Fuad Məmmədov
92
təşkil edilməsi və hüquqi təminati zəruridir. Birləşmiş Krallıq, ABŞ, Fransa,
Almaniya və başqa aparıcı demokratik dövlətlərin dövlət idarəçiliyi təcrübəsi-
nin komparativ təhlili inkişaf etməkdə olan ölkələrin dövlət idarəçiliyi sistemi-
nə kulturoloqların fəal cəlb edilməsinin məqsədəuyğunluğunu göstərir. Univer-
sal biliklərə malik “ceneralistlərin” (kulturoloqların - F.M.) mənəvi və maddi
mədəniyyətin konkret istiqamətlərindən yaxşı baş çıxaran ekspertlərdən üstün-
lüyü, - “ceneralistlərin” problemləri və strateji perspektivləri, idarəetmə fəaliy-
yətinin daha effektiv koordinasiyalarını və gələcəyin qurulmasını bütöv şəkildə
görmə bacarığından ibarətdir. Onların daha universal imkanları, ekspert rəylə-
rini proqram və layihələrə dəyişmək bacarığı, dövlətin mənafeyi və məqsədlə-
rinə cavab verən tarazlaşdırılmış siyasi, iqtisadi və sosial qərarların qəbul edil-
məsinə yardım edir.
Bu təcrübəni nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrin bütün ali və
orta məktəblərində kulturoloji təhsili nəinki təşkil etmək, habelə “yeni de-
mokratiyalarda” dövlət idarəçiliyi sahəsində istifadə üçün hazırlanan mə-
murlara xüsusi kulturoloji hazırlığın, kulturologiya və idarəetmə mədəniy-
yəti üzrə mühazirə və interaktiv treninqlərin keçirilməsini təmin etmək zə-
ruriliyi meydana çıxır. İdarəçilik əməyinin düzgün stimullaşdırılması məq-
sədilə, idarəçiliyin “klassik” və “neoklassik” məktəblərinin nailiyyətləri
təhlilinə əsaslanaraq, tərəfimizdən mütəxəssislərin idarəetmə mədəniyyəti
səviyyəsinin, onların peşə keyfiyyətləri, qabiliyyətləri və xidmətlərinin
prinsipləri və qiymətləndirilmə meyarları təklif edilmişdir:
Ümumi elmi və xüsusi biliklər.
Ciddi peşə təcrübəsi.
Təşkilati-idarəçilik qabiliyyətləri.
Yüksək etik mədəniyyət.
Korporativ etika.
İdarəçilik fəaliyyətinin konkret nəticələri.
İnnovativ fəaliyyət sahəsində nailiyyətlərinin milli və beynəlxalq
aləmdə tanınması.
Hər bir ölkənin milli mənafeyini nəzərə alaraq, siyasətçilərin və liderlə-
rin ali korpusundan - nazirlər, icra hakimiyyəti başçıları, parlament komis-
siyalarının sədrləri, hüquqi strukturların rəhbərlərindən başlayaraq, haki-
miyyətin müxtəlif sahələrini təmsil edən bütün səviyyələrdə bürokratlar
üçün sistemli şəkildə idarəetmə mədəniyyəti üzrə interaktiv treninqlərin ke-
çirilməsi zəruridir. Onlar tərəfindən idarəetmə mədəniyyəti sahəsində bey-
nəlxalq standartlara uyğun universal biliklərin mənimsənilməsi, cəmiyyətin
tələbatları və dünya sivilizasiyasında baş verən dəyişikliklərə müvafiq döv-
lət idarəçiliyi keyfiyyətinin fasiləsiz inkişafını təmin edə bilərdi. Bu zaman
müsabiqə sisteminin yayıldığı orta korpuslu məmurların kulturoloji hazırlı-
İdarəetmə mədəniyyəti
93
ğı, idarəçi personalın beynəlxalq sertifikatlar metodlarının köməyi ilə qo-
yulmuş vaxt ərzində onların peşə səriştəsinin və ümumi mədəniyyətinin
dövlət yoxlanışı ilə başa çatmalıdır. Bununla yanaşı idarəetmə və liderlik
mədəniyyətinin əsaslarını istedadlı gənclərə də öyrətmək lazımdır. Dövlət
quruculuğu və idarəçiliyi üçün kulturologiyanın artan strateji əhəmiyyətini
nəzərə alaraq, milli və beynəlxalq idarəetmə, insanın və təbiətin ekologiya-
sı, beynəlxalq münasibətlər, informasiya və s. sahələrdə çalışmaq üçün xü-
susi ekspert-kulturoloqların hazırlanması, həmçinin kulturologiya sahəsində
siyasətçilərin və ali korpus məmurlarının yenidən hazırlanması məqsədi ilə
müxtəlif Qərb və Şərq ölkələrində kulturologiya Ali məktəbləri və ya Aka-
demiyalarının
12
açılması haqqında düşünməyin vaxtı çatmışdır. Bu məktəb-
lərin nəzdində, cəmiyyətin daxili siyasətinin və sosial təhlükəsizliyinin uğurları
üçün mühüm olan vətəndaşların müxtəlif kateqoriyalarının və gənclərin de-
mokratiya mədəniyyəti və hüquqi dövlətin əsaslarına kulturoloji təlimini və
maarifini təşkil etmək olardı.
Demokratik idarəetmə sisteminin prinsipləri, dəyərləri, texnologiyaları
və üstünlüklərinin mahiyyətinin kulturoloji anlamı, inkişaf etməkdə olan öl-
kələrin davamlı milli inkişafı və onların yüksək inkişaf etmiş dövlətlərin si-
vil dünyasına dərin inteqrasiyası üçün geniş imkanlar açan dövlət və sosial
idarəçiliyinin fəal və yüksək effektli islahatlarının həyata keçirilməsi üçün
məmurların daxili motivasiyasını stimullaşdırır.
Bununla əlaqədar, “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının,
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən bəyənilmiş, inkişaf etmək-
də olan ölkələrin dövlət quruculuğunda yararlı ola biləcək bir sıra kulturoloji
innovasiyalara diqqət yetirmək istərdik. Onlardan bəziləri bunlardır:
1. İntellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin qabaqlayıcı
inkişafının dövlət prioritetlərinin müəyyənləşdirilməsi.
2. Milli və beynəlxalq strateji inkişaf problemlərinin sistemli tədqiqinin
həyata keçirilməsi üçün dövlət səviyyəsində kulturologiyanın milli mərkəzləri-
nin və ya institutlarının yaradılması.
3. İnkişaf etməkdə olan dövlətlərdə dövlət qərarlarının qəbul edilməsi
və reallaşdırılmasına məsul siyasətçi və məmurların ali korpusunu təmsil
edən, nazirlərdən, icra hakimiyyəti başçıları və digər vəzifəli şəxslərdən
başlayaraq, bütün səviyyələrdə siyasətçi və idarəçilər üşün daimi fəaliyyət
göstərən kulturologiya və demokratik idarəçilik mədəniyyəti üzrə geniş tre-
ninqlər şəbəkəsinin təşkil edilməsi.
12
Yuxarıda adı çəkilən Dünya mədəniyyəti Beynəlxalq Universiteti də bu rolda çıxış edə
bilər.