113
Dərs 35 / Mövzu:
CANLI ALƏM TƏBƏQƏSİ
Təqdim olunan tədris vahidi Yerin üzvi aləminə həsr olunub. Şagirdlər onları əhatə
edən aləm barəsində ümumi təsəvvürlərə malikdirlər. Bu təsəvvürlər onların şəxsi
təcrübələri və “Həyat bilgisi” fənnindən qazanılan biliklər əsasında qurulub.
Dərsin motivasiyasını dərslikdə verilmiş mətn və uyğun
sual üzərində qurmaq
olar. Müzakirəni stimullaşdırmaq üçün şagirdlərin yaş səviyyəsini nəzərə alaraq
təbiətdə baş verən qeyri-adi hadisələr barədə söhbət aparmaq olar. Motivasiya
üçün onlara uçan naməlum obyektlər haqqında danışmaq və onların şəkillərini nü-
mayiş etdirmək məqsədəuyğundur. Bu aparatların başqa planetlər tərəfindən Yerə
göndərilməsi barədə şagirdlərin şəxsi mülahizələrini soruşmaq faydalı olardı. Bu
mövzuda şagirdlərin baxdıqları filmlər və oxuduqları kitablar barəsində də söhbət
aparmaq məqsədəuyğun olardı. Müəllim müzakirənin
nəticəsini bu istiqamətə
yönəltməlidir ki, insanlar müntəzəm olaraq kosmosa uçur, bəzi yaxın planetlərə
uçan aparatlar göndərilir, amma başqa planetlərdə həyatın mövcudluğunu sübut
edən dəlillər tapa bilmirlər.
Şagirdlərə dərslikdə təqdim olunmuş şəklə diqqətlə baxıb onu müzakirə etmək
tapşırıla bilər. İnsanın yaranmasına qədər Yer üzündə nələrin
baş verdiyi barədə
şagirdlərin fərziyyələrini soruşmaq səmərəli olardı. Müzakirə zamanı şagirdlərin
diqqətini canlı və cansız təbiətin qarşılıqlı əlaqələrinə yönəltmək olar. Üzvi mənşəli
çökmə süxurların, oksigenin əmələ gəlməsi, bitkilərin əhəmiyyəti haqqında sual-
ların cavablandırılması məqsədəuyğun olardı. Müzakirə nəticəsində şagirdlər bəzi
nəticələr əldə edə bilərlər; məsələn, canlı aləm olmasaydı, daş kömür, tabaşir
olmazdı; atmosferin tərkibi də başqa cür olardı. İnsan
biosferin tərkib hissəsi ol-
duğu üçün, onsuz Yer kürəsində şəhər və kəndlər də olmazdı.
Dərsin izahını “Balıqların, ağacların, quşların, insanların yaşaması üçün ən
vacib olan amillər hansılardır?” sual ilə başlamaq olar. Alınan cavablar (
su, torpaq,
hava) canlı orqanizmlərin onları əhatə edən mühitsiz mövcud ola bilmədikləri
nəticəsinə gəlməyə imkan verir. Buna görə də biosferə başqa təbəqələr də daxildir.
Alt
STANDARTLAR
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.
Dərsin
MƏQSƏDİ
“biosfer” anlayışını izah edir;
təbii kompleksinin komponentlərini sadalayır;
insan və biosfer əlaqələrini nümunələr göstərməklə şərh edir.
114
Dərslikdə verilmiş rəsmin təhlili və biosferin sərhədlərinin müəyyən edilməsi
məqsədəuyğundur. Şagirdlərin “biosfer” anlayışını nə dərəcədə mənimsədiklərini
təyin etmək üçün onlara “biosferin sərhədləri niyə məhz bu hündürlükdən və
dərinlikdən keçir?” sualı ilə müraciət etmək olar.
İnsanla biosferin əlaqələrini təhlil etmək tövsiyə olunur. Şagirdlərin diqqətini insanın
biosferin bir hissəsi olmasına yönəltmək lazımdır. İnsanın biosferə və biosferin in-
sana müsbət və mənfi təsirlərini əks etdirən cədvəlin qurulması məqsədəuyğundur.
BİOSFER İNSAN
“Təbii kompleks” anlayışı da əlaqələrin başa düşülməsinə əsaslanır. Şagirdlərə hər
hansı bir parkın təsvirini çəkmək tapşırıla bilər. Rəsmi dəftərdə çəkmək olar.
Dərslikdə təqdim olunan rəsmlər üzərində işi şagirdlər
cütlüklərlə yerinə yetirə bi-
lər. Onlara rəsmlərin oxşar və fərqli cəhətlərini təyin etmək tapşırıla bilər. İşin nəti-
cəsində şagirdlər kompleksin bir-birilə əlaqəli komponentlərini müəyyən etməlidir.
Şagirdlərə savanna, çöl, tundra üçün səciyyəvi olan sözləri cədvələ yazmaq
tapşırıla bilər. Çətinlik çəkəcəkləri halda uyğun suallarla istiqamətləndirməklə kö-
mək etmək tövsiyə olunur, məsələn: hansı bitkilər üstünlük təşkil edir: otlar, yoxsa
ağaclar; bitki örtüyü sıxdır, yoxsa seyrəkdir; bataqlıqlar varmı?
Savanna
Çöl Tundra
....
Öyrəndiklərinizi tətbiq edin
Təbii komponent
Təbii kompleks
Torpaq +
Meşə
+
Savanna
+
Meşələrin qırılması
Bitkilərin, heyvanların məhv edilməsi
Təbii komplekslərin dəyişilməsi (şəhərlərin
salınması, yolların çəkilməsi və s.)
Mühafizə olunan ərazilərin yaradılması
Meşəsalma
Təbiəti mühafizə qanunlarının qəbul edilməsi
Oksigen
Qida məhsulları
Tikinti materialları
Yanacaq
İstehsal üçün xammal (parça, geyim, kağız
istehsalı)
Dərman hazırlamaq
üçün xammal
Xəstəliklər
Zəhərli bitkilər
Vəhşi heyvanlar
115
Ağac +
Hava +
Süxur +
Nə öyrəndiniz
Canlı aləm Yerin
biosfer qatını yaradır. Bitki və canlı
aləm ətrafındakı mühitlə
təbii kompleks yaradır. Onun
tərkibinə daxil olan relyef, iqlim, sular
komponent
adlanır.
Öyrəndiklərinizi yoxlayın.
1. İqlim+relyef+üzvi aləm+sular =
təbii kompleks
2. TK-nın şəkildə görünən komponentləri: relyef, bitki, heyvanat aləmi, torpaq.
TK-nın şəkildə görünməyən komponentləri: iqlim (hava), su
Qiymətləndirmə meyarları:
İzahetmə
Sadalama
Şərhetmə
Zəif Orta
Yüksək
“Biosfer” anlayışını izah
etməkdə çətinlik çəkir.
“Biosfer” anlayışını müəlli-
min köməyi ilə izah edir.
“Biosfer” anlayışını düzgün
izah edir.
Təbii kompleksin kompo-
nentlərini sadalamaqda çə-
tinlik çəkir.
Təbii kompleksin komponent-
lərinin bir hissəsini sadalayır.
Təbii kompleksin komponent-
lərini düzgün sadalayır.
İnsan və biosfer əlaqələrinə
nümunələr göstərməklə şərh
etməkdə çətinlik çəkir.
İnsan və biosfer əlaqələrinə
nümunələr göstərir, amma
müəllimin köməyi ilə şərh
edir.
İnsan və biosfer əlaqələrini
nümunələr göstərməklə ətraflı
şərh edir.
Dərs 36 / Mövzu:
MEŞƏLƏR
Alt
STANDARTLAR
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.
2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir.
Dərsin
MƏQSƏDİ
meşələrin Yer üzərində həyatın mövcud olması üçün əhəmiyyətini
izah edir;
meşələrin xarici görünüşünü təsvir edir;
ekvatorial, enliyarpaqlı və iynəyarpaqlı meşələri müqayisə edir;
xəritədə meşələrin yayılma ərazilərini
müəyyən edir;
meşələrin timsalında TK komponentləri arasında əlaqələri izah
edir;
topladığı müxtəlif kolleksiyaları qruplaşdıraraq təqdim edir.