Fuad Məmmədov
76
peşəkar təcrübəyə, mütəşəkkilliyə, mənəviyyata, cəmiyyətin və dövlətin ri-
fahi üçün siyasi məsuliyyət və innovativ yaradıcılıq fəaliyyətinə nə dərəcə-
də malik olması, demokratik idarəçiliyin müasir universal kulturoloji tex-
nologiyalarına yiyələnmə səviyyəsi ilə müəyyənləşdirilir.
Tamamilə aydındır ki, həm dövlət, həm də beynəlxalq idarəetmə təbiət
və cəmiyyətin ümumi inkişaf qanunlarına, dünyanın ümumi harmoniyaya
əsaslanan qarşılıqlı əlaqəli bütövlüyünə zidd olmamalıdır. Çətin ki, kimsə,
insanın həyat fəaliyyətinin harmoniyasına nail olma cəhdinin təfəkkürümü-
zün və davranışımızın norması olduğunu qeyd edən Ervin Laslo və Mixael
Laytmanın konsepsiyasının ədalətliyinə şübhə etsin. Lakin qlobal inkişaf
strategiyasının universal əsası olan yüksək ruhi mədəniyyətin bütün dünya-
da məqsədyönlü inkişafı və yayılması olmasa, bu mümkün olarmı?
Budapeşt klubunun prezidenti professor Ervin Laslo hesab edir ki, məq-
sədyönlü idarəetmə fəaliyyəti yolu ilə gələcəyə qlobal səviyyədə pozitiv tə-
sir göstərmək zəruriliyi bir sıra təhlükələr və çağırışlarla şərtlənir. Onların
arasında aşağıdakıları qeyd etmək olar: artan demoqrafik proseslər və yox-
sulluq, iqtisadi və sosial ziddiyyətlər və müharibələr; dağıdıcı daşqınlara və
tornadoya səbəb olan iqlim dəyişiklikləri; ətraf aləmin istehsal tullantıları
ilə çirklənməsi; torpaq, su və havada zəhərli maddələrin toplanması; içməli
su, ərzaq məhsulları və enerjinin artan defisiti; ozon qatının davam edən da-
ğılması; atmosfer oksigeninin əskilməsi; bioloji müxtəlifliyin azalması;
atom elektrostansiyalarındakı qəzaların və nüvə tullantılarından təcrübi isti-
fadənin səbəb olduğu fəlakətlərin baş vermə riski və s. Təbii vəsaitlərdən
səmərəsiz istifadə və texnogen sivilizasiyanın məsarifləri ilə əlaqədar həya-
ti balansların pisləşməsi problemləri, hüquqi mühafizəsizliyin artması, ekst-
remizm, despotizm, terrorizm və zorakılığın müxtəlif tipləri, insanların so-
sial bərabərsizliyinin artması, varlılar və yoxsullar arasındakı fərqin böyü-
məsi, aclıq və xəstəliklər, cəmdə, törənə biləcək bərpa olunmaz dağıdıcı
proseslərlə ağırlaşır.
“Sosial darvinizm” təhlükəsi haqqında danışaraq, E. Laslo diqqəti ona
yönəldir ki, Darvinin təbii seçmə nəzəriyyəsinin insan cəmiyyətinə proyek-
siyası “varlılarla yoxsullar arasındakı fərqi böyüdür, hakimiyyəti və var-
dövləti korporasiya rəhbərləri və beynəlxalq maliyyəçilərin əlində cəmləş-
dirir, bu da dövlətləri və bütöv xalqları müştərilərə və istehlakçılara çevirir”.
Həqiqətən bu ziddiyyətli problemin insanın xoş məramını nəzərdə tutan
həlli vardır. Siyasi və iqtisadi hakimiyyət özündə yüksək intellektual və
mənəvi mədəniyyəti, şüurlu eqoizmlə altruizmin balansını birləşdirən “Ho-
mo cultural” - yüksək mədəniyyətli insanlara məxsus olmalıdır. Biz dərin-
dən inanırıq ki, cəmiyyətdə ”ən güclü” olan - bu, keyfiyyətləri “mədəni in-
san formulu”nda təsvir olunaraq oxucunun diqqətinə çatdırılan yüksək mə-
İdarəetmə mədəniyyəti
77
dəniyyətli insandır. Bəşəriyyətin xilasının açarı məhz burada qorunur. Bu-
nun üçün yalnız yüksək eqoizmdən imtina edərək, şüurumuzu pozitiv də-
yişmək lazımdır ki, burada mədəniyyətlərin harmoniyasına və maraqların
balansına əsaslanan, məhsuldar həyat fəaliyyəti üçün əlverişli mühit forma-
laşdıran, razılaşdırılmış və müxtəlif ölkələrin konkret şəraitlərinə uyğunlaş-
dırılan beynəlxalq kulturoloji təhsil və maarif həlledici rol oynaya bilər. İn-
sanın xoşbəxtlik açarının pulda deyil, yüksək insani mədəniyyətdə olması
tezisi bir çox alimlər, həmçinin, Devid Mayerson tərəfindən ifadə edilmiş
“göylərdə süzən rifah və qəlbin cılızlaşması sindromu” ilə də təsdiq olunur.
Müasir dünya birliyinin qeyri-sabitliyini təhlil edən E.Laslo, sistemlər
nəzəriyyəsinə istinad edərək, ona havanı proqnozlaşdırılması sənətində isti-
fadə edilən “kəpənək effektinin” tətbiq edilməsini mümkün hesab edir. Ya-
radıcı təşəbbüsləri və insanın fəaliyyətini “titrəyişlər” kimi nəzərdən keçi-
rən alim deyir ki, elə kreativ “titrəyişlər” yaratmaq olar ki, o, insanları xaos
nöqtəsindən sülhə və həyati sabitliyi saxlamağa yönəltməyə qadir olsun.
Professor deyir: “Əgər biz əlimizdə necə bir qüvvənin olduğunu dərk etsək
və onu təyinatı üzrə sərf etmək üçün bizdə lazımi qədər istək və müdriklik
olsa, biz öz taleyimizin sahibi olarıq”. Şüurun təkamülünün müasir inkişa-
fın həlledici amili olduğunu qeyd edərək, E.Laslo, yeni təfəkkür tərzi sayə-
sində insanların iradəsini səfərbər edən və yaradıcı qüvvələrin yeni yüksəli-
şini təyin edən, daha adekvat dəyərlərlə və daha inkişaf etmiş şüurla,
2020-ci ildə bəşəriyyətdə yeni era başlayacağı haqqında nikbin proqnoz ve-
rir.
Fikrimizcə, bu məsələnin həlli iki şərtin olmasını tələb edir: 1) universal
kulturoloji biliklərə malik və yeni idarəetmə texnologiyalarına yiyələnmiş
idarəçilər – “ceneralistlər”; 2) effektiv sosial terapiyaya, destruktiv proses-
ləri və tendensiyaları aradan qaldıra bilən, yeni və daha həyat qabiliyyətli
sivilizasiyanın qurulmasına qadir olan sağlam və əlverişli beynəlxalq mədə-
ni mühit.
Beynəlxalq idarəçiliyin təkmilləşdirilməsi prosesinə yardım məqsədi ilə
görkəmli alim və ictimai xadimləri birləşdirən “Simurq” Azərbaycan mədə-
niyyət Assosiasiyası tərəfindən XX əsrin 90-cı illərinin əvvəllərində BMT
nəzdində Beynəlxalq Dünya Mədəniyyəti Şurasının və Beynəlxalq Dünya
Mədəniyyəti Universitetinin yaradılmasını nəzərdə tutan beynəlxalq idarə-
etmə modeli hazırlanmış və müzakirəyə verilmişdir. 1995-ci ildə bu model
BMT-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycana təyin edilmiş bir
sıra xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatlar, həmçinin görkəmli
Azərbaycan alimləri, respublikanın ziyalı və ruhani nümayəndələri tərəfin-
dən bəyənilmişdir. Mədəniyyət anlamına bizim yanaşmamızın düzgünlüyü,
öz prinsiplərinə görə, dünyanın bütövlüyü anlamına yaxınlığı, insanların ət-