Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə37/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   33   34   35   36   37   38   39   40   ...   315

Fuad Məmmədov

 

 

78



raf aləm haqqındakı təsəvvüründə inqilabi dəyişikliklər etmiş kvant fizikası 

sahəsindəki kəşflərlə sıx bağlı olan xolizm fəlsəfəsi ilə  təsdiqlənir. Mədə-

niyyəti bütöv sosial sistem kimi nəzərdən keçirən, tərəfimizdən seçilmiş 

metodologiya və sistemli kulturoloji təhlil - hərəkətverici qüvvələrə, ümumi 

və spesifik inkişaf qanunauyğunluqlarına malik, insanın həyat fəaliyyətinin 

müxtəlif qarşılıqlı  əlaqəli sahələrindən ibarət bütöv sistem kimi mədəniy-

yətdə ümumi və xüsusi olanı daha yaxşı tərzdə öyrənməyə imkan verir.  

 

Qərb ölkələrində idarəetmə elmi haqqında 

  

İdarəçilik elmi idarəetmə mədəniyyətinin bir hissəsi kimi, həm dövlətin 

strateji məqsədlərinin qoyuluşu, həm də onlara nail olmanın daha effektiv 

yollarını və texnologiyalarını özündə əks etdirir. O, dünya mədəniyyəti və 

sivilizasiyasının inkişafındakı dəyişikliklərlə şərtlənən idarəçiliyin, həm sa-

bit, həm də dəyişən kəmiyyətlərini öyrənir və təkmilləşdirir. Buna görə də 

müasir idarəetmə elmini universal kulturoloji biliklər olmadan təsəvvür et-

mək çətindir. Kulturologiya kimi, o da inteqral xarakter daşıyaraq, idarəçi-

dən tarix, fəlsəfə, psixologiya, sosiologiya, hüquq, iqtisadiyyat, riyaziyyat, 

fizika, politologiya, konfliktologiya, futurologiya və bir çox başqa elmi isti-

qamətlərlə bağlı sistemli biliklər tələb edir. Kulturologiyaya xas olan analiz 

və sintez, induksiya və deduksiya, müqayisə və ümumiləşdirmə, hadisələrin, 

faktların və proseslərin onların birgə və qarşılıqlı asılılıqda tədqiqi də, həm-

çinin dövlət idarəçiliyi elminin tədqiqat vasitələri və alətləri arsenalını təş-

kil edir. Bütöv idarəetmə sistemini təşkil edən konkret mexanizmlər, əlaqə-

lər, qanunauyğunluq və tendensiyaların inkişafının təhlili ilə şərtlənən sis-

temli kulturoloji yanaşma - idarəetmə effektivliyinin qiymətləndirilməsinin 

metodoloji prinsipləri və meyarlarının işlənib hazırlanmasını nəzərdə tutur. 

Biliklər, texnologiyalar, idarəetmə üslubu, qərarlar, nəticələr, şəxsiyyət mə-

dəniyyəti, təşkilati mədəniyyət, məqsədlər, elmi prinsiplər, fəaliyyət sahəsi, 

münasibətlər, təşkilati struktur, vəsait təminatı və başqaları belə yanaşma-

nın “təhlil vahidləri” kimi çıxış edirlər.  



İdarəetmə elmi dünya mədəniyyəti və sivilizasiyasının transformasiya 

olunan məqsədlərə və vəzifələrə, dialektik dəyişikliklərə uyğun daimi inki-

şaf prosesindədir. O: dövlətin, idarə və sosial qrupun məqsədlərə nail olma-

sı üçün nə etmək lazımdır, nə üçün etmək lazımdır, hansı nəticələri gözlə-

mək olar, etibarlı gələcəyi necə qurmaq olar - suallarına cavab verir. O, in-

novativ effektiv inkişaf yollarının kulturoloji axtarışı, bütün idarəçilik fəa-

liyyəti səviyyələrində idarəetmə vasitələrinin təkmilləşdirilməsinin yeni 

kulturoloji metodlarının işlənib hazırlanması, düzgün siyasi, iqtisadi, sosial 

və beynəlxalq qərarların tərtib edilməsi məqsədini qarşıya qoyur. Burada 



İdarəetmə mədəniyyəti 

 

79



dövlət idarəçiliyi problemlərinin tədqiqi, dinamik daxili və xarici dəyişik-

liklər şəraitində dövlət məsələləri həllinin alternativ texnologiyalarının ha-

zırlanması prioritet yer tutur.  

Bizim yanaşmamızın ilk şərti, hər şeydən əvvəl, mədəniyyətin - insanın 

ağlı, hissləri və fiziki əməyi vasitəsilə təbii enerjinin transformasiyası nəti-

cəsində yaranan “ikinci, süni” təbiət kimi başa düşülməsidir. Yeni kulturo-

loji biliklərin istehsalı zamanı müəllif, həyat fəaliyyətinə - transformasiya 

edilmiş təbii enerji kimi baxan və hələ 1909-cu ildə ilk dəfə “kulturologiya” 

terminini tətbiq etmiş Nobel Mükafatı Laureatı Vilhelm Ostvaldın yanaş-

masından istifadə etmişdir. Bununla yanaşı muəllif, kulturologiyanın elmi 

əsasını qoyan, mədəniyyətə bütöv, mütəşəkkil və birləşmə sistemi kimi ba-

xan və onu həyati tələbatların təmini üçün istifadə edilən materiya və enerji 

anlayışları baxımından çıxış edərək, təsvir edən Lesli A.Uaytın yanaşması-

na da əsaslanmışdır. Bihevioral ölçmədə L.A.Uaytın personalın ümumi mə-

dəniyyəti vasitəsilə idarəetmə effektini artırmağa imkanlar açan “mədəniy-

yətinin dəyişməsi ilə insanın davranışı  dəyişir” haqqındakı  nəticəsi bizim 

kulturoloji idarəetmə modeli üçün dəyərli oldu. Bihevioral yanaşmada mə-

dəniyyətin təkmilləşməsinin ölçü keyfiyyəti kimi, onun insan tələbatlarını 

ödəmək və şəxsiyyətin potensial bacarıqlarının sosial reallaşdırılması üçün 

əlverişli şərait yaratmaq qabiliyyətini müəyyən edən transpersonal psixolo-

giyanın banisi Abraham Maslounun “mədəniyyət və insan” konsepsiyası da 

o qədər dəyərli oldu. Maslounun ideal cəmiyyət modeli insanın harmoniya-

sı, təhlükəsizliyi, qabiliyyətlərin maksimal inkişafı və mədəniyyətin sosial 

institutlarının humanist islahatlar yolu ilə özünüreallaşdırma imkanları  və 

insanların şüurunun dəyişdirilməsi prinsipləri üzərində qurulmuşdur.  

Məlimdur ki, elm - harmoniya, əməkdaşlıq və maksimal effektivlik pos-



tulatlarına əsaslanan idarəetmənin “klassik məktəbi”, dinamik rəqabət qa-

biliyyətli idarəetmə fəaliyyətinin təmini üçün zəruri olan rasionallığı, idarə-

etmənin struktur və sistemini təkmilləşdirməyə imkan verir. İnsanlarla işlə-

mək bacarığı, əməyin düzgün motivasiyasıonların tələbat və maraqlarının 

nəzərə alınması ilə bağlı olan “İnsan münasibətləri məktəbi”, insan kapita-

lını effektiv idarəetmənin  əsas hərəkətverici qüvvəsi kimi istifadə etməyə 

imkan yaradır. Kulturoloji yanaşmadan istifadə etmə, “klassik məktəb” və 

“insan münasibətləri məktəbinin” ən mühüm nailiyyətlərini dünya praktika-

sındakı real dəyişikliklərə, informasiya cəmiyyətinin inkişaf tendensiyaları-

na və qloballaşmanın çağırışlarına uyğun innovativ texnologiyaların hazır-

lanması məqsədi ilə sintez etməyə imkan verir. Müxtəlif elmi prinsiplərdən 

səmərəli istifadə edərək, kulturoloji yanaşma “klassik məktəb” və “insan 

münasibətləri məktəbinin” üstünlüklərinin birləşməsinə  əsaslanan idarəet-

mə  mədəniyyətini immanent təkmilləşdirməyə imkan verir. Tərəfimizdən 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə