Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
102
 
 
Dərsdə şagirdlər üçün çox sayda yeni məlumatlar verilir. Bu məlumatların mənim-
sənilməsini xəritəni oxumaq bacarıqları ilə uyğunlaşdırmaq vacibdir. Müəllimin il-
lik planlaşdırma zamanı dərsə 2 tədris saatı ayırması yeni məlumatların daha yaxşı 
mənimsənilməsi üçün faydalı olardı.  
 Motivasiyanı mətndə təklif olunan suallar əsasında keçirmək olar. Bu fəaliyyət 
növünü esse yazmağı təklif etməklə keçirmək olar. İşi yerinə yetirərkən şagirdlər-
dən öz fikirlərini əsaslandırmağı xahiş etmək olar.  
 Təklif olunan fəaliyyət növünü yerinə yetirərkən şagirdlər materiklərin sahillə-
rinin şərhində çətinliklə üzləşə bilərlər. Buna görə də əvvəlcədən müəyyən izahatın 
verilməsi arzuolunandır.  
 
Yeni məlumatların mənimsənilməsi üçün “Ziqzaq” üsulundan istifadə oluna bi-
lər. Şagirdlərə kontur xəritədə iş üzrə tapşırıqların verilməsi çox faydalı olardı.  
Mətnlə tanışlığı başqa üsulla da yerinə yetirmək olar. Mətndəki məlumatla tanış ol-
duqca aşağıdakı  cədvəli doldurmaq məqsədəuyğundur. Cədvəli lövhədə bütün si-
niflə birgə doldurmaq olar. Müəllim sinfin hazırlıq səviyyəsindən asılı olaraq coğ-
rafi adları artıra bilər.   
COĞRAFİ ADLAR 
№  Dənizlər Adalar 
Yarımadalar Körfəzlər Boğazlar 
1. Aralıq Böyük 
Britaniya 
Abşeron Benqal Cəbəlüttariq 
2 Qara 
Madaqaskar  Hindistan 
Biskay 
Berinq 
3 Baltik 
Yeni 
Zelandiya Skandinaviya  Fars 
La-Manş 
4 Qırmızı Yapon 
Pireney 
Qvineya  Magellan 
5 Berinq 
Zond 
 
Kiçik 
Asiya 
Meksika 
Dreyk 
6 Yapon 
 
Balkan 
 
Bab-əl məndəb 
7 Barens 
 
Apennin 
 
 

Şərqi Çin 
 
Ərəbistan  
 
 
2-ci “Fəaliyyət” tapşırığını yerinə yetirərkən şagirdlərə üzərində lazım olan coğrafi 
obyektlər qeyd olunmuş  xəritə üzərində müstəqil işləməyi təklif etmək məqsə-
dəuyğundur; məsələn, regional xəritələrdən istifadə etmək olar. 


 
 
103 
  Öyrəndiklərinizi tətbiq edin 
 
 Nə öyrəndiniz 
Materiklərin sahil xətlərinin  girintili-çıxıntılı olması sahilboyunda xeyli sayda 
dəniz, körfəz, ada, yarımada  və  boğazların olmasını ifadə edir. Dəniz okeanın 
bir hissəsidir, o, təbii sərhədlərə malikdir. Körfəzlər  və buxtalar dəniz limanları 
üçün əlverişlidir. 
 
Öyrəndiklərinizi yoxlayın 
1. Karib dənizi – Atlantik, Şərqi Çin – Sakit, Barens – Şimal Buzlu, Ərəbistan –
Hind. 
2. Sakit okean – Tayvan; Atlantik – Böyük Britaniya,  Kuba; Şimal Buzlu – 
İslandiya,  Baffin Torpağı, Yeni Torpaq – Hind – Şri-Lanka, Madaqaskar  
Dərsdən sonra 
1– Skandinaviya; 4 – Pireney; 2 – Abşeron; 3 – Kiçik Asiya. 
 
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  Xəritə üzərində göstərmə 
  Müəyyənetmə 
  Kontur xəritədə qeydetmə 
Zəif Orta 
Yüksək 
“Dəniz”, “körfəz”, “boğaz”, 
“ada”, “yarımada” anlayışları-
nı şərh etməkdə çətinlik çəkir. 
“Dəniz”, “körfəz”, “boğaz”, 
“ada”, “yarımada” anlayış-
larının bir qismini şərh edir. 
“Dəniz”, “körfəz”, “boğaz”, 
“ada”, “yarımada” anlayışla-
rını düzgün şərh edir. 
Coğrafi obyektləri sadala-
maqda və xəritə üzərində 
göstərməkdə çətinlik çəkir.  
Coğrafi obyektlərin bir 
qismini sadalayır və xəritə 
üzərində köməkliklə göstərir. 
Coğrafi obyektləri düzgün  
sadalayır və xəritə üzərində 
dəqiq göstərir. 
Dəniz, körfəz və yarımadala-
rın hansı okean hövzələrinə 
aid olduqlarını çətinliklə 
müəyyən edir. 
Dəniz, körfəz və yarımadala-
rın hansı okean hövzələrinə 
aid olduqlarını əsasən 
müəyyən edir. 
Dəniz, körfəz və yarımada-
ların hansı okean hövzələrinə 
aid olduqlarını düzgün 
müəyyən edir. 
Kontur xəritədə coğrafi ob-
yektləri çətinliklə qeyd edir. 
Kontur xəritədə coğrafi ob-
yektləri əsasən qeyd edir. 
Kontur xəritədə coğrafi 
obyektləri dəqiq qeyd edir. 
 
№ 
Sakit Atlantik 
Hind 
Şimal 
Buzlu 
1 Dəniz Berinq, 
Yapon, 
Şərqi Çin 
Aralıq, Qara, Baltik 
Qırmızı Barens 
2 Körfəz  
Biskay, 
Qvineya, 
Meksika 
Benqal 
 
 
3  Ada 
Yapon  adaları, 
Yeni Zelandiya, 
Zond adaları 
Böyük Britaniya, 
Kuba 
Madaqaskar, 
Şri-Lanka 
 
4 Yarımada  
Skandinaviya, 
Pireney, 
Kiçik Asiya , Balkan, 
Apennin 
Hindistan, 
Ərəbistan 
 


 
104
Dərs 31 / Mövzu:
 TƏBİƏTDƏ SU DÖVRANI 
 
Şagirdlər aşağı siniflərdən mövzuya aid geniş məlumat almışlar. Dərsdə hidrosferin 
hissələrini Yerin vahid su təbəqəsinin tərkibi kimi izah etmək lazımdır.  
 Motivasiyanı dərslikdə təklif olunan suallar əsasında keçirmək olar. Sadalanan 
coğrafi obyektləri xəritədə göstərmək məqsədəuyğundur.  
 Şagirdlər suyun dövranı prosesini şəkil üzrə  şərh edərkən onlara suyun üç 
aqreqat halda olduğunu xatırlatmaq məqsədəuyğundur.  Şagirdlərin suyun böyük 
dövranının sxemini dəftərdə çəkmələri faydalı olardı.  
 “Hidrosfer” anlayışının formalaşması zaman onun tərkibini göstərən sxemi 
tərtib etmək çox əhəmiyyətlidir. Sxemi lövhədə və dəftərdə  doldurmaq olar.  
 
 
 
Mövzunun  əsas məzmununun mənimsənilməsi üçün İNSERT üsulundan istifadə 
etmək mümkündür.  
Mövzunun aktuallığını nəzərə alıb dərsi daha maraqlı və canlı etmək mümkündür. 
Mövzuda hidrosferin insan həyatında rolu açıqlanır. Dərsdə planet sularının 
çirklənmə problemini və onların mühafizəsi barədə müzakirə  təşkil etmək xüsusi 
əhəmiyyət daşıyır.   
   Öyrəndiklərini tətbiq etmək üçün şagirdlər dərslikdə verilmiş tapşırığı yerinə 
yetirə bilərlər. 
 
Alt 
 STANDART
 
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir. 
2.1.6.  Təbiətdə suyun dövranının sxemini tərtib edir. 
 
 
Dərsin 
MƏQSƏDİ
 
  suyun dövranının ayrı-ayrı hissələrinin əlaqəsini, suyun dövranı 
zamanı baş verən prosesləri izah edir; 
  suyun dövranı sxemini tərtib edir.  
 
Hidrosferin hissələri 
Dünya okeanı – duzlu su 
hidrosfer həcminin 96 %-
dən çoxunu təşkil edir
.  
Quru suları – şirin su 
hidrosfer həcminin 3%-ni 
təşkil edir. 
 
Atmosferdə su buxarı 
1%-dən azdır
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə