ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
973
Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçiləri-
nin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında”
2010-cu il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşa-
yış binasının tikilməsi məqsədi ilə xüsusi vəsait ayrılmışdır.
2013-cü il iyulun 22-də jurnalistlər üçün tikilmiş binanın açılış
mərasimi keçirilmiş və 156 KİV əməkdaşına yeni mənzillər
paylanmışdır. Elə həmin gün Azərbaycan Prezidentinin “Azər-
baycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilmə-
sinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamış və jur-
nalistlər üçün yeni- 240 mənzilli binanın tikintisinə vəsait
ayirmışdır.
Bu gün Azərbaycanda dünya standartlarına uyğun azad,
plüralist media formalaşmışdır. Dövlət KİV-lərin müstəqil və
hərtərəfli inkişafı üçün zəruri şərait yaratmışdır. Azərbaycan
dövləti hesab edir ki, kütləvi informasiya vasitələri vətəndaş
cəmiyyətinin dinamik inkişafına mühüm təsirə malik güclü
vasitədir. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə,
Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri ara-
sında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-ə
yaxın KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya
qeydiyyatdan keçmişdir. Təsis edilən KİV-lər müxtəlif siyasi,
ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə
məxsusdur. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik
və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-
siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini
işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda
20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən
hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgə-
lərdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.
1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və
radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası
ßËÈ ÙßÑßÍÎÂ
974
genişlənmişdir. Hazırda Azərbaycanda 10 ümumrespublika, 1
peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət
göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının baza-
sında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə həmin il ikinci dövlət
kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şir-
kəti təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziya-
nın maddi-texniki təminatı və real olaraq fəaliyyətə başlaması
üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarına əsasən
ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-
cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçidin başa
çatacağı gözlənilir.
Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyat-
dan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının in-
kişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndiril-
məsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informa-
siya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə
KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələ-
lərlə aktiv məşğul olur. Ölkədə müstəqilik illərində mətbuat
yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı
artmışdır. Hazırda 23 mətbuat yayımı firması paytaxt və
bölgələrdə geniş fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda söz və informa-
siya azadlığının təmin olunması, müstəqil KİV-lərin inkişafı və
beynəlxalq rəqabətədavamlılığının artırılması, medianın maddi
texniki bazasının gücləndirilməsi, ölkə jurnalistlərinin peşəkar-
lığının artırılması və s. sahələrdə həyata keçirilən dövlət siya-
səti tezliklə öz müsbət nəticələrini göstərmişdir. Belə ki, 2009-
cu ildən bəri jurnalistlərin insanları böhtan və təhqir etmə mad-
dəsi ilə və ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbsə alın-
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
975
ması faktı qeydə alınmamışdır. Hazırkı şərait Azərbaycanda
“difamasiya haqqında” yeni qanun layihəsinin müzakirəyə çı-
xarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha
da asanlaşdırılması və təhlükəsizliyinin dolğun təmin olunma-
sını gündəmə gətirmişdir. Ölkə rəsmiləri və mətbuat ictimaiy-
yəti hazırda inkişaf etmiş demokratik dövlətlərin bu sahədəki
təcrübəsini öyrənərək, Azərbaycanda tətbiqi üzərində birgə
fəaliyyət göstərir.
Yeni minilliyin başlanğıcından dünyanın müxtəlif ölkələ-
rində, xüsusən də inkişaf etmiş dövlətlərdə İKT-nin inkişafı,
qabaqcıl inkişaf texnologiyaları və innovativ iqtisadi münasi-
bətlərə əsaslanan informasiya cəmiyyətinin yaradılması istiqa-
mətində transmilli fəaliyyət bir qədər də güclənmişdir. Bu
fəaliyyət yeni minilliyin əsas inkişaf tələbləri və çağırışları
kimi BMT-nin müvafiq Sammitinin qərarlarında da öz əksini
tapmışdır. Son on ildə Azərbaycanda da ölkənin sabit və dina-
mik inkişafı, cəmiyyətin sosial-iqtisadi problemlərinin həlli,
söz və mətbuat azadlığının təmin edilməsi, milli KİV-in
maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq rəqabə-
tədavamlılığının artırılması məqsədi ilə İKT və rabirə sekto-
runun inkişafına mühüm əhəmiyyət verilir. İKT-nin inkişafı
siyasəti hazırda Azərbaycan dövlətinin fəalyyətində mühüm
yer tutur. Cəmi bir neçə ildə bu sahə üzrə həm milli qanun-
vericilik, həm də praktiki fəaliyyət xeyli gücləndirilmiş və
ciddi nəticələr əldə edilmişdir. Ölkə üzrə informasiya cəmiy-
yətinin, yeni texnoloji və innovativ biliklərə əsaslanan iqtisa-
diyyatın formalaşdırılması dövlət tərəfindən dəstəklənir. Res-
publikada informasiya təhlükəsizliyinin təmin olunması və
informasiya texnologiyalarının inkişafı ilə bağlı milli qanun-
vericilik bazası xeyli təkmilləşdirilmişdir. “Kütləvi informa-
siya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma
Dostları ilə paylaş: |