59
Dərs
14
/ Mövzu:
XƏTTİ ALQORİTM
MOTİVASİYA
Müəllim hər hansı bir şagirddən “Uşaq və buz” şeirini söyləməyi xahiş edir. O, sinfə müraciət edir:
–
Gəlin bu şeirdə baş verən hadisələri ardıcıl olaraq göstərək.
O, oğlanın hərəkətlərini söyləməyi xahiş edir və lövhədə aşağıdakı kimi yazır:
Başlanğıc
1. Çıxdı buz üstə
2. Sürüşdü
3. Dəydi yerə
4. Durdu
5. Buza söylədi
Son
İstənilən alqoritmi söz, işarə, yaxud müxtəlif sxemlərlə göstərmək olar. Əgər alqoritmdə addımlar yazıldığı
ardıcıllıqla yerinə yetirilirsə, onda ona xətti alqoritm deyilir.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Xətti alqoritm necə icra olunur və onun addımlarını necə göstərmək olar?
TƏDQİQATIN APARILMASI
Tədqiqat işi fərdi aparılır. Şagirdlər İş dəftərində 1 və 2-ci tapşırıqların hər ikisinin a və b bəndlərini yerinə
yetirirlər. 2-ci tapşırığın c bəndini isə dərsin sonrakı mərhələsində istifadə olunacaqdır.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Müəllim tədqiqat işi ilə bağlı şagirdlərə suallar verir:
–
1-ci tapşırığın a bəndində sxemlə hansı komandaları yerinə yetirmək tələb olunur? Dairələr arasındakı
oxlar nəyi göstərir? (növbəti addımı) Bu alqoritmdə nəticə əldə etmək üçün komandalar necə yerinə
yetirilir? (yazıldığı ardıcıllıqla) Dairədəki ədədlərdən asılı olaraq, alqoritmin icra ardıcıllığı dəyişirmi? Bəs
nəticəsi?
Müəllim 1-ci tapşırığın b bəndində bir neçə şagirdin nəticələrini müqayisə edir.
–
1-ci tapşırığın b bəndində boş dairələrdə hansı ədədlər ola bilər? Bu alqoritmin icrası ədədlərdən asılı
olaraq dəyişirmi?
2-ci tapşırıqla bağlı:
DƏRSİN MƏQSƏDİ
• baş verən sadə hadisələri addımlarla izah etmək;
• sxem və işarələrlə təqdim olunan alqoritmi sözlə ifadə etmək;
• sözlə ifadə olunan hərəkətlər ardıcıllığını sxem və işarələrlə təqdim etmək;
• xətti alqoritmlərin xüsusiyyətlərini izah etmək;
• xətti alqoritmlərə misal gətirmək;
• sadə xətti alqoritmləri yerinə yetirmək;
• xətti alqoritmi sözlərlə təqdim etmək;
• xətti alqoritmi blok-sxemlə göstərmək.
Əsas ANLAYIŞLAR
Xətti alqoritm, alqoritmin təqdimolunma forması, blok-sxem, alqoritmin oxlarla təsviri
Dərsin TİPİ
İnduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR
Mini mühazirə, müzakirə, beyin həmləsi
Fənlərarası
İNTEQRASİYA
A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4,
F-t. – 1.2.1, 2.1.1, 2.1.3
Təchizat
Rəngli karandaşlar, təmiz vərəqlər – A4.
Proqram təminatı
Oyun tipli kompyuter proqramları
60
–
2-ci tapşırıqda alqoritmin icraçısı kimdir? Alqoritmi yerinə yetirəndən sonra hansı söz alındı? Alqoritmin
addımlarının yerini dəyişdirsək, cırcırama hərəkəti nəticəsində alınan söz dəyişərmi?
–
Cırcıramanı başlanğıc “O” nöqtəsindən “D” hərfinin üzərinə gətirmək üçün hansı komandanı vermək
lazımdır? 2-ci tapşırığın b bəndində hamıda eyni alqoritm alındımı? (Müəllim bir neçə şagirddən öz işini
nümayiş etdirmələrini xahiş edir.) Bu alqoritmi başqa cür necə yazmaq olar?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim suallar verir:
–
Alqoritmləri necə yazmaq olar?
–
Xətti alqoritmin addımlarını necə göstərmək olar?
Müəllim şagirdlərlə birlikdə bütün fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri çıxarır:
–
Əgər alqoritmdə bütün komandalar ardıcıl olaraq və bir dəfə yerinə yetirilərsə, belə alqoritmlərə ardıcıl
və ya xətti alqoritm deyilir.
Alqoritmi sxemlə göstərməyin öz üstünlüyü var: sxemdə alqoritmin yerinə yetirilmə ardıcıllığını bütünlüklə
görmək olur.
Tədqiqat sualı ilə əlaqədar irəli sürülmüş fərziyyələr nəticələrlə müqayisə edilir. Bu proses şagirdlərin fəal
iştirakı ilə həyata keçirilir.
YARADICI TƏTBİQETMƏ
Müəllim alqoritmin icrasına aid nümunə olaraq gimnastika hərəkətlərini göstərə bilər. Bütün uşaqlar ayağa
qalxır və müəllimin verdiyi komandaları yerinə yetirirlər.
Müəllim şagirdlərlə birlikdə kompyuter otağında iş qaydalarını təkrarlayır. Şagirdlər kompyuterin
qarşısında əyləşirlər. Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə şagirdləri
öyrədici kompyuter proqramı olan İNFO-KO elektron vəsaitində “Hadisələr və hərəkətlər ardıcıllığı”
bölməsindəki tapşırıqları yerinə yetirməyi tapşırır.
İş dəftərində 2-ci çalışmanın c bəndi və 3-cü çalışmanı yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-
yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.
Müəllim öz müşahidəsinə əsasən dərsin məqsədlərinə uyğun meyarlarla aşağıdakı qiymətləndirmə cədvəli
üzrə formativ qiymətləndirmə aparır.
№ Meyarlar
“+” və ya “-”
1 Sxem
və işarələrlə təqdim olunan alqoritmi sözlərlə ifadə edə bilir
2 Sözlə ifadə olunan sadə hərəkətlər ardıcıllığını sxem və işarələrlə təqdim edə bilir
3 Xətti alqoritmləri fərqləndirə bilir
4 Sadə xətti alqoritmi yerinə yetirə bilir
5 Sadə xətti alqoritmi tərtib edə bilir
6 Sadə xətti alqoritmləri sxem və işarələr vasitəsilə tərtib edə bilir
Yekun
Ev tapşırığı.
İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.