88
– şərq, – qərb, – cənub, – şimal, – cənub-şərq, – cənub-qərb,
– şimal-şərq, – şimal-qərb.
Şagirdlər buludluluğu qeyd etmək üçün daha bir sətir əlavə edə bilərlər.
Buludluluq üçün: – aydın; – buludlu; – qismən buludlu.
Yağıntı üçün: – yağış; – qar.
Cədvəl təqribən belə görünə bilər:
Günlər
№
1 2 3 4 5 6 7
Havanın temperaturu
12
0
С
Yağıntı
Külək
+
Buludluluq
Qiymətləndirmə meyarları:
Şərhetmə
İzahetmə
Zəif Orta
Yüksək
“Atmosfer” anlayışını izah
etməkdə çətinlik çəkir.
“Atmosfer” anlayışını əsasən
izah edir.
“Atmosfer” anlayışını düzgün
izah edir.
Atmosferin quruluşunu və
əhəmiyyətini şərh etməkdə
çətinlik çəkir.
Atmosferin quruluşunu söylə-
yir, amma əhəmiyyətini qis-
mən şərh edir.
Atmosferin quruluşunu və
əhəmiyyətini ətraflı şərh edir.
Dərs 23 / Mövzu:
HAVA ŞƏRAİTİ
Müəllim mövzuya dərslikdə verilmiş şəkil və uyğun suallar ətrafında müzakirə
ilə başlaya bilər. Şagirdlərdən şahidi olduqları atmosfer hadisələri haqqında
danışmağı xahiş etmək məqsədəuyğundur.
Alt
STANDART
2.1.3. Yerin hava qatını şərh edir.
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
Dərsin
MƏQSƏDİ
əsas elementlərdən istifadə edərək havanın vəziyyətini şərh edir;
havanın elementlərini təyin etmək üçün cihazları müəyyən edir.
89
Verilmiş məlumatlar əsasında şagirdlər fərdi, qrup və ya cütlər formasında cəd-
vəli tamamlaya bilərlər.
Havanın temperaturu necədir – isti, yaxud
soyuqdur
Səmada bulud varmı
Yağıntı varmı, yağış, yaxud qar yağırmı
Külək əsirmi, “güclüdür”, yaxud “zəifdir”
Əlavə nə müşahidə edirsiniz
Materialı möhkəmləndirmək və alınmış məlumatları sistemləşdirmək üçün “ha-
va elementləri”, “hava hadisələri” anlayışlarının sxematik təsviri çox faydalı olardı.
Yeni materialı, o cümlədən temperatur, rütubət, külək, yağıntı anlayışlarını izah
edərkən onları ölçmək üçün istifadə olunan meteoroloji cihazları və onların iş
prinsiplərini nümayiş etdirmək məqsədəuyğundur. Belə bir imkan olmadığı halda
slayd və ya dərslikdəki şəkillərdən istifadə etmək olar.
Dərsdə şagirdlərə havanın kəmiyyət göstəricilərini ölçmək üçün cihaz düzəltmək
layihəsini təklif etmək olar. Layihədə iştirak edən şagirdlər fərdi, cütlərlə, yaxud
qrup formasında havanın elementlərini ölçən aşağıdakı cihazlardan birini hazır-
lamalıdır:
Anemometr
Barometr
Hiqrometr
Yağışölçən
Termometr
Flüger
Şagirdlər cihazları hazırlamaq üçün müəllimin tövsiyələrindən, internet saytların-
dan və digər mənbələrdən istifadə etməklə aşağıdakıları araşdırmalıdırlar:
havanın elementlərini ölçən cihaz nə üçün istifadə olunur və onun məqsədi
nədir;
havanın elementlərini ölçən cihaz necə işləyir, onun mexanizmi necədir;
onlar özləri hava cihazını necə hazırlaya bilərlər;
havanın elementlərini ölçən cihazı ixtira etmiş və ya istifadə etmiş alimin
hekayəsi.
Cihazı hazırladıqdan sonra şagirdlər ondan istifadə edərək mövcud hava şəraitinin
ölçmələrini qeydə almalıdırlar. Şagirdlər 7 ardıcıl gün ərzində hər gün ən azı 3 dəfə
ölçmə aparacaqlar. Məlumatlar toplanaraq həm cədvəldə, həm də qrafikdə qeyd
edilir. Şagirdlər düzəltdikləri cihazın nə qədər dəqiq işlədiyini müəyyən etmək
Hava elementləri
Temperatur
Hava hadisələri
Rütubət
Yağınt
Külək
Bulud
90
üçün nəticəni havanın real göstəriciləri ilə müqayisə edə bilərlər. Havanın real gös-
təricilərini internet saytlarından, televiziya və radio yayımlarından, qəzetlərdən
əldə etmək olar.
Layihənin müzakirəsini sinifdə təşkil etmək şagirdlər üçün çox maraqlı olardı. Təq-
dimat zamanı cihazı, məlumat cədvəlini və qrafikləri nümayiş etdirmək lazımdır.
Öyrəndiklərinizi tətbiq edin
Fəaliyyətin nəticəsi olaraq şagirdlərdə günəş şüalarının düşmə bucağının tempe-
ratur ilə əlaqəli olması üzə çıxarılmalıdır: günəş şüalarının düşmə bucağı nə qədər
böyük olarsa, temperatur o qədər yüksək olur.
Nə öyrəndiniz
Müəyyən vaxtda atmosferin müşahidə edilən fiziki vəziyyətinə hava deyilir. Hava
üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Havanın elementləri
temperatur və rütubətdir. Hava şəraitindən asılı olaraq meteohəssas insanların
əhvalı dəyişə bilər.
Öyrəndiklərinizi yoxlayın
Qiymətləndirmə meyarları:
Şərhetmə
Müəyyənetmə
Zəif Orta
Yüksək
Əsas elementlərdən istifadə
edərək havanın vəziyyətini
şərh etməkdə çətinlik çəkir.
Əsas elementlərdən istifadə
edərək havanın vəziyyətini
əsasən şərh edir.
Əsas elementlərdən istifadə
edərək havanın vəziyyətini
düzgün şərh edir.
Havanın elementlərini təyin
etmək üçün cihazları müəy-
yən etməkdə çətinlik çəkir.
Havanın elementlərini təyin
etmək üçün cihazları kömək-
liklə müəyyən edir.
Havanın elementlərini təyin
etmək üçün cihazları dəqiq
müəyyən edir.
Dərs 24 / Mövzu:
HAVANIN TEMPERATURU
Havanın elementləri
Ölçmək üçün cihaz
1. Küləyin sürəti Anemometr
2. Yağışın miqdarı Yağışölçən
3. Küləyin istiqaməti Flüger
4. Temperatur
Termometr
Alt
STANDART
2.1.3. Yerin hava qatını şərh edir.
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
Dərsin
MƏQSƏDİ
havanın orta sutkalıq temperaturunu təyin edir;
“hava” və “iqlim” anlayışlarının fərqlərini izah edir.
Dostları ilə paylaş: |