ßËÈ ÙßÑßÍÎÂ
982
Azərbaycanın informasiya təhlükəsizliyi sahəsindəki əsas
təhdidlər “Milli təhlükəsizlik haqqında” Qanunda aşağıdakı
kimi təsnif olunur:
informasiya texnologiyaları sahəsində geriləmə və
dünya informasiya məkanına daxil olmağa maneələrin
mövcudluğu;
informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;
digər ölkələr tərəfindən Azərbaycana informasiya
təcavüzü, beynəlxalq aləmdə ölkə həqiqətlərinin təhrif
edilməsi;
informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər və
s. daxil edilmişdir.
506
Göründüyü kimi, Milli Təhlükəsizlik Konsepsiyası və
Milli Təhlükəsizlik haqqında Qanunda informasiya təhlükəsiz-
liyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi
milli təhlükəsizliyi fonunda təsnif olunur. İnformasiya təhükə-
sizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarak-
ter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli,
elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret in-
formasiya təhlükəsizliyi tələblərinə toxunmur. İnkişaf etmiş
dünya ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycanda da bu
sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının
yaradılmasına ciddi ehtiyac vardır. Həmin Konsepsiyada milli
informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin hüquqi
əsasları müəyyənləşdirilməli, sistemli formada dövlətin infor-
masiya mühitinin təhlükəsizliyinə təhdidlər öyrənilməli, qrup-
laşdırılmalı və sistemləşdirilməli, təhdidlərin doğura biləcəyi
506
Bax: http://www.mns.gov.az/nslawcp1_az.htm
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
983
konkret nəticələr proqnozlaşdırılmalı və bu sahə üzrə dövlət
qurumlarının praktiki fəaliyyətin effektivliyi ciddi şəkildə
təmin edilməlidir. Ümumiyyətlə, mütəxəssislərin fikrinə görə,
hər bir ölkədə informasiya təhlükəsizliyinə təhdidlərin vaxtın-
da müəyyənləşdirilməsi və qarşısının alınması milli təhlükəsiz-
liyinin bütövlükdə təmin olunması baxımından mühüm əhə-
miyyət kəsb edir. İnformasiya təhlükəsizliyinə təhdidlərin vax-
tında müəyyənləşdirilməməsi siyasi, iqtisadi, müdafiə və digər
sahələrdə milli maraqlara ciddi zərbə vurulmasına, cəmiyyətin
xaos və qarşıdurmalara sürüklənməsinə, idarəetmə sisteminin
iflic olmasına və mənəvi-əxlaqi dəyərlərin aşınmasına gətirib
çıxara bilər.
Azərbaycanın informasiya təhlükəsizliyi mühitinin möv-
cud vəziyyətinin təhlili göstərir ki, şəxsiyyət, dövlət və cəmiy-
yətin həyati əhəmiyyətli bütün maraqlarının daha yüksək və
təkmil səviyyədə qorunması hazırda həm də ölkənin informa-
siya təhlükəsizliyi siyasətinin əsas məqsədi kimi çıxış etməli,
onun dinamik inkişaf səviyyəsinin tələblərinə cavab verməli,
milli informasiya resurslarının reyestri yenidən aparılmalı və
təkmilləşdirilməli, informasiya təhlükəsizliyinin meyarları və
metodları hərtərəfli işlənilməlidir. Mütəxəssislərin fikrinə görə,
müasir dünyada hər bir ölkənin informasiya təhlükəsizliyinin
təmin olunması ilk növbədə bu istiqamətdə yürüdülən dövlət
siyasətinin prioritet istiqamətlərinin dəqiq müəyyənləşdirilmə-
sindən, informasiya təhlükəsizliyi mühitinin dəqiq, obyektiv,
elmi baxımdan düzgün qiymətləndirilməsindən və bu sahədə
səmərəli fəaliyyətin təşkil olunmasından asılıdır. Bu baxımdan,
hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir
edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və
onların ayrıca olaraq İnformasiya Təhlükəsizliyi Konsepsiya-
sında öz əksini tapması vacibdir.
ßËÈ ÙßÑßÍÎÂ
984
Milli İnformasiya təhlükəsizliyi Konsepsiyasında həm də
beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-
iqtisadi həyatda baş verən proseslərin dövlətin informasiya
təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr öz əksini
tapmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər
Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş illik toplan-
tısında dünya ölkələrinin müasir informasiya-kommunikasiya
siyasətinin xarakterik xüsusiyyətlərini, planetimizdə günü-
gündən genişlənən internet resurslarının, transmilli mətbuat-in-
formasiya sistemlərinin beynəlxalq ictimai rəyin formalaşma-
sındakı mühüm rolunu, dünyada virtual informasiya əlaqələrin
bütün milli sərhədləri aşması tendensiyasını və s. məsələləri
nəzərə alaraq, müasir dövrdə hər bir ölkənin milli təhlükəsizli-
yinin əsas istiqamətlərindən biri kimi informasiya təhlükəsiz-
liyinin rolunu xüsusi qeyd etmiş, bu sahədə Azərbaycanda gö-
rülməsi vacib olan işlər haqqında danışmışdır. O qeyd etmişdir
ki, biz informasiya əsrində, internet və digər informasiya tex-
nologiyalarının inkişafı dövründə yaşayırıq. Azərbaycanda si-
yasi plüralizm hökm sürür, azad mətbuat, internet və informa-
siya orqanları fəaliyyət göstərir, əhalinin 50 faizindən çoxu
internetdən istifadə edir. İndi hər bir kəndə, hər bir yaşayış
məntəqəsinə genişzolaqlı internet şəbəkəsinin çəkilməsi plan-
laşdırılır. Lakin, təəssüf ki, qlobal informasiya məkanında in-
ternetdən, informasiya vasitələrindən, transmilli mətbuatdan
bəzən insanların informasiya ehtiyacını ödəməklə yanaşı, həm
də xüsusi təxribat vasitəsi kimi istifadə edirlər, ayrı-ayrı xalq-
lara, dövlətlərə və insanlara qarşı böhtan kompaniyası apa-
rırlar. Bu təxribatlar, məqsədyönlü kompaniyalar bəzi hallarda
açıq, bəzi hallarda gizli aparılır. Əlbəttə, belə şəraitdə ölkələrin
informasiya təhlükəsizliyi məsələləri çox aktuallaşır.
507
507
Bax: “Azərbaycan” qəzeti, 17 aprel 2012-ci il.
Dostları ilə paylaş: |