ßËÈ ÙßÑßÍÎÂ
976
və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı
haqqında”, “Elektron sənəd və elektron imza haqqında”, “İn-
formasiya əldə etmək haqqında”, ”Telekommunikasiya haq-
qında”, “Dövlət sirri haqqında” və s. qanunların qəbul edilməsi
bunun əyani sübutudur.
498
Bunlardan əlavə, Azərbaycan Prezidenti tərəfindən
“Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003 – 2012-ci illər)”,
“Azərbaycan Respublikasında rabitə və informasiya texnolo-
giyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proq-
ramı”, “Azərbaycan Respublikasında kosmik sənayenin yara-
dılması və inkişafı üzrə Dövlət Proqramı” və s. mühüm sə-
nədlər də təsdiq olunmuşdur. Strategiya çərçivəsində “Elektron
Azərbaycan - 2005-2008-ci illər” və “Elektron Azərbaycan -
2010-2012-ci illər” dövlət proqramları qəbul olunmuş və icra
edilmişdir.
499
Son llərdə Azərbaycanda İKT-nin sürətli inkişafı ölkə
çərçivəsində internetin imkanlarının genişlənməsinə şərait ya-
ratmış və müasir internet şəbəkəsi formalaşmışdır. İKT-nin
inkişafı yönündə aparılan məqsədyönlü dövlət siyasətinin
nəticəsidir ki, 2008-ci ildə Davosda keçirilən Ümumdünya
İqtisadi Forumunun hesabatında Azərbaycan İKT sahəsindəki
inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yeri
tutmuşdur. Ümumdünya İqtisadi Forumunun hesabatına görə,
hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70%-ni
təşkil edir. Mili internet provayderinin sayı 40-a çatmışdır. Son
illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə
yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2
498
Cm:http://e-qanun.az
499
Yenə orada
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
977
dəfə yüksəkdir. 5 ildə internet trafikinin giriş-çıxış həcmi 40
dəfə yüksəlmiş və hazırda 200 GB-dən çoxdur. İnternet
xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə
uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı
12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də nəzərə almaqla
Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək
üçün şərait yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan ölkədə
2 milyona yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon
Facebook istifadəçisi, vardır. “AZ” domenində qeydiyyatdan
keçmiş internet saytlarının sayı 20 minə çatmışdır. Ölkədə
300-ə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və
onların sayı durmadan artır.
2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haq-
qında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
500
imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət
istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmət-
lər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi
əsasında təşkilinin təmin edilməsi məqsədi ilə "www.e-gov.az"
vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabine-
tinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının
göstərdiyi elektron xidmətlərin növləri hazırda 417-yə çatdı-
rılmışdır. Bununla yanaşı dövlət orqanları əhaliyə 300-ə yaxın
elektron xidməti göstərir.
Azərbaycanda İKT sahəsi son illərdə sürətlə inkişaf edir.
Bu illər ərzində İKT-yə ümumi investisiya qoyuluşunun həcmi
təxminən 3 milyard ABŞ dolları təşkil etmişdir. Ölkə ərazi-
sində uzunluğu 1161 kilometr olan Trans-Asiya-Avropa (TAE)
fiber-optik kabel magistralı çəkilmişdir. Bu şəbəkə daxili ehti-
500
Yenə orada
ßËÈ ÙßÑßÍÎÂ
978
yatlar hesabına daha da genişləndirilmiş, ölkənin digər bölgə-
ləri magistral xəttə qoşulmuş və şimal sərhədinə qədər optik
xəttin tikintisi təmin edilmişdir.
Azərbaycanda hazırda radio-televiziya proqramlarının
peykdən yayımını təmin edən (TV-UP-Link) peyk rabitə stan-
siyaları ilə yanaşı, xarici ölkələrlə rabitənin təşkili, məlumatla-
rın ötürülməsi və qəbulu, internet şəbəkələrinin və daxili kor-
porativ şəbəkələrin yaradılması məqsədi ilə müxtəlif peyk-
lər üzərindən peyk rabitə kanalları (daşıyıcılar) vasitəsi ilə bir
neçə peyklə işləyən yerüstü stansiyalar qurulub istifadə edilir.
Əhaliyə, o cümlədən ölkə xaricində yaşayan azərbaycanlılara
informasiya çatdırmaq üçün İKT-nin imkanlarından geniş isti-
fadə olunur. AzTV, İTV və digər milli televiziya kanalları, te-
leviziya və radio proqramları AZƏRSPACE-1 ilə yanaşı, iki
digər peyk üzərindən də Asiya, Avropa və bütün dünya
ölkələrinə yayımlanır.
Müasir informasiya cəmiyyətinin yaradılmasına, söz və
məlumat azadlığının təminatına, İKT-nin inkişafı və milli in-
formasiya təhlükəsizliyi sahəsində görülən ciddi işlərə baxma-
yaraq, Azərbaycan bir çox göstəricilərə görə hələ də ümum-
dünya səviyyəsindən geri qalır. Odur ki, ölkədə informasiya
cəmiyyətinin inkişafı, rabitə və informasiya texnologiyala-
rının, eyni zamanda “İKT-nin inkişafı üzrə Milli Strategi-
ya”nın qarşısında dayanan vəzifələrin tam yerinə yetirilməsi
hazırda həyata keçirilən dövlət siyasətinin mühüm vəzifə-
lərindən biri hesab olunur. Bu məqsədlə 2 aprel 2014-cü
ildə “Azərbaycan Respublikasında informasiya cəmiyyəti-
nin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategi-
ya” nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin Sərən-
camı imzalanmış və ölkədə sayca ikinci milli fəaliyyət
Dostları ilə paylaş: |