ßËÈ ÙßÑßÍÎÂ
170
enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz
təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi
dəyərini artırması üçün geniş perspektivlər yaradır. Bu sahədə
onun bundan sonrakı həlledici mövqelərinin qorunması və
möhkəmləndirilməsinə artıq təkcə əvvəlki qərbyönümlü möv-
qelərdə dayanması, yaxud fərqli, müstəqil və alternativ geosi-
yasət yürütməsi bəs etməyəcəkdir. Azərbaycanın bundan son-
rakı geosiyasi və geoiqtisadi dəyəri daha praqmatik və real
şəkildə, dünyada kəskin rəqabət şəraitində, enerji bazarlarına
daha ucuz qiymətə, sabit və artan miqdarda enerji resursları
çıxarmaq qabiliyyətindən, bölgədəki xarici investisiyaların
həcmini artırmasından, öz milli kapitalı ilə sonrakı transmilli
enerji-nəqliyyat layihələrində xarici partnyorlarla bərabər
hüquqlu tərəfdaşlıq əsasında iştirak etməsindən və s. asılı ola-
caqdır. Yalnız ölkənin neft və qaz hasilatını ildən-ilə artırmaq-
la və onu Qərbin artan enerji tələbatı ilə ağıllı surətdə əlaqələn-
dirməklə üçüncü minillikdə Azərbaycanın geosiyasi və geoiqti-
sadi perspektivini artırmaq, dünyada, Avrasiya regionunda və
Cənubi Qafqazdakı mövqelərini getdikcə daha da möhkəmlən-
dirmək olar. Mütəxəssislərin fikrinə görə, yaxın on ildə ölkənin
ixrac üçün nəzərdə tutulan neft-qaz hasilatının artırılması və
sonrakı iyirmi ildə sabit vəziyyətdə saxlanması təkcə onun iqti-
sadi və maliyyə vəziyyətini yaxşılaşdırmaq anlamında deyil,
həm də beynəlxalq geosiyasi dəyərini artırmaq baxımından va-
cibdir. Bu reallığı nəzərə alaraq Xəzər dənizinin Azərbaycan
sektorundakı enerji resurslarının istehsalının getdikcə artırıl-
ması və ən əsası isə, bu məhsulların məhz Avropa bazarına ix-
rac edilməsi Azərbaycanın dünya miqyasına çıxması, əhəmiy-
yətli “dünya dövlətinə” çevrilməsini şərtləndirən əsas amillər-
dən birincisidir.
2009-2010-cu illərdə ümumdünya iqtisadi böhranı ilə əla-
qədar dünyada neftə tələbat qismən azalsa da, 2011-ci ildən
enerji daşıyıcılarına ehtiyacın yenidən artması və müvafiq ola-
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
171
raq qiymətlərin sürətlə yüksəlməsi, sonrakı onilliklərdə də neft
və qazın dünya geosiyasətində əsas katalizator olacağından xə-
bər verir. Dünyanın aparıcı treyderlərinin yaxın perspektivdə
neft və qaza olan ehtiyac, bu məhsulların dünya bazarlarındakı
qiyməti və s. ilə bağlı proqnozları göstərir ki, planetar iqtisa-
diyyatının dirçəlməsi, xüsusilə Hindistan, Çin və Yaxın Şərqdə
neftə olan tələbatın yüksəlməsi onun yaxın gələcəkdə qiymə-
tinin də artmasına səbəb olacaq. “Barclays Capital” və “Bank
of Amerika”nın proqnozlarına görə, 2011-2013-cü illərdə nef-
tin bir barelinin qiyməti, təxminən 100, 2014-2015-ci illərdə
isə 135-150 dollara qədər yüksələ bilər.
80
Göstərilən əsaslı arqumentlər Xəzər hövzəsinin və konkret
olaraq, Azərbaycanın gələcək geosiyasi perspektivlərini tam
təsəvvür etməyə imkan verir. Deməli, gələcəkdə Azərbaycan
bir tərəfdən öz karbohidrogen resursları ilə dünyanın enerji ası-
lılığında həlledici həlqə rolunu qoruya biləcək, həm də bu
məhsulların satışından külli miqdarda gəlir əldə etmək imka-
nını saxlayacaqdır ki, bu da 2009-cu ilin sonunda öz iqtisadiy-
yatında keçid dövrünü başa çatdırmış bir ölkənin gələcək di-
namik inkişafının yeni mərhələsinə çevrilə bilər.
Enerji ixracı marşrutlarının şaxələndirilməsi və yeni
bazarların axtarışı siyasətinin davam etdirilməsi
Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunika-
siya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində
yerləşir. Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geo-
iqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdiril-
məsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmə-
rəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit
əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazar-
80
Bax: “Yeni Müsavat” qəzeti.-24 fevral 2010.-N49.
ßËÈ ÙßÑßÍÎÂ
172
larının axtarılması və mənimsənilməsi onun 2010-2020-ci il-
lərdə reallaşdıracağı əsas geosiyasi və geoiqtisadi vəzifələr sı-
rasına daxildir. Bu məqsədlə xarici aləmlə Azərbaycanı birləş-
dirən transmilli və ölkədaxili strateji tranzit-nəqliyyat infra-
strukturlarının, neft-qaz kəmərlərinin yenidən qurulması, bura-
xılış və daşıma gücünün bir neçə dəfə artırılması xüsusi əhə-
miyyət kəsb edir.
Rəsmi məlumatlara görə, keçən illərdə 34 beynəlxalq
transmilli şirkət və 16 nüfuzlu dövlət Azərbaycanın təşəbbüsü
ilə Xəzər regionundakı nəqliyyat-kommunikasiya dəhlizi və
ixrac kəmərlərinin çəkilişi, yenidən qurulması və s. layihələri-
nə qatılmış, onların reallaşmasında iştirak etmişdir. Bu layihə-
lərdən ən vacibi, şübhəsiz ki, artıq istifadəyə verilmiş Bakı-
Tbilisi-Ceyhan (BTC) əsas neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ)
qaz kəməri, eyni zamanda Avropa Birliyinin TRASEKA
layihəsı çərçivəsində yenidən qurulmuş və bərpa edilmiş Trans
Qafqaz nəqliyyat-kommunikasiya dəhlizi (“İpək yolu”) və ti-
kilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bun-
lardan Azərbaycanın memarı olduğu BTC, BTƏ ixrac kəmər-
ləri və AB-nin təşəbbüsü ilə bərpa olunan TRASEKA ölkənin
və regionun geosiyasi vəziyyətini köklü şəkildə dəyişmək
gücündə olan qlobal layihələrə çevrilmişdir. Region ölkələrinin
müstəqilliyinin gücləndirilməsi, iqtisadiyyatının, sosial həyatı-
nın, ölkədaxili milli-vətəndaş birliyinin, siyasi plüralizm, və-
təndaş cəmiyyəti və demokratik dəyərlərin inkişaf etdirilməsin-
də və ən əsası, regional, beynəlxalq enerji təhlükəsizliyinin tə-
min olunmasında BTC-nin rolu bütün dünyada, hətta rəqib
ölkələrdə belə yüksək qiymətləndirilir. Məsələn, ABŞ Dövlət
katibinin müavini Uilyam Berns 2010-cu ilin fevralında Bakı-
ya səfəri çərçivəsində Xarici İşlər Nazirliyinin Diplomatiya
Akademiyasında çıxış edərkən bildirmişdir ki, BTC Xəzərin və
Orta Asiyanın enerji resurslarını bütün dünyaya açmış, Azər-