İdarəetmə mədəniyyəti
99
sədyönlü mədəni islahatlar keçirilməsini tələb
edən belə siyasətin həyata
keçirilməsində ziyalılara, hər şeydən əvvəl, intellektual elitaya məsul rol
ayrılır. İnellektual, etik və hüquqi mədəniyyətin qabaqlayıcı inkişafını tə-
min edən elmi əsaslı mədəni islahatlar olmadan cəmiyyətin effektiv iqtisadi
inkişafı, milli müstəqilliyi və sosial tərəqqisi, yüksək dövlətçilik və dövlət
idarəçiliyi mədəniyyətinə nail olma mümkün deyil. Cəmiyyətin və dövlətin
həyat fəaliyyətini təmin edən, elm, təhsil, istehsalat, incəsənət sahəsi və di-
gər sahələrdə məşğul olan ziyalılar intellektual azadlıqdan istifadə etməli-
dirlər. Onun üçün daha artıq əlverişli rejim şəraiti yaratmaq lazımdır, çünki
o, mədəniyyətin inkişafının başlıca hərəkətverici qüvvəsi, cəmiyyətin da-
vamlı inkişafinı, tərəqqi və təhlükəsizliyini təmin edən qüvvədir.
Dövlətçilik mədəniyyətinin mahiyyəti və xüsusiyyətləri daha çox dövlə-
tin daxili və xarici funksiyaları ilə xarakterizə edilir. Dövlətin başlıca vəzi-
fəsi cəmiyyətin sabit inkişafının, tərəqqi və təhlükəsizliyinin təmin edilməsi,
rifahının yüksəldilməsi, ictimai münasibətlərin öz vətəndaşlarının mədəniy-
yəti və maraqlarının harmonizasiyası əsasında tənzimləməsindədir. Bu
missiyanın həyata keçirilməsinə, uğurlu daxili inkişafa nail olma üçün əlve-
rişli xarici şəraitin yaradılmasına yönəldilən dövlətin xarici siyasəti, bütün
beynəlxalq münasibətlər sistemi də tabedir. Bu proseslərin effektivliyini tə-
min edən universal əsas və başlıca hərəkətverici qüvvə, demokratik ölkələr-
də inkişafı intellektual, etik, hüquqi və idarəetmə mədəniyyəti əsasında hə-
yata keçirilən ruhi mədəniyyətdir. Bəşəriyyətin yüksək ruhi mədəniyyətinin
əsasında onun xeyirxahlığa, həqiqətə və ədalətə bağlılığı durur.
Məlum olduğu kimi, dövlətin əsas əlamətləri: rəsmi siyasi hakimiyyət,
vətəndaşların ərazi təşkili və ölkənin müstəqilliyidir. Rəsmi hakimiyyət ida-
rəetmə aparatı vasitəsi ilə həyata keçirilir ki, bu və ya digər maraqların qa-
nunvericiliklə həyata keçirilməsinə imkan verən siyasi hakimiyyət onun
əlində cəmləşmişdır. Rəsmi hakimiyyətin həyata keçirilməsi dövlətin seçil-
miş və yaradılmış orqanlar sistemi vasitəsilə baş verir, burada hər bir həlqə
müəyyən fəaliyyət, səlahiyyət sahəsinə, öz xüsusiyyətləri ilə fərqlənən ida-
rəetmə texnologiyaları vasitəsilə dövlət adından fəaliyyət göstərmək kom-
petensiyasına malikdir.
Dövlət orqanları səlahiyyətlərinin xarakteri və həcmi ilə fərqlənirlər.
Ümumi və xüsusi (müəyyən sahəyə aid olan) kompetensiyanın ali, regional
və yerli orqanları mövcuddur ki, onların funksiyaları konkret idarəçilik və-
zifələri çevrəsi ilə cızılmışdır. Dövlət idarəçiliyi aparatının bütün tərkib
hissələri subordinasiya və koordinasiya prinsipləri əsasında vahid mexa-
nizm kimi fəaliyyət göstərir.
Fuad Məmmədov
100
Hakimiyyət səlahiyyətlərinə və onları təmin etmə (təşkilati-siyasi, hüqu-
qi və iqtisadi) vasitələrinə malik vahid dövlət orqanları sistemini təmsil
edən dövlət aparatına öz məqsəd və vəzifələrinə, yaradılma qaydasına,
kompetensiyasının həcmi və xarakterinə malik müxtəlif dövlət hakimiyyəti
orqanları daxildir. Bunlar – dövlət hakimiyyətinin səlahiyyətli orqanları;
dövlət idarəçilik orqanları, ədliyyə orqanları və prokurorluqlar; silahlı qüv-
vələr, dövlət təhlükəsizlik orqanları və ictimai asayişin mühafizəsi orqanla-
rı; diplomatik xidmət orqanlarıdır. Dövlət idarəçiliyinin mərkəzi, sahə və
yerli orqanları dövlət hakimiyyəti tərəfindən qəbul edilən qanunlar və digər
normativ aktlar əsasında fəaliyyət göstərirlər, onlara hesabat verirlər və nə-
zarəti altındadırlar.
Qanunvericiliklə hakimiyyət səlahiyyətlərinə malik dövlət idarəçilik or-
qanlarının funksiyaları və rolunun başa düşülməsi və qiymətləndirilməsi
aşağıdakı suallara cavab vasitəsilə həyata keçirilir: mövcud orqanın missi-
yasi nədir, öz missiyasını həyata keçirmək üçün o hansı məqsədləri əldə
rəhbər tutur, bunun üçün o nə edir, hansı texnologiyalar vasitəsilə qoyul-
muş məqsədlərə nail olur, onun strukturu necədir?
Məlumdur ki, kapitalist dövlətçiliyi İngiltərədə, ABŞ-da, Fransada və
Almaniyada daha tam inkişafa nail olmuşdur. Buna görə hazırkı kitabda,
başlıca olaraq, məhz bu ölkələrin dövlətçilik və dövlət idarəçiliyi təcrübəsi
nəzərdən keçirilmişdir. Lakin demokratik ölkələrdə qəbul edilmiş, bizi ma-
raqlandıran konkret idarəetmə mədəniyyəti texnologiyalarını təhlil etməz-
dən əvvəl, bu dünya mədəniyyəti sahəsinin təkamülünü düzgün anlamaq
üçün, qədim və orta əsrlər dövründə Qərb və Şərq ölkələrində dövlətçilik
və dövlət idarəçiliyinin formalaşması və inkişaf tarixinin bəzi xüsusiyyətlə-
ri ilə tanış olaq.
Baxmayaraq ki, dövlətçilik və dövlət idarəçiliyi ilk dəfə quldarlıq cəmiy-
yətində meydana gəlmişdir, artıq ibtidai-icma quruluşu şəraitində mədəniy-
yətin bu sosial institutlarının yaranması üçün ilkin şərait formalaşmışdır.
Məlum olduğu kimi, insan cəmiyyətinin heç bir təşkilati forması hakimiy-
yətsiz, idarəetmə və sosial normalarsız mövcud ola bilməz. Görkəmli Ame-
rika sosioloqu L.Morqan, özünün “Qədim cəmiyyət” fundamental əsərində
ibtidai özünüidarə xüsusiyyətlərini göstərmişdir ki, onun əsasını əmək pro-
sesinin ümumi mülkiyyəti təşkil edirdi, hakimiyyət forması isə icbarilik
aparatını tələb etməyən mənəvi avtoritet idi. Azadlıq, bərabərlik və qardaş-
lığa əsaslanan özünüidarə sisteminin ali orqanı ümumi yığıncaq idi ki, onun
üçün icmanın iradəsinin izharı ilə bağlı olan ibtidai demokratizm xarakterik
idi. Yığıncaq, müəyyən vaxt müddətinə, məhdud səlahiyyətlərlə, istənilən
vaxt geriyə çağrıla biləcək icma məsləhətçisini seçirdi. Müharibə vaxtı sər-
kərdə seçilirdi. İcmaların birliyi, təşkilati quruluşu icmanın özünə oxşar