Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə35/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

108 


siyasi məsələləri bütün keçid dövrü üçün Azərbaycanın  əsas 

inkişaf strategiyası olmuş, 2003-2011-ci illərdə dövrün, zama-

nın və respublikanın müasir inkişafının yeni tələbləri də əlavə 

olunaraq, Prezident İlham Əliyev tərəfindən dönmədən həyata 

keçirilmişdir. 

Hazırda Azərbaycan Respublikası bir çox sahələrdə, xüsu-

sən, iqtisadi sferada keçid dövrünü başa vurmuşdur. Respubli-

kanın sonrakı onilliyini hədəfə alan yeni inkişaf konsepsiya-

sının yaradılmasına ciddi ehtiyac yaranmışdır. Heç kimdə şüb-

hə yoxdur ki, yeni inkişaf konsepsiyası da Azərbaycanın milli 

inkişafının Heydər  Əliyev tərəfindən müəyyən olunmuş  əsas 

təməl prinsiplərini mütləq  şəkildə  nəzərə alacaq və davam 

etdirəcəkdir. 

Mütəxəssislər hesab edir ki, Heydər Əliyev dühasının föv-

qəladəliyi həm də onda idi ki, o, təkcə öz dövrünün nəbzini 

tutmaqla məhdudlaşmadı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi 

inkişafının birinci fazasından uğurla çıxarmaq missiyasını başa 

vurdu və bununla kifayətlənməyərək, vaxtında ikinci fazanın 

təməl daşını qoydu, bu mərhələdə ölkəyə rəhbərlik edə biləcək 

yeni siyasi güc mərkəzini yaratdı... Bəzi qonşu ölkələrdən fərq-

li olaraq Azərbaycan yeni iqtisadi sistemin üstqurumu kimi or-

taya çıxan siyasi dünyagörüşü və yeni siyasi lideri müxalifətdə 

deyil, iqtidar partiyasının içərisində yetişdirdi. Bu gün Azər-

baycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursu-

nu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələb-

lərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirir. 

Hazırda respublika öz inkişafının keçid dövrünü başa vu-

raraq, sosial-iqtisadi, mənəvi və s. sahədə yeni mərhələyə qə-

dəm qoymaqdadır. Keçən illərdə Azərbaycan bütün sahələr 

üzrə Heydər  Əliyevin milli inkişaf siyasətini uğurla həyata 

keçirərək, nəzərə çarpacaq nailiyyətlər qazanmışdır.  İctimai-

siyasi həyatın demokratikləşməsi, vətəndaş  cəmiyyəti quru-

culuğunun, siyasi plüralizmin getdikcə  dərinləşməsi, iqtisadi 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 109


həyatın liberallaşması, sahibkarlıq institutlarının yaradılması 

və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin 

bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdi-

rilməsi və s. göstəricilər Azərbaycanın gələcək inkişafı üçün 

geniş imkanlar açmışdır. Müşahidə olunan dayanıqlı inkişaf 

həm də hakimiyyət qarşısında yeni, uzunmüddətli Milli İnkişaf 

Konsepsiyasının yaradılması  və  həyata keçirilməsi vəzifəsini 

irəli sürmüşdür. 

Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatının 

bütün sahələrində əldə etdiyi uğurlar Prezident İlham Əliyevə 

qarşıdakı dövrdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və 

mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinin təməlini 

qoymaq və milli inkişafın növbəti on ilinin vəzifələrini müəy-

yənləşdirmək imkanı yaratmışdır. Azərbaycan dövləti bütün 

sahələrdə nail olunan müvəffəqiyyətlərlə kifayətlənməyərək, 

Qərbin inkişaf etmiş ölkələrinin standartları  səviyyəsinə yük-

səlməyi və müasir bir ölkəyə çevrilməyi hədəfə almışdır. 

Yeni mərhələnin  əsas hədəfi, bir tərəfdən  əldə olunmuş 

iqtisadi, siyasi, sosial və  mədəni nailiyyətləri möhkəmləndir-

mək, ölkəni müasir tələblər səviyyəsinə qaldırmaq, digər tərəf-

dən isə gələcək liberal, çoxşaxəli, rəqabətədavamlı, dinamik və 

innovasiya yönümlü milli iqtisadiyyatın formalaşdırılması, iq-

tisadi və insan resurslarının düzgün istifadə edilməsi, ictimai 

və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, sosial sahədə 

optimal, səmərəli və  ədalətli inkişaf modelinin yaradılması, 

əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılması, 

habelə elmin, mədəniyyətin inkişafında tətbiqi istiqamətlərin 

inkişaf etdirilməsi, ictimai həyatın bütün sahələrində yeni nai-

liyyətlərin əldə olunması və s. ibarət olmalıdır. 

Azərbaycanın gələcək milli inkişaf siyasətinin  əsas və 

uzunmüddətli perspektivləri ilə bağlı vahid konsepsiyanın ha-

zırlanması, strateji inkişafın gələcək istiqamətlərinin, prinsip 

və vəzifələrinin müəyyənləşdirilməsi müasir Azərbaycan döv-



 

ßËÈ ÙßÑßÍΠ

 

110 


lətinin qarşısında dayanan əsas vəzifələrdən biri hesab olunur. 

29 noyabr 2011-ci ildə «Azərbaycan 2020: gələcəyə baxış» 

Milli İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan 

Respublikası Prezidentinin xüsusi Sərəncamı  məhz bu məsə-

ləni qarşıya vəzifə kimi qoyur. Sərəncamda qeyd olunur ki, son 

dövrdə Azərbaycan Respublikasında milli dövlət quruculuğu 

istiqamətində həyata keçirilən islahatlar, reallaşdırılan çoxsaylı 

xüsusi dövlət proqramları  və s. ölkə  həyatının bütün sahələ-

rində müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu 

illər  ərzində, xüsusilə son onillikdə Azərbaycanda makroiqti-

sadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsullu-

ğun azaldılmasında və  əhalinin sosial rifahının yüksəldilmə-

sində ciddi uğurlar qazanılmışdır. 

Ölkə prezidenti bu sərəncamda Azərbaycanın perspektiv 

inkişafının  əsas hədəf və istiqamətlərinin müəyyən edilməsi 

məqsədi ilə müvafiq dövlət orqanlarının, elmi təşkilatların və 

yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə, 2020-ci ilədək döv-

rü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Kon-

sepsiyasının hazırlanmasını Administrasiyası qarşısında mü-

hüm bir vəzifə kimi qoymuşdur. 

Sərəncamda həmçinin yeni Milli inkişaf Konsepsiyasının 

yaradılması sahəsində qabaqcıl dünya təcrübəsindən yararlan-

maq, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər 

beynəlxalq təşkilatlarla səmərəli  əməkdaşlıq etmək kimi 

tapşırıqlar verilmiş, bu işdə  vətəndaş  cəmiyyəti təsisatlarının 

iştirakının, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün 

müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir.

38

 

Beləliklə, bu gün Azərbaycanda ümummilli lider Heydər 

Əliyevin irsi, müəyyən etdiyi milli inkişaf siyasəti yaşayır və 

ardıcıl olaraq, yaradıcı surətdə, müasir dövrün tələbləri, real-

lıqları nəzərə alınmaqla uğurla davam etdirilir.  

                                                 

38

 Bax: “Azərbaycan” qəzeti, 30 noyabr, 2011. N264, s. 1 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə