Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə32/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 99


neft və qaz resurslarının birgə  işlənməsi və  sərbəst yollarla 

dünya bazarlarına ixrac edilməsini hədəfləyən “Əsrin müqa-

viləsi”ni imzalamağa nail oldu. Bu müqavilə Azərbaycanın ye-

ni neft strategiyasının əsasında dayanaraq, bir tərəfdən, ölkənin 

milli inkişafı üçün lazımi maddi resursların  əldə edilməsi və 

istifadəsi yollarını müəyyənləşdirdi, digər tərəfdənsə onun bey-

nəlxalq aləm üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artı-

raraq, dünyaya inteqrasiyasını  şərtləndirdi. “Əsrin müqavilə-

si”ndən başlayaraq, Azərbaycan transmilli dünyanın və qlobal 

dünya iqtisadiyyatının bir hissəsinə çevrildi, ölkənin inkişaf 

etdirilməsi, bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırıl-

ması, sahibkarlığın və özəl sektorun yaranması, fəal sosial si-

yasətin yürüdülməsi üçün həm daxildə, həm də xaricdə  əlve-

rişli  şərait yarandı. Azərbaycan dövləti və  vətəndaşları, icti-

mai-siyasi və iqtisadi institutlar dünya ölkələrinin iqtisadi, ma-

liyyə  və texnoloji imkanlarından istifadə etmək imkanı qa-

zandılar. 

Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi 

dövlət, demokratik inkişaf və siyasi plüralizmə  əsaslanan cə-

miyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən 

həyata keçirilən tədbirlər, atılan  ən mühüm addımlar – milli 

qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, 

azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökumət struktur-

larının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən 

çoxsaylı  işlər, 1995-ci ildə demokratik normaları özündə  əks 

etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bər-

qərar olması, onun əsasında ilk parlament seçkilərinin keçiril-

məsi və demokratik parlamentin yaradılması, mətbuat və infor-

masiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin 

yığışdırılması  və senzuranın ləğvi və s. həm milli inkişafı sü-

rətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini 

formalaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş 

əməkdaşlığa ruhlandırdı. Bir neçə il ərzində hüquqi dövlət 



 

ßËÈ ÙßÑßÍΠ

 

100 


quruculuğu istiqamətdə reallaşdırılan məqsədyönlü siyasət öl-

kənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını 

kökündən dəyişdi, vətəndaş  cəmiyyəti institutlarının yaradıl-

ması  və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Av-

ropa standartlarına uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azər-

baycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tə-

rəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsi-

satlarına inteqrasiyası və s. ilə nəticələndi.  

Heydər  Əliyevin milli inkişaf siyasətində  ədalətli cəmiy-

yət və sosial yönümlü dövlət, ölkə  vətəndaşlarının sosial-

iqtisadi və mənəvi tələblərinin dolğun təminatı, sosial rifahının 

yaxşılaşdırılması, mövcud maddi resursların ölkə daxilində 

insan potensialının inkişafına yönəldilməsi prinsipi də mühüm 

yer tuturdu. Sosialyönümlülük, ümumiyyətlə, onun həyatı bo-

yu yürütdüyü siyasətdə daimi prinsip olmuş, rəhbərlik etdiyi 

dövlətin imkanları  əhalinin rifah halının yaxşılaşdırılmasına 

xidmət etmişdir. Bununla bağlı, Heydər Əliyev vurğulayırdı ki, 

“xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”.

27

 Məhz 

Heydər Əliyevin təməlini qoyduğu fəal sosial siyasətin nəticə-

sidir ki, 20 ildə ölkədə yoxsulluğun səviyyəsi dəfələrlə  aşağı 

salınmış, əhalinin pul gəlirləri və həyat səviyyəsi dayanmadan 

yüksəlmiş, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır. 

Heydər  Əliyevin milli inkişaf siyasəti Azərbaycanın Cə-

nubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı 

regional və beynəlxalq addımlarını, mövqelərini, onun dünya 

birliyinə inteqrasiyasının prinsipial xəttini,  əsas məqamlarını 

dəqiq müəyyən etmişdir. Onun beynəlxalq və regional xarici 

siyasət kursu Azərbaycanın geosiyasi maraqlarına müvafiq 

olaraq, həm region ölkələri ilə, həm də dünya dövlətləri ilə 

münasibətlərin praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş  və 

                                                 

27

 Bax:  Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir. Elektron külliyyat // 



http://heydaraliyev.preslib.az 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 101


balanslı siyasi strategiyasını formalaşdırmışdır. Xüsusən, Azər-

baycanın malik olduğu enerji resurslarının, Qərblə Şərqi birləş-

dirən nəqliyyat-kommunikasiya imkanlarının və digər geosi-

yasi əhəmiyyətli üstünlüklərinin istifadəsində Heydər Əliyevin 

yürütdüyü prinsipial kurs, tətbiq etdiyi optimal yanaşma dünya 

dövlətləri içərisində Azərbaycanın güclü milli və regional fak-

tora çevrilməsini, beynəlxalq aləmlə  uğurlu inteqrasiyasını  və 

əksər geosiyasi aktorlarla qarşılıqlı-faydalı əməkdaşlığını şərt-

ləndirmişdir. Heydər  Əliyev tərəfindən düzgün təməli qoyul-

muş xarici siyasət kursu 2011-ci ol oktyabrın 24-də Azərbay-

cana dünyanın 150-dən çox ölkəsinin dəstəyini qazandırmış və 

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmə-

sinə  şərait yaratmışdır. Bu addım, həm də keçən müddətdə 

Heydər  Əliyevin uzaqgörən siyasətinin ağıllı, səriştəli və 

dönmədən həyata keçirilməsinin nəticəsi idi. 

Göründüyü kimi, Azərbaycan Prezidenti kimi Heydər 

Əliyevin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, 

iqtisadi, siyasi və sosial-mənəvi sahədə reallaşdırdığı kurs və 

praktiki tədbirlər milli inkişaf siyasətinin formalaşması  və 

həyata keçirilməsinin ikinci mərhələsində ölkədə bir ictimai-

siyasi sistemdən digərinə keçidin, yeni demokratik cəmiyyətin 

və ictimai həyat normalarının əsaslarını yaratmışdır. Bu siyasət 

bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən 

azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya 

güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qal-

mış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli ma-

raqlarını  və  təhlükəsizliyini qorumağa çalışan gənc Azərbay-

can dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir. 

Heydər Əliyevin milli inkişaf siyasəti həm də uzun illər öz 

dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, 

milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının 

özünəqayıdış  və özünütəsdiqində mühüm, səfərbəredici funk-

siya yerinə yetirmiş, dövlət strukturlarının rəsmi və praktiki 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə