İdarəetmə mədəniyyəti
113
lər dövründə (V əsrin axırı – VIII əsrin ortaları) VII əsrin ortalarından haki-
miyyəti öz əlində cəmləşdirən yüksək vəzifəli sima – Mayordom (evdə bö-
yük) zahir oldu. Mayordom Gödək Pipin 751-ci ildə Karolinqlər sülaləsinin
əsasını qoydu. Tibetdə “Qanunlar Şahı” ilahi Dalay Lamanın dövründə ida-
rə etməyə başladı. Yaponiyada dövlət işlərini Taykun idarə etməyə başladı,
ənənəvi müqəddəs missiyanı isə, əvvəlki kimi, “Allahın oğlu” imperator
Mikado yerinə yetirməkdə davam edirdi. Türk və ərəb dövlətlərində bu rolu
vəzirlər yerinə yetirməyə başladılar. Bütpərəstlik dövründə kahinlərin haki-
miyyətinin genişləndirilməsi hesabına kral hakimiyyətinin məhdudlaşdırıl-
ması prosesi alman tayfalarında da baş verirdi. Orta əsrlərdə də öz vərəsəli-
yini qoruyub saxlayan və kral hakimiyyətini ələ almağın vacib şərti olan
“allahın mərhəməti ilə” qədım tacqoyma adəti zaman keçdikcə ruhanilərin
və onların krallara göstərdikləri təsirin rolunu çox artırdı. Orta əsrlərdə Cə-
nubi Fransada və İspaniyada Roma kilsəsi kralları taxta çıxarmaq və endir-
mək hüququna malik idi. Bunu yəhudi və müsəlman din xadimlərinin səla-
hiyyəti də təsdiq edir.
Y. Lippert ən qədim dövlətlərin ilk təşkilat formasını “patriarxal mütlə-
qiyyət” adlandırırdı. Yalnız atalıq hakimiyyətinə əsaslanan bu dövlətlərdə
mütləqiyyətin dərəcəsi onların ölçüləri ilə düz mütənasib idi. Belə dövlət-
lərdə hökmdara və onun qəbul etdiyi qərarlara təsirə yalnız “hakim ailə”
malik idi. Hökmdar icmanın mülkiyyət hüququnun yeganə daşıyıcısı, mü-
qəddaratı həll edən, onun bütün üzvlərinin hökmdarı və hakimi, təbəələrinə
istifadəyə verdiyi torpağın sahibi idi. Patriarxal hakim özü, həm də kahin
funksiyalarını yerinə yetirir, allahın iradəsinin qoruyucusu və daşıyıcısı ro-
lunda çıxış edirdi, bu da ona həmtayfalarının gözündə xüsusi atalıq şərəfi
verirdi. Beləliklə, patriarxal hakim ailə səcdəgahının himayəçisi hesab edi-
lən allahın ruhunun daşıyıcısı, dövlətin hökmdarı və rəhbəri idi. İnsanların
fəaliyyətinin təşkili və rəhbərliyi ilə yanaşı o həm də allahın simvolu olan
dini ayin əşyalarının sahibi idi. Bunun sayəsində patriarxal mütləqiyyət
dövründə hökmdar mütləq nüfuz, toxunulmazlıq və tam hakimiyyət qazan-
mışdı, çünki hesab edilirdi ki, o, allahı özündə təcəssüm etdirir və onun va-
sitəsi ilə xalqı allah özü idarə edir. Bununla əlaqədar olaraq, həmçinin təbi-
ətdə və cəmiyyətdə baş verən bütün pozitiv və neqativ təzahür və proseslərə
görə məsuliyyət də onun üzərinə qoyulurdu.
İkinci formaya, sülh və qarşılıqlı maraqlar
, hüquq bərabərlikləri,
əmək-
daşlıq və qarşılıqlı yardım, problemin kollegial həlli prinsiplərinə əsasla-
nan, ailələrin və qəbilələrin birliyi yolu ilə yaranan dövlətlər aid edilir. Belə
dövlətlərdə, dövlət idarəçilik problemlərinin mürəkkəbləşməsi, hakimlərin
bilikləri, qabiliyyətləri və keyfiyyətlərinə tələblərin artması, dəyişən həya-
tın artan tələbatlarının təmin edilməsi zərurəti, əhalinin artımı və ictimai
Fuad Məmmədov
114
münasibətlərin inkişafı ilə diktə edilmiş dövlət idarəçiliyinin dünyəvi və di-
ni funksiyalarının ayrılması yer tutur.
Qədim Yunanıstan və Romanın dövlət quruluşunda biz, bərabər hüquqlu
ailələrin birləşməsinə əsaslanan, mühakimə üsulu və müharibədə başçılıq
hüququnun icmada qaldığı seçkili hökmdar (Roma) və kahin (Yunanıstan)
hakimiyyətini formalaşdıran təşkilatın ikinci formasının tədricən əmələ gəl-
məsini görürük. Yeni tipli dövlətlər sülhün, mülkiyyətin müdafiəsinin,
əməkdaşlıq və qarşılıqlı yardım imkanının zamini kimi, ona daxil olan üzv-
lərin hüquqlarının qarşılıqlı tanınmasına əsaslanan ittifaqda maraqlı idilər.
Beləliklə, insanlar tədricən, müvəqqəti varlanmaq metodu olan müharibə-
dən sabit rifah mənbəyi olan birgə fəaliyyətə keçidin üstün olduğunu dərk
edirdilər.
Əgər dövlətçiliyin qədim forması şəxsi mülkiyyət və ədalət hüququ anlayışla-
rını xudbincəsinə yalnız özünün dövlət çərçivələri ilə məhdudlaşdırırdısa, təfək-
kür və dünyagörüşün təkamülü nəticəsində yaranan yeni forma bu anlayışları,
ona daxil olan strukturların mülkiyyət hüququnun qarşılıqlı tanınmasına əsasla-
nan “ittifaq dövlətinin” bütün üzvlərinin ümumi varı etdi. Mülkiyyətin əldə edil-
məsinin yeni forması müharibə deyil, müqavilələrə və razılıqlara əsaslanan
əmək, mübadilə və ticarət oldu. Beləcə, patriarxal dövlətlərin içərisində addım-
addım demokratiya mədəniyyətinin qədim prinsipləri tədriclə əmələ gəlirdi.
Yeni dövlət təşkilatı tipinin ən xarakterik nümunələrindən biri Hotland
adalarındakı Skandinaviya koloniyaları və İslandiya oldu. Burada yerləşən
alman tayfaları ilk əvvəl torpağın sahibi oldular və ticarət, dini həyat və
məhkəmə icrası üçün ümumi yer seçərək, qəbilələrin ittifaqında birləşdilər.
Bu zaman ittifaqın kahin hakimiyyətinin sahibi kilsə, məhkəmə hakimiyyə-
tinin sahibi isə - patriarx oldu. Belə qəbilə birlikləri Hotlandda - “Hundari”,
Daniyada – “Hared”, İslandiyada – “Tinglag”, Almaniyada – “Zend”, Ro-
mada – “Kuriya” adlanırdılar. Bu qəbilələrin məcmusu mərkəzləşdirilmiş
idarəetməni ya qəbilə Ağsaqqallar şurası formasında, ya ümumi rəhbər-
patriarx formasında həyata keçirirdi. Məsələn, İslandiyada “Tinglag” üç
prixodun (xristianlarda: aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadı-
ğı yer, məhəllə) rəhbərlər şurası tərəfindən idarə olunurdu. Y. Lippert belə
təşkilatı arı yuvasında hər birinin öz vəzifəsini saxladığı arı şanıları ilə mü-
qayisə edir. Pomada üç kuriya “tribanı”, üç triba isə - qədim Roma patrisi
dövlətini təşkil edirdi. İctimai inkişafın ayrı-aryı pillələrində dövlət idarəçi-
liyi forması müxtəlif olub. Qədim Romada ölkənin dövlət idarəçiliyini se-
natı təşkil edən “patres consripti” qəbilə ağsaqqalları həyata keçirirdi. Qə-
dim İsraildə və Qədim İudeyada idarəetmə tayfaların ittifaqı tərəfindən hə-
yata keçirilirdi. Qədim Çexiyada Roma senatına oxşar şuranı qəbilə ağsaq-
qalları - “kmetlər” təşkil edirdilər. Əslində bu, bəzi ölkələrdə şah hakimiy-