77
girdlərə izah edilməlidir ki, dağ sistemlərini müvafiq rənglərlə – qəhvəyi rəngin
müxtəlif çalarları ilə rəngləsinlər.
Şagirdlərdə fiziki xəritədə cavan və qədim dağları rənginə görə fərqləndirmək ba-
carığının formalaşdırılmasına diqqət yetirmək lazımdır. Bu dərs təkcə şagirdlərin
xəritə üzərində coğrafi obyekti tapmaq bacarıqlarını deyil, həm də obyektə komp-
leks xarakteristika vermək bacarıqlarının formalaşdırılmasına xidmət edir. Bunun
üçün şagirdlərə hər hansı dağın xarakterik planını izah etmək məqsədəuyğundur.
Dağın xarakterik planı:
1) hansı materikdə yerləşir;
2) hansı yarımkürədədir;
3) hansı ölkələrdə yerləşir;
4) hansı istiqamətdə uzanır;
5) hündürlüyü (orta, maksimal).
Müəllim yeni materialla tanışlıq üçün şagirdləri tədqiqat mövzuları üzrə qruplara
ayıra bilər:
1-ci qrup: Dağ və onun elementləri.
2-ci qrup: Hündürlüyünə görə dağların fərqləri.
3-cü qrup: Yaşına görə dağların fərqləri.
4-cü qrup: Dağların insan həyatında rolu.
Öyrəndiklərinizi tətbiq edin
Nə öyrəndiniz
Yer səthində nahamarlıqların cəmi relyef adlanır. Ətraf ərazilərdən fərqlənən, zir-
və, ətək, yamac aydın görünən qabarıq relyef forması dağ adlanır. Zəncir kimi
uzanan dağlar sıra dağlar adlanır. Yaşına görə dağlar qədim və cavan olur.
Öyrəndiklərinizi yoxlayın
Dağlar Ölkə Materik
Kordilyer Kanada,
ABŞ, Meksika, Mərkəzi Amerika
dövlətləri
Şimali Amerika
Atlas Mərakeş, Əlcəzair, Tunis
Afrika
Alp Fransa,
İsveçrə, İtaliya, Almaniya,
Avstriya, Lixtenşteyn, Sloveniya.
Avrasiya
Ural Rusiya
Avrasiya
Tyan-Şan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Çin
Avrasiya
Böyük Suayırıcı Avstraliya
Avstraliya
Qiymətləndirmə meyarları:
Obyektləri kontur xəritədə qeydetmə
İzahetmə
Təyinetmə
Xüsusiyyətlər
Qoca dağlar
Сavan dağlar
Hündürlükləri
alçaq yüksək
Zirvələrinin quruluşu
yastı iti
Yamaclarının forması
meyilli dik
Səthinin parçalanması
zəif, hamar
kəskin
78
Zəif
Orta
Yüksək
Dağları xəritədə
göstərməkdə və kontur
xəritədə qeyd etməkdə
çətinlik çəkir.
Dağları xəritədə qismən
göstərir və kontur xəritədə
müəllimin köməyi ilə qeyd
edir.
Dağları xəritədə dəqiq
göstərir və kontur xəritədə
düzgün qeyd edir.
Dağların əmələ gəlməsini
quru parçalarının hərəkət
etməsi ilə izah etməkdə
çətinlik çəkir.
Dağların əmələ gəlməsini
quru parçalarının hərəkət
etməsi ilə qismən izah edir.
Dağların əmələ gəlməsini
quru parçalarının hərəkət
etməsi ilə düzgün izah edir.
Dağın elementlərini sxem
əsasında təyin etməkdə
çətinlik çəkir.
Dağın elementlərini sxem
əsasında əsasən təyin edir.
Dağın elementlərini sxem
əsasında düzgün təyin edir.
Dərs 21 / Mövzu:
DÜZƏNLİKLƏR
Şagirdləri aktivləşdirmək üçün şəkil üzrə iş təşkil etmək olar. Bunun üçün
müxtəlif sual və tapşırıqların verilməsi faydalı olardı.
1. Birinci şəkildə nə təsvir edilmişdir?
2. Birinci və ikinci şəkildəki dağları zirvəsinə və yamacına görə müqayisə edin.
3. Dağların yaşına görə nə söyləmək olar?
4. Nə üçün dağın təsvirindən sonra düzənlik təsvir edilmişdir?
5. Dağın düzənliyə çevrilməsini təbiətdə müşahidə etmək olarmı?
Dərsliyin “Fəaliyyət” bölməsində verilmiş tapşırığı yerinə yetirmək üçün araş-
dırılan suallar müzakirə olunur. Yaxşı olar ki, verilən tapşırıq cütlərlə həyata
Alt
STANDART
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə
və prosesləri təsvir edir.
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir.
Dərsin
MƏQSƏDİ
düzənliklərin əmələ gəlməsinə təsir edən amilləri sadalayır;
düzənliklərin yaranmasının dağların dağılmasının nəticəsi olduğu-
nu izah edir;
xəritədə iri düzənlikləri göstərir və onları kontur xəritədə qeyd
edir.
79
keçirilsin. Tapşırığın məqsədi düzənlik yaradan amilləri düzgün göstərməklə
yanaşı, həm də şagirdlərin öz fikirlərini əsaslandırmaqdır.
Dərslikdə “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatların
şagirdlər tərəfindən sinifdə oxunması onlarda yarana biləcək sualları müzakirə
etmək üçün faydalıdır.
Düzənliklərin hündürlüyünə görə fərqlərini dərslikdə verilən sxem əsasında
izah etmək məqsədəuyğundur. Eyni zamanda düzənliklərin xəritə üzərində göstəril-
məsi və kontur xəritədə qeyd edilməsi münasibdir. Kontur xəritə üzərində aşağıda-
kı düzənliklərin adları yazılmalıdır: Amazon, Qərbi Sibir, Mesopotamiya ovalıq-
ları, Orta Rus yüksəkliyi, Braziliya, Orta Sibir, Tibet yaylaları, Kür-Araz ovalığı.
Yaxşı olar ki, şagirdlər düzənlikləri xəritədə müvafiq rənglərlə rəngləsinlər.
Şagirdlərə dağ və düzənliklərin xarici görünüşünü müqayisə etmək təklif oluna
bilər. Əsas məqsəd odur ki şagirdlər Yer səthini yaradan əsas relyef forması kimi
dağ və düzənliyi qeyd edə bilsinlər.
Düzənliyin öyrənilmə planı:
a) hansı materikdə yerləşir;
b) hansı yarımkürədə yerləşir;
c) hansı dövlətin ərazisindədir;
d) hündürlüyü;
e) hansı çaylar keçir.
Öyrəndiklərinizi tətbiq edin
Orta Sibir
Amazon
Hansı yarımkürədə yerləşir
şimal/şərq
cənub/qərb
Hansı ölkənin ərazisindədir
Rusiya
Braziliya
Xəritədə hansı rənglərdə təsvir
olunmuşdur
tünd-sarı
yaşıl
Hündürlüyünə görə düzənliyin hansı
növünə aiddir
yayla
ovalıq
Nə öyrəndiniz
Dağlar zaman keçdikcə dağılır, hamarlanır və düzənliklərə çevrilir. Onlar dəniz
səviyyəsindən 200 metrə qədər hündürlükdə yerləşirsə, ovalıq adlanır; yüksəklik
200 metrdən 500 metrə qədər hündürlükdə yerləşir. Yaylanın hündürlüyü isə 500
metrdən artıqdır.
Dostları ilə paylaş: |