64
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə suallar verir:
- Siz şərtlərə harada rast gəlirsiniz? Misallar söyləyin.
- Şərtlər hərəkət ardıcıllığını necə dəyişir?
- Alqoritmdə şərt varsa, onda bu alqoritmləri necə yerinə yetirmək lazımdır?
(Şagirdlərin cavabları səslənir.)
Müəllim cavabları ümumiləşdirib şagirdlərlə birgə nəticə çıxarır:
1. Biz tez-tez şərtlərdən asılı olaraq qərarlarımızı dəyişirik.
2. Hadisələr ardıcıllığında şərt varsa, adətən, “əgər... onda... əks halda...” sözlərindən istifadə
edilir.
3. Bəzi alqoritmlərdə növbəti addıma keçmək üçün şərtlərdən istifadə olunur.
4. Belə alqoritmlər şərti və ya budaqlanan alqoritmlər adlanır.
5. Əgər verilmiş şərt ödənilirsə, onda bir komanda, əks halda isə digəri yerinə yetirilir.
6. Belə alqoritmlərin xətti alqoritmlərdən fərqi də, şərtdən asılı olaraq, addımların
budaqlanmasıdır.
Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə
əldə edilən yeni biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
-------------------------------------------------------------------------------------------------------------------------------------------
Oyun. “Əgər... onda...”
Müəllim cümlənin əvvəlini deyir, qrupların üzvləri isə onu tamamlamalıdırlar. Məsələn:
- Əgər qar yağırsa, onda ... , əks halda ... .
- Əgər çaydan qaynayırsa, onda ... , əks halda ... .
- Əgər dəftər qurtarıbsa, onda ... , əks halda ... .
Bu halda alqoritmin bir neçə davamı ola bilər. Ona görə də daha çox variant söyləyən qrup qalib hesab olunur.
Başqa qrupun sualına cavab verən qrup əlavə bal qazanır.
Oyunu başqa cür də təşkil etmək olar. Bu halda, icra olunacaq addımlar söylənilir, şagirdlər isə şərti tapmalıdırlar.
Məsələn,
Əgər ............................... onda evdən çıxarkən qalın geyin, əks halda, yüngül geyin.
Əyanilik üçün müəllim fikirləri lövhədə yaza bilər.
------------------------------------------------------------------------------------------------------------------------------------------
Müəllim şagirdlərlə birlikdə kompyuter otağında iş qaydalarını təkrarlayır. Şagirdlər kompyuterin
qarşısında əyləşirlər. Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə şagirdləri
öyrədici kompyuter proqramı olan İNFO-KO elektron vəsaitində “Labirint” bölməsindəki tapşırıqları yerinə
yetirməyi tapşırır.
İş dəftərindəki 1–4-cü çalışmaların yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim qrupları müəyyən meyarlarla qiymətləndirir.
Meyarlar
I qrup
II qrup
III qrup
IV
qrup
Hərəkətlər ardıcıllığını sözlə təsvir edir
Şərti olan alqoritmləri icra edir
Şərti alqoritmdə nəticələrə görə şərti müəyyən edir
Şərti olan alqoritmi blok-sxemlə göstərir
Şərti alqoritmlərdə şərtə görə nəticələri
müəyyən edir
Ümumi:
Ev tapşırığı.
İş dəftərindəki 5-ci çalışmanın yerinə yetirilməsi.
65
Dərs
16
/ Mövzu:
MƏQSƏDƏUYĞUN YOLUN SEÇİLMƏSİ
MOTİVASİYA
Müəllim şagirdlərə dərslikdə verilmiş şəklə baxmağı xahiş edir. Müəllim:
–
Alpay evə hansı yollarla gedə bilər?
–
Ona dərman və ya çörək almaq lazım gələrsə, onda hansı yolla getməlidir?
–
Gördüyünüz kimi, məqsəddən asılı olaraq, oğlanın getdiyi yollar fərqlidir.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Məqsədəuyğun yolu necə tapmaq olar?
TƏDQİQATIN APARILMASI
Müəllim şagirdləri kiçik qruplara bölür. Qruplara verilən sxemlər müxtəlif, tapşırıqların şərti isə eynidir.
Tapşırıq: Blok-sxemdə boş çərçivələri istəyinizə uyğun olaraq doldurun.
DƏRSİN MƏQSƏDİ
• sadə sxemlə verilmiş alqoritmi icra etmək;
• seçim olan hərəkət fəaliyyətini izah etmək;
• məqsədə çatmaq üçün lazım olan yolu müəyyən etmək;
• müəyyən məsələlərin həllində sxemdən istifadə etmək;
• oyun tipli proqramlarda yolun seçilməsinə dair məsələləri həll etmək.
Əsas ANLAYIŞLAR
Blok-sxem, seçim, ən qısa yol, məqsədəuyğun yol
Dərsin TİPİ
Deduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, qruplarla iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR
Beyin həmləsi, tədqiqat
Fənlərarası
İNTEQRASİYA
A-d. – 2.2.5, Riy. – 2.1.1, 2.1.3, 2.2.3, Tex. – 1.2.3
Təchizat
İş vərəqləri, “Labirint” proqramı İNFO-KO
Proqram təminatı
Oyun tipli kompyuter proqramları