İdarəetmə mədəniyyəti
109
qarşıdurma və münaqişələr burjuaziyanın, feodal üsul-idarəsindən narazı
olan xalqın ciddi rol oynadığı siyasi hakimiyyət uğrunda mübarizəsini sü-
rətləndirdi. Burjuaziyanın ciddi iqtisadi əsasına çevrilən manifakturaların
yaranması ilə o, zadəganların siyasi nüfuzu əleyhinə rol oynamağa və varlı
burjuaziyadan iqtisadi asılılığa düşən feodal dövlət hakimiyyətinə ciddi tə-
sir göstərməyə başladı. Orta əsrlərin sonunda yeni burjua (kapitalist) cə-
miyyəti ilə tarixi səhnədən getməkdə olan feodalizm arasında yaranan qar-
şıdurma şəraitində “vətəndaş cəmiyyəti” anlayışı yarandı. Bu uyğunsuzlu-
ğun dərk edilməsi dəyişən cəmiyyətə uyğun yeni tipli dövlətçiliyin yaran-
masına səbəb olan burjua sosial-mədəni inqilabı üçün göndəriş oldu. Yeni
dövr avropa dövlətçiliyinin əsas prinsipi sahibkarlıq və azad rəqabət üzərin-
də qurulan, vətəndaş cəmiyyətinin iqtisadi həyatına dövlətin qarışmaması
haqqında elan edən liberalizm oldu. Bu o demək idi ki, mədəniyyətin - is-
tehsal, mülkiyyət, əmək, ticarət və s. kimi sosial institutları dövlət hakimiy-
yəti və onun siyasi təşkilatının birbaşa müdaxiləsindən azad oldular. Burjua
sosial-mədəni inqilabları nəticəsində, istehsal vasitələrinə yiyələnən burjua-
ziya kapitalist cəmiyyətlərinin hakim sinfi oldu.
Kapitalist dövlətinin inkişafı Avropada və Asiyadakı burjua-demokratik in-
qilabları ilə şərtlənən feodal dövlətçiliyinin, ictimai münasibətlərin və dövlət
idarəçilik sisteminin dəyişdirilməsi yolu ilə həyata keçirilirdi. Bu proses nəticə-
sində cəmiyyətdə keyfiyyətcə yeni, demokratik mədəniyyət formalaşmağa, li-
beralizm prinsiplərinə əsaslanan demokratik dövlətçilik inkişaf etməyə başladı,
dövlət idarəçiliyinin demokratik üsuluna keçmə üçün qabaqcadan lazım olan
şərtlər yarandı. Yeni dövlətçiliyin və dövlət siyasətinin prioritetləri intellektual,
etik, hüquqi və idarəetmə mədəniyyəti oldu. Elmi-texniki və sosial tərəqqiyə
yetişmək, insanların rifahı və həyat keyfiyyətinin sabit inkişafını təmin etmək
məhz bu prioritetlər nəticəsində gözlənilirdi. Kapitalist mədəniyyətinin inkişa-
fında iki əsas pillə meydana çıxır: birinci pillə, bir-birindən dövlətçilik mədə-
niyyətinin xüsusiyyətləri, demokratiya və vətəndaş cəmiyyəti mədəniyyətinin
səviyyə və forması ilə fərqlənən milli dövlətlərin formalaşması ilə bağlıdır. Bu
dövlətlər sistemi Qərbi Avropada 1789-cu ildən 1871-ci ilə qədər formalaşmış-
dır. İkinci pillə, kapitalist dövlətlərinin beynəlxalq münasibətlər mədəniyyəti-
nin intensiv inkişafı və siyasət və iqtisadiyyatı əlavə etməklə, mədəniyyətlərin
yaxınlaşması əsasında əməkdaşlığın beynəlxalq strukturlarının yaradılması ilə
xarakterizə edilir.
Siyasi sabitlikdə əhəmiyyətli dərəcədə maraqlı olan, əvvəlcə kapitalın
əmək üzərində hakimliyi üstündə qurulan kapitalist dövləti, sonradan bütün
cəmiyyətin iradəsi və maraqlarının ifadəçisi olmaq və dövlətçiliyin qeyri-
sinfi xüsusiyyətinə nail olma zərurətini aşkar etdi. Bu məsələnin həlli stra-
tegiyasının əsasına əmək və kapitalın əməkdaşlığı prinsipi qoyulmuşdur,
Fuad Məmmədov
110
onun yerinə yetirilmə metodu isə şəxsiyyət və cəmiyyətin maraqlarının har-
monizasiyası, kapitalizm mədəniyyətinin sosialistləşdirilməsi, milli maraq-
lar prioritetinin qurulması əsasında ictimai münasibətlərdəki obyektiv zid-
diyyətlərin aradan qaldırılması oldu.
Orta əsrlərin sonu Avropa tarixi, hətta imperiya dövlətçiliyi şəraitində
dövlət idarəçiliyinin avtoritar sisteminin demokratlaşdırılması məqsədi ilə
dəyişikliklərin həyata keçirilməsinin zəruriliyini dərk edən mütərəqqi döv-
lət xadimlərinin olduğunu təsdiq edir. Onlardan biri XIX əsrin ikinci yarı-
sında Avropanın böyük dövlət xadimi, Alman imperiyasının banisi və ilk
dövlət kansleri, bir neçə sosial islahatlar elan edən Otto Bismarkdır. Özü-
nün siyasi təcrübəsi əsasında varislərini mümkün səhvlərdən qorumağa ça-
lışaraq, Bismark “oğullarıma və nəvələrimə keçmişi dərk etmə üçün və gə-
ləcəyə nəsihət” - “Düşüncələr və xatirələr”i qoyub getmişdir. XIX əsrdə al-
man imperiyası dövlət siyasətininin Bismark tərəfindən təhlili və tövsiyələ-
ri idarəetmə mədəniyyəti nöqteyi-nəzərindən olduqca dəyərlidir.
Almaniyada dövlət idarəçilik üsulunu təhlil edərək, Bismark patriarxal
rejim bürokratiyasını cəmiyyətin həyat fəaliyyətinə həddən artıq nəzarətinə
görə tənqid edirdi, amma bununla yanaşı kral hökuməti məmurlarının özlə-
rinin “düzgünlüyü, təhsilliliyi və nəzakətliyi” ilə fərqləndiklərini qeyd edir-
di. Onların xidmətlərinin qəbul edilməsinə mənfi təsir göstərən çatışma-
mazlıqlara, o, yerli şəraitin kifayət qədər tanınmamasını, işin effektivliyinə
təsir edən “yüksək məqsədləri” qoya bilmək bacarıqsızlığını, idarə olunan-
lara – contribuens plebs (haqq verən xalq), münasibətdə “amiranəliyi”, pe-
dantlığı və praktik həyatdan uzaqlığı, bürokratizmi aid edirdi. Bismarkın
tənqid obyekti, həm də qəbul edilən qərarların kollegiallığı idi ki, bu da
onun fikrincə, məmurların, qərarın düzgünlüyünün təminatı olan şəxsi mə-
suliyyət hissini azaldırdı. Bununla belə o, XIX əsrin sonlarında II Bilhelm
və kansler Kaprivinin “yeni kursu” çərçivəsində baş verən, imperiya bürok-
ratiyasının siyasiləşmə prosesləri ilə bağlı yeni korpusdan fərqli olaraq,
köhnə dövlət məmurlarının vicdanlı və ədalətli olmaq səyini qeyd edirdi.
İdeal kimi Bismark, ölkənin “müstəqil silki və ya peşəkar nümayəndəli-
yi” tərəfindən zəruri olan dərəcədə nəzarət ediləcəyi, nə monarxın, nə par-
lamentin mövcud hüquqi vəziyyəti birtərəfli qaydada dəyişdirə bilməyəcə-
yi, dövlətdə bütün baş verənlərin yalnız communi consensus (ümumi razı-
lıqla) aşkarlıq və mətbuatın açıq tənqidi və landtaqla (yerli qanunverici seç-
kili orqan – F.M.) dəyişdirilə bəiləcəyi” monarxiya hakimiyyətini təqdim
edirdi. O qeyd edirdi ki, mütləqiyyət hakimdən ilk növbədə qərəzsizlik,
düzgünlük, öz borcuna sədaqət, işgüzarlıq və ciddilik tələb edir. Amma mo-
narx bütün bu keyfiyyətlərə hətta malik olsa belə, “...şəxsi şöhrətpərəstlik
və təriflərə həssaslıq, dövləti kral mərhəmətinin bəhrəsindən məhrum edir,