İdarəetmə mədəniyyəti
107
nirdi. Rusiyada mərkəzləşdirilmiş Rus
dövləti XV əsrdə, Zemstvo yığın-
caqlı monarxiya isə XVI əsrdə yarandı. Zadəganların, ruhanilərin və şəhər
əhlinin siyasi birləşməsi nəticəsində silki-nümayəndəli orqanlar, onların
əsasında isə silki monarxiyalar yarandı. Silki-nümayəndəli orqanlar İngiltə-
rədə - parlamentlə, Fransada - Baş ştatlarla, Rusiyada - Zemstvo Ali dini
məclislərlə, İspaniyada - korteslərlə təmsil olunurdular. Dövlət idarəçiliyi-
nin bu institutlarının əsas missiyası maliyyə yardımlarının səsə qoyulması
və qanunvericilik xarakterli tövsiyələrin hazırlanması idi.
Silki-nümayəndəli orqanlar zadəganlar, ruhanilər və üçüncü silk nüma-
yəndələrindən ibarət idi. Bu idarəetmə sistemi xüsusiyyətlərindən biri o idi
ki, müəyyən müddətlərdə bu orqanların çağırılması hüquqi cəhətdən mo-
narxın vəzifəsinə aid deyildi. XV əsrdə silklərin mübarizəsi və alman və
slavyan qaydalarının toqquşma meydanı olan Çexiyada ağası olmayan insa-
nın, ümumiyyətlə, yaşaya bilib-bilməməsi haqqında sual qoyulmuşdu. Bu
suala mənfi cavab verilirdi. Eyni dünyagörüşünə Böyük Fransa inqilabına
qədər mütləq hakimiyyətli Fransada rast gəlinir. Buna baxmayaraq, müxtə-
lif ölkələrin dövlətçilik mədəniyyətinin tarixi inkişaf prosesində köhnə və
yeni üsulun elementləri arasında, cəmiyyətin müxtəlif sosiumlarının maraq-
ları və mədəniyyətləri arasında, əvvəldən zəngin torpaq mülkiyyətinə və
nüfuza malik olan köhnə nəsillərin imtiyazları ilə yenilərin formalaşan hü-
ququ arasında dialektik mübarizə baş verirdi. Sonuncuların üstünlükləri on-
da idi ki, onlar köhnə təsəvvürlərin və qaydaların əsarətindən azad idilər, və
yeni ərazilərdəki həyat şəraiti ilə əlaqəli idilər. Bu, şəhər əhlinin torpaq
mülkiyyəti sahibkarlarından asılı olmaması ilə şərtlənən, əhalinin sürətli in-
kişafı və yeni şəhər mədəniyyətinin yaradılmasına kömək edirdi.
Bu dövrdə kral hakimiyyətinin mərkəzləşdirilməsinin əsas dayağı, göm-
rük maneələri, yerli vergilərin çoxluğu və digər məhdudiyyətlərlə bağlı
olan, maraqları feodal üsul-idarəsi ilə əzilən şəhər burjuaziyasının əmələ
gəlməsi oldu. Dövlət idarəçiliyinin mərkəzləşdirilməsi feodalların məhkə-
mə funksiyalarının tədricən aradan götürülməsi və pulkəsmənin kral səla-
hiyyətinə çevrilməsi, həmçinin kral ordusunun texniki cəhətdən yenidən si-
lahlanması idi. Knyazların separatizmi ilə mübarizəsində kral burjuaziyanın
dəstəyinə söykənirdi. Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi feodal öl-
kələrinin sosial-mədəni, o cümlədən, iqtisadi inkişafına müsbət təsir göstər-
di. Siyasi parçalanmanın saxlanıldığı Almaniya istisna olmaqla, Avropa öl-
kələrində ticarət-sənaye inkişafı dövlətçilik mədəniyyətinin və dövlət idarə-
çiliyinin təkmilləşdirilməsi də daxil olmaqla, ruhi və maddi mədəniyyətin
bütün sahələrində ciddi tərəqqini təmin etdi.
Silki monarxiyaların növbəti pilləsi mütləq monarxiya oldu. Onun əsası
zadəganlarla burjuaziya arasındakı kompromis oldu. Zadəganların və ruha-
Fuad Məmmədov
108
nilərin siyasi cəhətdən hakim sinif kimi qalmalarına baxmayaraq, kral haki-
miyyətinə dəstək verən və kapitalist elementlərinin inkişafına yardım edən
burjuaziya, dövlət hakimiyyətini və mühakimə üsulunu tədricən inhisara al-
dı. Burjuaziyanın iqtisadi gücü feodalları dövlətçiliyin idarəetmə, qanunve-
ricilik və məhkəmə fəaliyyəti kimi aparıcı mövqelərində ciddi güzəştlərə
getməyə məcbur etdi. Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi və mütləq
monarxiyanın qurulması müxtəlif ölkələrdə özünün milli xüsusiyyətlərinə
malik idi. İngiltərədə silki-nümayəndəli müəssisələr tamamilə hökumətə ta-
be edilmişdi, Fransa, İspaniya və Rusiyada onlar ləğv olunmuşdu. Mütləq
monarxiya (və ya mütləqiyyət) hakimin qeyri-məhdud hakimiyyəti demək
idi. Monarx qanunlar verir, məmurları təyin edir və dövlətin bütün gəlirləri-
ni toplayır və sərf edirdi. Monarxiya hakimiyyəti özünün başçılıq etdiyi da-
imi orduya, dövlət idarəçiliyinin müxtəlif sahələrini əhatə edən mərkəzləş-
dirilmiş məmur aparatına, dövlət xəzinə sistemini daxil edən kral xəzinəsi-
nə istinad edirdi.
Unitar dövlətçiliyin nisbətən proqressiv formasi kimi mütləqiyyətin ya-
ranması bir sıra səbəblərlə şərtlənirdi ki, onların arasında alimlər, - roma
dövlətçiliyi ideyasının bərpasını, XVI-XVII əsrlərdə kəndlilərlə feodallar
arasında mübarizənin kəskinləşməsi, kapitalist elementlərinin təsiri altında
feodal münasibətlərinin dağılmasını, şəhərlərin inkişafını, daxili bazarın
formalaşmasını, beynəlxalq ticarətin inkişafını və hakimiyyətə və məmur
aparatına burjuaziyanın iqtisadi təsirinin güclənməsini ayırırlar.
İnsan münasibətləri mədəniyyəti onunla şərtlənirdi ki, kapitalizmdən
fərqli olaraq, feodal cəmiyyətində ümumi hüquq və vəzifələr yox idi, imti-
yazların siyasi xarakteri isə bir silkdən digərinə keçidi bağlayırdı. Şübhəsiz,
feodal dövlətçiliyi və dövlət idarəçiliyi mədəniyyətinin formalaşmasında
yaradıcı-monarxların şəxsiyyətinin rolunu yenidən qiymətləndirmək çətin-
dir. Məsələn, Uinston Çörçill İngiltərənin siyasi inkişafında, parlament ida-
rəsi və vahid milli ingilis dövləti yaradan, feodal dünyasında ilk dəfə Bö-
yük Azadlıqlar Xartiyasını elan etmiş möhkəm və mübariz xarakterli şəx-
siyyətlərin rolunu xüsusi qeyd edir.
Artıq Qərbi Avropanın feodal cəmiyyəti içərisində şəhərliləri, “orta
silk” nümayəndələrini, bürgerləri burjuaziya adlandırmağa başladılar. Za-
manla burjuaziya, feodal cəmiyyətinin ali təbəqələrinə - zadəgan və din xa-
dimlərinə qarşı dura bilən sosium kimi inkişaf etməyə başladı. Sənətkarlıq
və ticarətlə məşğul olan burjuaziya pillə-pillə siyasi nailiyyətlər yolu ilə irə-
liləyir, azad şəhərlər və müstəqil şəhər respublikaları yaradırdı. Feodal cə-
miyyətinin inkişafı prosesində siyasi hakimiyyətə malik, lakin öz iqtisadi
əhəmiyyətini itirmiş zadəganlarla, hakimiyyətə malik olmayan, lakin iqtisa-
di qüdrətə yetişən burjuaziya arasında obyektiv ziddiyyətlər yarandı. Bu