ßËÈ ÙßÑßÍÎÂ
988
Dünyanın 155 ölkəsinin dəstəyini qazanmaq, bizim müstəqil
siyasətimizə, müstəqil dövlətimizə böyük inam və etimadın
gəstəricisidir. Azərbaycan öz müstəqil yolu ilə gedir.
Ölkə başçısı bildirmişdir ki, Azərbaycana qarşı informa-
siya təxribatları, əfsuslar olsun təkcə bu faktlarla məhdudlaş-
mır. Elə qüvvələr vardır ki, bölgədə vəziyyəti qarışdırmaq,
Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Bu işdə
də informasiya təxribatlarından istifadə edilir. Biz bütün qon-
şularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı
dostluq münasibətləri yaratmışıq. Azərbaycan heç vaxt başqa
ölkələrin qarşıdurma planlarında iştirak etmir və etməyəcəkdir.
Mən bunu hələ prezidentlik dövrümün əvvəlində də demişəm.
Azərbaycan qarşıdurma arenasına çevrilməyəcəkdir. Biz heç
vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı isti-
fadə edilsin. Belə olan halda yenə gəlir informasiya təxribatı
məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarında bu
istiqamətdə çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir
altında olan digər mətbu orqanlar yayır. Beləliklə, olmayan ha-
disələr, proseslər haqqında yalan rəy formalaşdırmağa çalış-
ırlar.
511
Mütəxəssislərin fikrinə görə, Ermənistanın hərbi Doktri-
nası, milli təhlükəsizlik Strategiyası və digər rəsmi sənədlə-
rində milli təhlükəsizik, o cümlədən informasiya təhlükəsizliyi
siyasəti ilə bağlı məsələlər Ermənistan və qondarma “Dağlıq
Qarabağ Respublikası”nın maraqları kontekstində izah edilir.
Bu sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın
milli maraqları çərçivəsində həll edilməsi Ermənistanın milli
təhlükəsizliyinin əsas vəzifəsi kimi göstərilir. Buna görə də
Azərbaycanın informasiya təhlükəsizliyi Konsepsiyasında
511
Bax : “Azərbaycan” qəzeti, 17 aprel 2012-ci il.
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
989
Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti ilə bağlı beynəl-
xalq ictimai rəyin formalaşdırılması və ermənilərin saxta id-
dialarının ifşası, anti-Azərbaycan təbliğatının neytrallaşdırıl-
ması istiqamətində effektiv siyasətin məqsəd və vəzifələri
düzgün müəyyənləşdirilməlidir.
Müasir dövrdə hər bir ölkədə olduğu kimi, Azərbaycanın
da informasiya təhlükəsizliyində ölkənin hava-kosmik və peyk
informasiya vasitələrinə kənar müdaxilələrin, yerli ictimai rəyi
idarə etməyə yönələn pozucu təbliğat kompaniyalarının qarşı-
sının alınması mühüm yer tutur. Mütəxəssislərin fikrinə görə,
hazırda Azərbaycanın milli informasiya təhlükəsizliyi sistemi-
nin yaradılması bu istiqamətdə qarşıda dayanan əsas vəzifələr-
dən biridir. Xüsusən virtual məkanda ölkənin tarixi, mədəniy-
yəti, iqtisadi və siyasi sistemi, mövcud vəziyyəti və milli təhlü-
kəsizliyi sahəsindəki problemləri, ərazilərinin Ermənistan tərə-
findən işğala məruz qalmasını, Dağlıq Qarabağ həqiqətlərini və
s. dünya ictimaiyyətinə çatdıran çoxsaylı yerli və xarici məlu-
mat mənbələrinin, veb-saytların və digər elektron informasiya
vasitələrinin izlənilməsi, öyrənilməsi və idarə edilməsi günün
ən aktual və həllini gözləyən məsələsi hesab edilir. Nəzərə
alınsa ki, Ermənistan hökuməti özünün bütün daxili potensia-
lını, o cümlədən dünya erməni diasporunun maddi və ideoloji
resurslarını, intellektual vasitələrini məqsədəyönlü şəkildə anti-
Azərbaycan təbliğatına yönəldib, o zaman qlobal və virtual in-
formasiya məkanında ölkənin ideoloji və informasiya təhlükə-
sizliyi sahəsindəki mübarizəsinin əhəmiyyətini anlamaq çətin
olmaz.
Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinin əsas
vəzifələrindən biri həm özünün, həm də tərəfdaş region döv-
lətlərinin, transmilli informasiya vasitələrinin imkanlarından
maksimum bəhrələnərək, beynəlxalq ictimaiyyətə çıxış kanal-
ßËÈ ÙßÑßÍÎÂ
990
ları və təsir mexanizmləri yaratmaqdan ibarətdir. Mütəxəssis-
lərin fikrinə görə, hazırda ABŞ və digər böyük dövlətlərin
mövcud informasiya-kommunikasiya texnologiyaları onlara
bütün dünya ərazilərinə geosiyasi, hərbi-strateji və informasiya
nəzarəti etmək imkanı verir. Yaxud transmilli peyk, kompüter
və informasiya texnologiyaları, mobil telefon şəbəkələri həm
beynəlxalq ictimaiyyətin, həm də bilavasitə dövlətlərin əhali-
sinin lazımi istiqamətə yönəldilməsi və idarə edilməsinin həll-
edici amilinə çevrilmişdir. Əlbəttə, Azərbaycan tipli dövlətlər
dünya informasiya məkanında lazım olan səviyyədə iştirak et-
mək imkanlarına malik deyildir. Lakin hər bir müstəqil dövlət
kimi, Azərbaycanın da milli informasiya siyasətinin formalaş-
dırılması, ölkənin informasiya məkanının kənar qüvvələrin tə-
sirindən və müdaxiləsindən maksimum qorunması, milli infor-
masiya maraqlarının təmin edilməsi, dünyanın qlobal və virtual
informasiya məkanına müxtəlif yollar tapılması, dünya ictimai
rəyinə təsir imkanları yaradılması günün vacib vəzifələri sıra-
sına daxildir. Azərbaycanın informasiya təhlükəsizliyinin tə-
min edilməsi, rəsmi dairələrin və mütəxəssislərin fikrinə görə,
bütün ölkə səviyyəsində, vahid konsepsiya və fəaliyyət proq-
ramı əsasında həyata keçirilməli, dövlətin daxili və xarici
informasiya siyasəti, təbliğat və ideoloji işi sistemli formada və
bir mərkəzdən idarə edilməlidir.
İnformasiya təhlükəsizliyinin təmin olunmasında hazırda
dünyanın böyük dövlətləri kosmik-peyk informasiya və nəzarət
mexanizmlərindən geniş istifadə edir, onların vasitəsi ilə dünya
ölkələrinə, o cümlədən geosiyasi əhəmiyyət kəsb edən “açar”
ərazilərə nəzarətin bütün metod və vasitələrini tətbiq etməyə
çalışırlar. Əlbəttə, Azərbaycan o dövlətlərdən deyil ki, dünya
ölkələrinin ərazilərinə və strateji hədəflərə kosmik nəzarət
Dostları ilə paylaş: |