəti, şəxsi meyllər, şəxsiy-
yətlərarası münasibətlər, əmək haqqı.
Özünə müxtəlif elmi məktəblərin metodları və nailiyyətlərini, o cümlə-
dən, sistemlər nəzəriyyələrini inteqrasiya etmiş “sistemli yanaşma” (D. İs-
ton, Q.Almond, T.Parsons), dövlətin inkişafının strateji idarə edilməsi üçün
böyük imkanlar açmışdır. Sistemli yanaşma, son nəticələrin səmərəliliyi
İdarəetmə mədəniyyəti
83
nöqteyi-nəzərindən, qərarların qəbul edilməsi prosesinin həyata keçirilmə-
sinə təsir göstərə bilən bütün amillərin - zaman, resurs, motivasiya, ətraf
mühitin dəyişməsi və s. hesaba alınmasını nəzərdə tutur. Bununla bərabər,
sistemli yanaşma idarəçiliyin funksiya və effektivliyinə təsir göstərən bir sı-
ra əsas elementləri və dəyişən sistemləri diqqətdən kənarda qoymuşdur.
XX əsrin 70-ci illərində elmin konkret situasiya və şəraitlərə birbaşa tət-
biqi imkanlarının istifadəsinə əsaslanan dövlət idarəçiliyinə yeni “situasiya
yanaşması” işlənib hazırlandı. Əsasını Piter Çeklandın “yumşaq təfəkkür”
sisteminin və Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin təşkil etdiyi
bu yanaşmanın mahiyyəti - təşkilatın və ya idarəçilik sisteminin fəaliyyəti-
nin effektivliyinə təsir göstərən daim dəyişən siyasi, sosial, iqtisadi, ekoloji,
zaman və digər amillərin təhlili əsasında idarəçilik qərarlarının korrektə
edilməsindədir. İdarəetmə vəzifələri və qərarlarının situativ təhlili - elmi
metodun seçilməsini, qəbul edilmiş qərarın müsbət və mənfi nəticələrinin
qiymətləndirilməsini, prosesin amillərinin və effektinin düzgün interpretasi-
yasını, qoyulmuş məqsədlərə nail olmağı təmin edən daha səmərəli üsullar-
dan istifadə bacarığını nəzərdə tutur.“Situasiya yanaşması” konkret şərait-
də idarəetmə prosesinin inkişafını müəyyən edən və onun təkamülünə təsir
göstərən situativ dəyişənlərin əsas daxili və xarici növlərini təyin etməyə
imkan verdi. Daxili dəyişənlər – məqsəd, vəzifə, struktur, texnologiya və
kollektivdir. Xarici dəyişənlər – siyasi proses, elmi-texniki tərəqqi, iqtisadi
inkişaf, sosial-mədəni dəyişikliklər, qrup maraqlarının təsiridir.
Lakin təcrübə göstərdi ki, kiçik qrupların təhlili üçün bihevioristlərin is-
tifadə etdikləri sosiometriya prinsipləri dövlət idarəçiliyinin makrososial
mühitini təşkil edən ictimai inkişaf prosesinin bütövlükdə dərk edilməsi üçün
effektiv deyil. Bu, idarəetməyə yeni: “postbiheviorizm”, "modernizm”, “struk-
tur funksionalizm” amerikan yanaşmalarını yaratdı. “Postbihevioralizm”
demokratiyanın başlıca prinsiplərini saxlamaqla, onun aktual sosial-siyasi
dəyərləri kontekstində, dövlət inzibatçılığında lazımi dəyişikliklərin müm-
künlüyünü elan etdi. Öz bilikləri və fəaliyyətlərinin cəmiyyətin inkişafı ma-
raqlarında tətbiqi üçün alimlərin məsuliyyəti xüsusi olaraq qeyd edilirdi.
“Modernizm” “biheviorizmin” məhdudluğunu, inzibati-dövlət idarəçiliyi
institutlarının öyrənilməsinə əsaslanan institusional yanaşma ilə tamamlan-
ma hesabına aradan qaldırmağa istinad edirdi. Bununla bərabər “moder-
nizm” kibernetikanın, fizika və riyaziyyatın faktor təhlili, konten-təhlil, ver-
bal abtrakt modellər, oyunlar nəzəriyyəsi və digər nəzəri və empirik metod-
larından geniş istifadə edirdi. “Modernizmin” nünayəndəsi D.Springer öz
diqqətini struktur, mədəniyyət və münasibətlər kimi institusional təzahürlə-
rin birgə təhlilinin zəruriliyinə yönəltdi. Keçən əsrin 50-ci illərinin ortala-
rından ABŞ-ın idarəçilik elmində, dövlət idarəçiliyi sistemində inteqrasiya-