Microsoft Word geosiyaset son doc


ßËÈ ÙßÑßÍΠ   114  Çevik iqtisadi siyasətin yürüdülməsi və iqtisadi



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə37/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

114 


Çevik iqtisadi siyasətin yürüdülməsi və iqtisadi 

inkişafa nail olunması  

  

Dünyada hər bir ölkənin əsas göstəricisi və gücü ilk növ-



bədə onun iqtisadi vəziyyəti ilə ölçülür. Müasir iqtisadçılar iq-

tisadi inkişafın ən təkmil forması, dinamik və davamlı inkişafa 

ən çox şərait yaradan modeli kimi azad sahibkarlığa söykənən 

bazar iqtisadiyyatı modelini qəbul edirlər. 

Heydər  Əliyev hakimiyyəti dövründə Azərbaycanın iqti-

sadi inkişaf siyasətinin  əsas vəzifələri və prinsipləri müəyyən 

edildi və dönmədən həyata keçirilməyə başlandı. Bu prinsiplər 

birincisi, milli inkişaf resurslarının və mövcud iqtisadi imkan-

ların düzgün dəyərləndirilməsi, səfərbər və idarə edilməsini, 

ikincisi ölkədə azad sahibkarlığın formalaşması, bazar iqtisa-

diyyatı mexanizmlərinin yaradılması  və inkişafını, üçüncüsü 

isə qabaqcıl dünya iqtisadiyyatına inteqrasiya xəttinin dönmə-

dən həyata keçirilməsini nəzərdə tuturdu. 

Prezident Heydər  Əliyevin rəhbərliyi ilə 1993-cü ildən 

Azərbaycanda başlanmış milli inkişaf resurslarının səfərbər 

edilməsi və inkişafa yönəldilməsi, sahibkarlığın, mülkiyyət 

çoxnövlüyünün və müxtəlifliyinin dəstəklənməsi, liberal bazar 

iqtisadiyyatı istiqamətində iqtisadi və sosial islahatların həyata 

keçirilməsi, Avropanın qabaqcıl və inkişaf etmiş ölkələri ilə 

hərtərəfli iqtisadi əməkdaşlıq və  tərəfdaşlıq xəttinin yürüdül-

məsi bir tərəfdən ölkənin dinamik və davamlı inkişafının əsa-

sını qoydu, digər tərəfdənsə onun gələcəyi ilə bağlı dünyada 

nikbin ovqat yaradaraq, beynəlxalq aləmlə iqtisadi inteqra-

siyasını sürətləndirdi. 



 

Vətəndaş birliyi və cəmiyyətin bölünməzliyi prinsipi 

 

 Dünya  siyasət elmində dövlətin gücü və qüdrəti təkcə 



onun əhalisinin sayı, iqtisadi, hərbi gücü, böyük və kiçik əra-


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 115


ziyə, təkmil və  səmərəli dövlət hakimiyyətinə malik olması, 

yaxud özünü sosial-iqtisadi cəhətdən təmin etməsi, xarici 

aləmdən minimal asılılığı  və s. ilə deyil, həm də ölkədaxili 

milli-vətəndaş birliyinin vəziyyəti, ölkənin ərazisində yaşayan 

əhalinin milli, dini və sosial mənsubiyyəti, vətəndaşların döv-

lətçiliyə bağlılıq dərəcəsi, dövlətçilik təfəkkürünün səviyyəsi, 

dövlətin idarə olunmasında, ölkənin iqtisadi, sosial, mədəni 

həyatındakı  iştirakı, idarə edənlərlə idarə olunanların, dövlət 

qurumları ilə xalqın yekdilliyi ilə ölçülür. Bu anlamda hər bir 

dövlətin xarici və daxili təhlükələrə qarşı müqaviməti, ictimai-

siyasi həyatının dayanıqlılığı və yekdilliyi həm də vətəndaşlar 

arasındakı bağlılıqdan, vətəndaşlarla dövlət arasındakı birliyin 

vəziyyətindən asılıdır.  

Təcrübə göstərir ki, o ölkələrdə ki, vahid vətəndaşlıq prin-

sipi üzrə milli-etnik, dini və sosial ayrı-seçkiliyə yol verilmir, 

ölkə  vətəndaşlarının sosial, dini, milli ehtiyacları maksimum 

dərəcədə  təmin edilir, milli-mənəvi dəyərləri qorunur - orada 

ictimai-siyasi həyat sabit, vətəndaş birliyi möhkəm olur, daxili 

həyatda milli-etnik, dini qruplar arasında sülh və tolerantlıq 

hökm sürür. Əksər inkişaf etmiş dünya ölkələrində bu sahədə 

həyata keçirilən mütərəqqi milli, sosial siyasət və praktiki fəa-

liyyət həmin ölkələrin milli inkişafının və dövlət strategiya-

sının vacib daxili elementi hesab olunur. Çünki ölkədaxili milli 

və sosial birliyin yaradılması, vətəndaş sülhünə nail olunması, 

əsassız siyasi, etnik, sosial qarşıdurmalar nəticəsində yaranan 

gərgin daxili sosial-siyasi vəziyyətin aradan qaldırılması ölkə-

nin həm qüdrətini, həm də xarici geosiyasi müdaxiləlilərə qarşı 

müqavimət gücünü artırır. 

1990-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətində ya-

ranan ciddi milli, dini və vətəndaş qarşıdurması göstərdi ki, və-

təndaş birliyinin qorunması və davamlı təmin olunması ölkənin 

strateji inkişaf və təhlükəsizlik siyasətinin ən əsas tələblərindən 

biridir. O dövrdə Azərbaycanda yaşayan müxtəlix xalqlar və 



 

ßËÈ ÙßÑßÍΠ

 

116 


etnik qruplar, sosial-dini təbəqələr, dövlət idarəçilik sistemində 

işləyən məmurlar, milli elita və sadə vətəndaşlar, ictimai-siyasi 

dairələr, hakimiyyət uğrunda mübarizə aparan qüvvələr arasın-

da etnik, siyasi və digər xarakterli qarşıdurma halları yaranmış-

dı. Bu da bilavasitə ölkənin milli inkişafını sarsıtmağa xidmət 

edirdi.  Ən təhlükəlisi isə ondan ibarət idi ki, hakimiyyətə id-

dialı olan bəzi dairələr bilərəkdən, yaxud anlamadan milli inki-

şaf maraqları fonunda deyil, öz şəxsi siyasi iddiaları  çərçivə-

sində  hərəkət edərək, hakimiyyətə  gəlmək yolunda ictimai-si-

yasi və milli-etnik qarşıdurmalardan bəhrələnirdilər. Bu da mü-

vafiq olaraq, Azərbaycanın milli maraqlarını ayrı-ayrı siyasi 

düşərgələr arasında parçalayıb, xüsusi təhlükəli vəziyyət ya-

radırdı.  

Həmin dövrdə siyasi sükan arxasına keçən Heydər Əliye-

vin ilk müraciətlərindən biri: “Azərbaycan on illərlə, yüz illərlə 

bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan 

sonra da Vətəni olmalıdır. Respublikanın  ərazisində yaşayan 

hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyə-

tindən asılı olmayaraq, eyni hüquqa malik olmalı...  bütün de-

mokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi plüra-

lizm, söz azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli-

dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüquqi 

bərabərliyi təmin edilməlidir”- çağırışı oldu.

40

  

 Heydər Əliyev milli və vətəndaş birliyi ideyasının reallaş-

dırılması və qorunmasını, mili adət-ənənələrin, tarixi və mənə-

vi dəyərlərin yaşadılmasını, ümumbəşəri dəyərlərlə zənginləş-

dirilməsini respublikada vahid milli kurs kimi həm dövlət or-

qanlarından, həm də siyasi, ictimai, elmi və geniş ziyalı insti-

tutlarından tələb edirdi. Odur ki, həm vətəndaş birliyi ideyası, 

həm də ölkənin insan ehtiyatlarından düzgün istifadə olunması, 

hər bir vətəndaşın özünü dövlətinə  və dövlətçiliyinə bağlı 

                                                 

40 


Bax: Əliyev. H.Ə. Müstəqilliyimiz əbədidir... http://heydaraliyev.preslib.az 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə