56
Dərs
13
/ Mövzu:
ALQORİTM
MOTİVASİYA
Müəllim sinfə sualla müraciət edir:
–
Dostunuz sizə qonaq gəlmək istəsə, yaşadığınız ünvanı ona başa salmaq üçün hansı üsullardan istifadə
edərsiniz? (sözlə başa salmaq olar, şəkil və ya sxemlə göstərmək olar)
Müəllim şagirdlərdən birinə evlərinin harada olması barədə məlumat verməsini xahiş edir. Sonra sinfə sual
verir:
–
Yoldaşınızın evinə getmək üçün onun söylədiklərini necə adlandırmaq olar?
(hərəkətlər ardıcıllığı, alqoritm) Yoldaşınız bu alqoritmi hansı üsulla təqdim etdi? (sözlə, sxemlə)
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Alqoritmləri necə təqdim etmək olar?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Tədqiqat işi
cütlüklərdə aparılır. Şagirdlər İş dəftərində 1-ci çalışmanı yerinə yetirirlər. Əvvəlcə cütlüklə işləyən
şagirdlər birgə getmək istədikləri obyekti müəyyən edirlər. Sonra cütlərdən biri evdən seçdiyi obyektə
çatmaq üçün alqoritmi söz, işarə və sxem vasitəsilə təsvir edir. Hər üç şəkildə təsvir edilməsi vacib deyil.
Digər şagird isə seçilmiş obyektdən yenidən evə qayıtmaq üçün marşrutu təsvir edir. Evdən obyektə gedən
və obyektdən evə qayıdan yollar müxtəlif ola bilər. Məsələn, cütlükdəki 1-ci şagird evdən filarmoniyaya
getməyi planlaşdırırsa, o, bunu belə yaza bilər:
1.
1. Evdən 2-ci dairəyə get.
2. 2-ci dairədən sirkə kimi get.
3. Sirkdən filarmoniyaya get.
2.
1→2→3→6
3.
DƏRSİN MƏQSƏDİ
• sözlərlə verilmiş sadə hərəkətlər ardıcıllığını düzgün yerinə yetirmək;
• işarələrlə verilmiş sadə alqoritmi icra etmək;
• verilmiş alqoritmin təsvir olunma formasını müəyyən etmək;
• müxtəlif formalarda verilmiş alqoritmləri sözlərlə izah etmək;
• verilmiş sadə alqoritmi müxtəlif formalarda təsvir etmək.
Əsas ANLAYIŞLAR
Hərəkətlər ardıcıllığı, addım, plan, alqoritm
Dərsin TİPİ
Deduktiv
İstifadə olunan
İŞ FORMALARI
Cütlüklərlə iş, bütün siniflə iş
İstifadə olunan
ÜSULLAR
Anlayışın çıxarılması, müsahibə, müzakirə
Fənlərarası
İNTEQRASİYA
A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4, F-t. –
1.2.1, 2.1.1, 2.1.3
Təchizat
“Oxlarla imla” kompyuter proqramı İNFO-KO
Proqram təminatı
Oyun tipli kompyuter proqramları
57
Cədvəllə
Sözlə
Sxemlə
Şəkillə
Alqoritmi
necə təqdim etmək
olar?
İşarələrlə
4.
2-ci şagird isə evə qayıtmaq yolunu başqa cür seçə bilər. Məsələn,
6→7→5→4→1
Cütlərdəki şagirdlər dəftərlərini dəyişirlər və bir-birinin işləri ilə tanış olurlar.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Müəllim ixtiyari cütlüklərdən bir neçəsini qaldırır. Birinci şagird seçilmiş obyektə çatmaq alqoritmini,
digəri isə həmin obyektdən evə qayıtmaq alqoritmini söyləyir. Müəllim suallar verə bilər:
–
Bu iki alqoritmin oxşar və fərqli cəhətləri hansılardır?
–
Bu alqoritmi başqa cür necə göstərmək olar?
–
Sözlə yazılmış alqoritmin üstünlüyü və çatışmazlığı nədədir? (Yolu sxemlə daha dəqiq izah etmək olur,
sözlə yazılmış alqoritmi oxuyarkən bu dili bilmək lazımdır.)
–
İşarələrlə yazılmış alqoritmin müsbət və mənfi cəhətləri nədir?
–
Alqoritmi nə vaxt sözlə söyləmək, nə vaxt isə işarələrlə yazmaq daha yaxşıdır?
Şagirdlərin cavabları dinlənilir.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim lövhədə aşağıdakı sxemi çəkir və şagirdlərin fəal iştirakı ilə onu doldurur.
Müəllim şagirdlərlə birlikdə bütün fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri çıxarır:
58
–
Alqoritm lazımi olan nəticəyə gətirib çıxaran hərəkətlər ardıcıllığıdır. Alqoritm kimi, çox hərəkətləri
təqdim etmək olar. Eyni alqoritmi müxtəlif formada göstərmək olar: sözlə, işarələrlə, sxemlə, şəkillərlə,
cədvəllərlə. Alqoritmin hər təqdimolunma formasının öz müsbət və mənfi cəhətləri var. Sözlə deyilmiş
hərəkətlər ardıcıllığı, adətən, söhbətdə istifadə olunur. Alqoritmdə isə hər bir addımı dəqiq və birmənalı
yazmaq lazımdır. Alqoritmi konkret və dəqiq yazmaq üçün onun qrafik formasından istifadə olunur.
Alqoritmlərin ən rahat yazılma üsulu blok-sxemdir. Biz bu barədə növbəti dərsimizdə daha ətraflı
danışacağıq.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış
biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Şagirdlər İş dəftərindəki 2-ci çalışmanın yerinə yetirilməsi.
Müəllim şagirdlərlə birlikdə kompyuter otağında iş qaydalarını təkrarlayır. Şagirdlər kompyuterin
qarşısında əyləşirlər. Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə şagirdləri
öyrədici kompyuter proqramı olan İNFO-KO elektron vəsaitində “Xanalar üzrə inşa” və “Nümunəyə görə
şəklin çəkilməsi” bölməsindəki tapşırıqları yerinə yetirməyi tapşırır.
QİYMƏTLƏNDİRMƏ
Müəllim şagirdləri cütlüklərdə işləmə bacarıqlarını qiymətləndirmək üçün aşağıdakı formalardan istifadə
edə bilər.
CÜTLÜKLƏRİN İŞİNİ QİYMƏTLƏNDİRMƏK ÜÇÜN MEYARLAR
Cütlüklərdəki
şagirdlərin
adları
Əməkdaşlıq Dinləmə
Nizam-
intizam
Çıxış edən
yoldaşına edilən
əlavə və düzəlişlər
İşin düzgün yerinə yeti-
rilməsi və tamlığı
Ümumi
nəticə
Sevda
Alpay
Murad
Könül
Müəllim fərdi özünüqiymətləndirmə formasından da istifadə etməklə formativ qiymətləndirmə aparır.
№ Meyarlar Yaxşı Orta Zəif
1 Sözlərlə verilmiş sadə hərəkətlər ardıcıllığını yerinə yetirə bilirəm
2
İşarələrlə verilmiş sadə alqoritmi icra edirəm
3 Müxtəlif formalarda verilmiş alqoritmləri sözlərlə izah edə bilirəm
4 Verilmiş sadə alqoritmi müxtəlif formalarda təsvir edə bilirəm
Ev tapşırığı. İş dəftərindəki 3-cü çalışmanın yerinə yetirilməsi.